MəruzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu MÖvzu giRİŞ. Qİda kimyasi fəNNİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə89/102
tarix17.09.2023
ölçüsü1,92 Mb.
#144728
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   102
Qida-kimyas-

ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.
4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
5. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
6. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - Москва. 
Медицина. 2003. 
7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 
Qida kimyasından mühazirələr. 
Süd turşusu 
Qlükoza 
Piroüzüm 
turşusu 
Oksaloasetat 
Fosfoenolpiro
üzüm turşusu 
Dioksiaseton
fosfat 
Aminturşular 
Qliserin 


152 
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu 
MÖVZU 13. LİPİDLƏRİN MÜBADİLƏSİ. SADƏ VƏ MÜRƏKKƏB LİPİD- 
LƏRİN MÜBADİLƏSİ VƏ BİOSİNTEZİ. LİPİD MÜBADİLƏSİ- 
NİN POZĞUNLUQLARI 
 
 
 
P L A N
 
 
1. Lipid mübadiləsi haqqında ümumi məlumat
2. Yağların parçalanması 
3. Qliserin və yağ turşularının mübadiləsi 
4. Yağabənzər maddələrin mübadiləsi 
5. Sterinlərin mübadiləsi 
6. Ali yağ turşularının biosintezi 
7. Yağların (triqliseridlərin) sintezi 
8. Lipid mübadiləsinin pozğunluqları 


153 
1. Lipid mübadiləsi haqqında ümumi məlumat:
Lipidlər orqanizmin əsas enerji 
materialı sayılır. İnsan və heyvanların enerjiyə olan ehtiyacının 30–40%-i 
lipidlərin, xüsusilə neytral yağların hesabına ödənilir. İnsan və heyvan orqanizminə 
lipidlər qida vasitəsilə daxil olur. İnsan orqanizminə gün ərzində qida vasitəsilə 
50–70 
q
heyvan və bitki mənşəli lipidlər (o cümlədən 10 
q
doymamış yağ turşuları, 
10 
q
fosfolipidlər və 0,5 
q
xolestrol) daxil olur. Mədə-bağırsaq sistemində lipidlə-
rin çevrilməsi və bağırsaqlardan sorulması mürəkkəb prosesdir. 
Lipidləri parçalayan əsasən lipaza fermentidir. Mədədə bu ferment az 
fəaldır. Yaşlı insanlarada 5%-dən az (əsasən süddə olan yağ) hissəsi parçalanır. 
Mədə şirəsində lipaza bütün heyvanlarda olur, lakin az fəaldır. Bu ferment zəif turş 
mühitdə (
pH=4–5
) yağları qliserinə və yağ turşularına parçalayır. Ancaq körpələr-
də mədə lipazası aktivdir, lipidlərin parçalanması zamanı öd axarı onikibarmaq 
bağırsağa açılır və nəticədə yağlar emulsiyalaşır. Öddəki öd turşuları (qlikoxol, 
qlikodezoksixol, tauroxol turşuları) yağ turşuları ilə birləşib suda həll olan (yağlar 
suda həll olmurlar, bu səbəbdən bağırsaq divarlarından sorula bilmirlər) kompleks-
lər (xolein turşularını) əmələ gətirirlər. Yağların parçalanması nəticəsində əmələ 
gələn qliserin suda həll olduğundan bağırsaqlardan asanlıqla sorulur. Bağırsaq 
divarlarının epitel hüceyrələrində lipidlərin parçalanması nəticəsində əmələ gələn 
məhsullardan (qliserin, ali yağ turşuları, mono- və diqliseridlər) yenidən triqlise-
ridlər (neytral yağlar) və ya fosfolipidlər sintez olunur. Bu proses 
resintez 
adlanır. 
Resintez yolu ilə əmələ gəlmiş lipidlərin əsas hissəsi (80%-ə qədəri) limfa 
sisteminə, nisbətən az (20%-ə qədəri) isə 
müsariqə 
venaları vasitəsilə qapı 
venasına keçir. Resintez prosesi nəticəsində bağırsaq divarlarında ATF, koenzim-A 
və sitidin trifosfatın iştirakı ilə müəyyən miqdar (30–40%) neytral yağlar sintez 
olunur. Bunların bir qismi orqanlarda ehtiyyat şəklində toplanır, qalanı isə hidroliz 
olunaraq qana sorulur, ayrı-ayrı orqanlara aparılır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin