Torpağın qranulometrik (mexaniki) tərkibi
Torpaq müxtəlif dərəcədə xırdalanmış mineral və qismən üzvi hissələrin qarışığından ibarətdir. Müxtəlif böyüklükdə hissəciklərin faizlə ifadə olunan nisbi miqdarı torpağın mexaniki tərkibi adlanır (şəkil 8.3).
Mexaniki tərkibin torpaq proseslərinə və torpağın fiziki–kimyəvi proseslərinə böyük təsiri vardır. Xüsusilə, mexaniki tərkib torpağın məsaməliliyi və su keçirməkliyinə, yaprıxması və şişməsinə, kapilyar qalxmanın yüksəkliyinə, udma qabiliyyətinin böyüklüyünə, su, hava və istilik rejimlərinə mühüm təsir göstərir. Bunları düzgün tənzim edə bilmək üçün torpağın mexaniki tərkibini öyrənmək lazım gəlir. Məs: qumlu torpaq
struktursuzdur, üzvi və kül maddələrindən kasıbdır, lakin yaxşı su keçirəndir, asan becərilir. Gilli topraqlar əksinə suyu pus keçirir, zəif aerasiyalıdır, çətinliklə becərilir, gilli qaysaq (qabıq) əmələ gətirir, lakin kül elementlərindən zəngindir. İstehsalat nöqteyi nəzərindən gillicəli torpaqlar ən yaxşı torpaqlar hesab olunur.
Dostları ilə paylaş: |