Meşə döşəməsi (xəzəli)


Şəkil 8.1. Torpaq profilləri



Yüklə 388,94 Kb.
səhifə2/11
tarix21.04.2022
ölçüsü388,94 Kb.
#55942
1   2   3   4   5   6   7   8   9   10   11
lab7

Şəkil 8.1. Torpaq profilləri .


    1. İllüvial “B” qatından altda torpaqəmələgətirən qat – ana süxur yerləşir ki, bunu “C” indeksi ilə işarə edirlər. ”C” qatı bozqır tipi üzrə əmələ gələn torpaqlarda ana süxur hesab olunur. Adətən bu qatda çətin həll olan duzlar (karbonatlar, gips) toplanmış olur və Ck, Cg indeksləri ilə işarələnmiş olur.

    2. Döşəmə süxur – “D” indeksi ilə işarə edilir və topraqəmələgəlmə prosesinə məruz qalmır. ”D” qatı genetik bir qat kimi o zaman ayrılır ki, burada torpağın A, B və C qatları ümumi bir substrat (süxur) üzərində əmələ gəlsin və ondan altda yerləşən sal süxur isə öz xassəsinə görə fərqlənmiş olsun.

Qeyd etmək lazımdır ki, “D” qatı üzərində əmələ gələn torpaqlar bir qayda olaraq qalın olmur və onlarda genetik qatların hamısına ardıcıllıqla rast gəlinmir.

Torpaqların quruluşu üçün söylədiyimiz bu ardıcıl sxem qrunt suyu xeyli dərin yerləşmiş avtomorf torpaqlar üçün xasdır. Lakin qrunt suları dayazda yerləşən ərazilərdə əmələ gəlmiş torpaqların quruluş sxemləri bir qədər başqa tiplidir. Belə halda torpaqəmələgəlmə prosesi qrunt sularının təsiri altında gedir və nəticədə torpaq profili dövrü, yaxud daimi olaraq kimyəvi elementlərlə zənginləşir, orada spesifik geokoimyəvi vəziyyət yaranır. Lakin enən axın hərəkəti nəticəsində çətin həll olan birləşmələr səthdə yerləşir (avtomorf şərait), əksinə qrunt sularının qalxan hərəkəti olduqda daha çox həll olunan birləşmələr səthdə və ona yaxın yerləşir, hidromorf rejim yaranır.

Lakin qeyd edək ki, torpağın genetik qatları arasında sərhəd heç də həmişə aydın olmur, bəzən orada hər iki qonşu qatın əlamətləri nəzərə çarpır. Belə halda həmin qat qoşa indekslə (məs. A1B, B2C və s.) ifadə olunur. Genetik qatları hərfi işarələr əvəzinə, torpağın məşhur adları ilə də (məs. humus qatı, podzol qatı, şorakət qatı, qley qatı və s.) adlandırırlar.




    1. Yüklə 388,94 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin