Torpağın yenitörəmə və mədxulları
Yenitörəmələr torpaqəmələgəlmə prosesi ilə sıx əlaqədar olub, onun nəticəsində baş verir və torpağın əsas genetik qatlarından morfoloji cəhətdən fərqlənir. Yenitörəmələr ana süxurda rast gəlinmir, onlar ancaq
süxurların torpağa çevrilməsi prosesində baş verir. Elə buna görə də onlar yenitörəmə adlanırlar.
Yenitörəmələrin əksər hissəsi müxtəlif kimyəvi proseslərin nəticəsində, yəni bu və ya digər maddənin yuyulması və toplanması, məhluldan ayrılması (məs: amorf silisium), duzların kristallaşması, kolloidlərin püxtələşməsi (koaqulyasiyası), oksidləşmə, bu və ya digər birləşmənin bərpa olmasından baş verir. Bəzi yenitörəmələr canlı bitki və heyvan orqanizmlərinin torpağa təsiri nəticəsində yaranır. Bütün bunları nəzərə alaraq S.A. Zaxarov torpaq yenitörəmələrini kimyəvi və bioloji olmaqla iki böyük qrupa ayırmışdır.
Dostları ilə paylaş: |