Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri adətən aşağıdakı ardıcıllıqla təşkil edilir:
-istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdəki əhalinin xəbərdarlıq edilməsi və mühafizə olunması;
-bu işi obyektdə yaradılmış məhdud xəbərdarlıq sistemindən istifadə etməklə növbətçi – dispetçer müəyyən olunmuş qaydada (siqnal,xəbərlər və göstərişlər verməklə) yerinə yetirir;
-o,qəza barədə obyektin rəhbərinə MM qərargahına xəbər verir;
-obyektin rəhbəri iş yerinə gələnədək xilasetmə işlərinə rəhbərlik edir.Bundan sonra obyekt rəhbəri qəza barədə nazirliyə və rayon fövqəladə hallar komissiyasına (MM qərargahına)xəbər verir;
-qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi. Bu işi də növbətçi – dispetçer obyektdə növbə çəkən ixtisaslaşdırılmış dəstələrin qüvvəsi ilə təşkil edir (obyektin rəhbəri iş yerinə gələnədək );
-fəlakət miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək üçün kəşfiyyatın təşkili;
- xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, onların hazır vəziyyətə gətirilməsi;
-xilasetmə işləri aparmaq üçün qərar qəbul qəbul edilməsi və işlərin təşkili; bunlara müvafiq komissiyalar ,yuxarıda deyildiyi kimi rəhbərlik edirlər;
-obyektin istehsalat fəaliyyətinin (əhalinin normal həyat fəaliyyətinin) bərpa olması.
İstehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən xilasetmə işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir.
3-ci tədris sualı: MM sahəsində Azərbaycan Respublikası vətəndaşlarının əsas vəzifələri və hüquqları.
Dostları ilə paylaş: |