Birinci gündəlik fəaliyyət rejimi. Bu rejim respublikanın ərazisində, o cümlədən də rayonda (obyektdə) sənaye – istehsalat fəaliyyəti, radiasiya – kimyəvi şərait, həmçinin seysmik, hidrometroloji, sanitar – epidemik vəziyyət normal olan halda işləyə bilər.Bu zaman rayonlarda, obyektlərdə planlı surətdə ətraf mühitə, potensiallı obyektlərdə daimi müşahidə aparılır,ehtimal edilə bilən fövqəladə halların qarşısını almaq, təsirini azaltmaq, nəticələrini aradan qaldırmaq məqsədilə əvvəlcədən planlı tədbirlər hazırlanır və yerinə yetirilir. Qüvvə və vasitələrin ehtiyatları yaradılır, əhaliyə müvafiq proqramlar əsasında mühafizə, davranış, fəaliyyət qaydaları öyrədilir və müvafiq təsərrüfat planları əsasında digər hazırlıq işləri görülür.
İkinci yüksək hazırlıq rejimi. Bu rejimə FH-n baş verəcəyi barədə proqnoz alınarkən,normal istehsal fəaliyyəti, radiasiya, kimyəvi şərait, epidemik və s. pisləşərkən keçilir.