4.Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyası yaradılmışdır.
5.Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyası haqqında təqdim olunan Əsasnamə təsdiq edilmişdir.
6.Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyasına qəza-xilasetmə, qəza-bərpa işlərinin və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi zamanı rabitə və xəbərvermə şəbəkəsindən ilk növbədə üstünlüklə istifadə etmək ixtiyarı verilmişdir.
7.Azərbaycan Respublikasının müvafiq Dövlət orqanlarına tapşırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyası və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti ilə birlikdə respublika şəhərləri və rayonları icra hakimiyyəti orqanlarının iştirakı ilə fövqəladə hallar rayonlarında həyat təminatı obyektlərində bərpa işlərinin aparılması üçün müvafiq tikinti, ixtisaslaşdırılmış və quraşdırma təşkilatlarının tərkibində qəza-bərpa dəstələrinin yaradılması qaydasını müəyyənləşdirilib Nazirlər Kabinetinə təqdim edilmişdir.
8.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti ilə birlikdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Fövqəladə hallar üzrə Komissiyasının, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin və digər əlaqədar nazirliklərin və baş idarələrin iştirakı ilə respublika rayon və şəhər icra hakimiyyəti orqanlarını təsərrüfat orqanlarını, habelə əhalini yaranmış fövqəladə hallar və onun nəticələrinin aradan qaldırılmasının gedişi barədə məlumatlandırmaq üçün fəaliyyət göstərən xəbərdarlıq və müntəzəm məlumatlandırma sisteminin (o cümlədən bilavasitə kütləvi informasiya vasitələri ilə) səmərəliyini yüksəltmək sahəsində tədbirlər görülmüşdür.
9.Azərbaycan Respublikası Dövlət Sisteminin qəza-xilasetmə və qəza-bərpa daimi hazırlıq dəstələrinin fəaliyyətinin hüquqi və maliyyə əsaslarını müəyyən edən normativ sənədlər hazırlanmışdır.
10.Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyası və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi respublikanın digər əlaqədar nazirliklərinin və baş idarələrinin iştirakı ilə fövqəladə halların qarşısının alınması, belə halların nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin maddi-texniki təminatı, maliyyələşdirilməsi, bu tədbirlərdə iştirak edən vətəndaş və təşkilatların əməyinin ödənilməsi, zərərçəkənlərə göstərilən kömək, vətəndaşların məşğələlərə xüsusi məşqlərə cəlb edilməsi ilə, habelə lazımi elmi-tədqiqat işlərinin həyata keçirilməsi iləəlaqədar xərclərin aparılması qaydalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir.
11.«Azəravtonəqliyyat» Konserni, Azərbaycan Dəmir Yolu İdarəsi, Azərbaycan Hava Yolları Dövlət Konserni «AZAL» Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, Azərbaycan Respublikası Nazirlər Kabineti Fövqəladə Hallar Üzrə Komissiyasının tələbi ilə öz vəsaiti hesabına fövqəladə halların nəticələrinin aradan qaldırılmasına lazımi qoşun hissələrinin, xüsusi dəstələrin, qrupların və yüklərin fəlakət rayonlarına və geriyə daşınmasını ilk növbədə təmin edilməsi barədə tapşırıq verilmişdir.
13.Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə Komissiyasına zəruri hallarda bu məqsədlər üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, habelə digər nazirliklərin və baş idarələrin nəqliyyat vasitələrini cəlb etmək ixtiyarı verilmişdir.
14.Azərbaycan Respublikası Nazirlər Kabineti Fövqəladə hallar üzrə Komissiyasının heyəti təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə Komissiyası haqqında Əsasnamə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Fovqaladə Hallar Nazirliyinin (FHN) mülki müdafiə üzrə əsas vəzifələri.
Dostları ilə paylaş: |