Belə hallarda müvafiq FH komissiyaları aşağıdakı işləri görürlər:
- vəziyyətin pisləşməsi səbəbini aşkar etmək üçün operativ qruplar yaradır;
- növbətçi – dispetçer xidmətlərinin fəaliyyətini gücləndirir;
- müşahidə və nəzarəti artırır;
- fəaliyyət göstərəcək qüvvə və vasitələri hazır vəziyyətə gətirir və onların vəzifələrini konkretləşdirir, əhalinin mühafizəsi üzrə tədbirləri dəqiqləşdirirlər.
Üçüncü fövqəladə rejim – sistem bu rejimi fövqəladə hallar baş verərkən və onların nəticələri aradan qaldırılarkən FHN – nin müvafiq orqanları və daimi komissiyanın qərarı ilə keçirilir.
Bu zaman:
- əhalinin mühafizəsi təşkil edilir;
- işlərə bilavasitə rəhbərlik etmək üçün daimi komissiyaların operativ qrupları fəlakət yerlərinə göndərilir;
- qüvvə və vəsaitlər fəlakət yerinə gətirilir və xilasetmə işlərinə cəlb edilir;
- baş vermiş fəlakətin nəticələri aradan qaldırılır;
- ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur.
Dostları ilə paylaş: |