Metodika azərbaycan məKTƏBİ. 2018. №2 61



Yüklə 263,67 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix02.01.2022
ölçüsü263,67 Kb.
#46119
1   ...   11   12   13   14   15   16   17   18   19
Sahil Jafarov

«Kollektivlə  iş». Təlimin  «kollektivlə  iş»

forması həm fərdi, həm cütlərlə, həm də «qrup-

larla iş» formalarının kompleks elementlərini

özündə birləşdirir. Təlimin qarşıya qoyduğu

vəzifələrin və prinsiplərin həyata keçirilməsi

təlim-tərbiyə prosesinə təsir edən amillərdən

və  şərtlərdən  bilavasitə  asılıdır.  Təlimin

«kollektivlə iş» formasında aparılan müzaki-

rələrdə müxtəlif fərziyyələrin meydana çıxması,

ilk  növbədə,  verilən  tapşırıqların  həllinin

mükəmməllik  dərəcəsini  artırır.  Kollektiv

müzakirə müxtəsərlik, vaxta qənaət şərtlərini

özündə  birləşdirir.  Belə  vəziyyətlərdə

şagirdlərdə  kollektiv  birgəfəaliyyət  modeli

formalaşır.  Nəzərə  almaq  lazımdır  ki,

«kollektivlə  iş»  formasında  müxtəlif  təlim

məqsədlərinə  yönəlmiş  bir  sıra  metod  və

texnikaların tətbiqi üçün sosial-pedaqoji şərait

yaranır. «Kollektivlə iş» formasında tədqiqatın

aparılması üçün hansı metodun lazım olduğunu

müəyyən etmək üçün müəllim müasir təlim

metodlarının  əsas  xüsusiyyətlərini  diqqətlə

nəzərdən  keçirməli  və  dərsdə  mövzunun

məqsədinə uyğun olaraq metodlar seçməlidir.

Metodu seçərkən hər bir şagirdin bilik, bacarıq

və  vərdişlərin  mənimsənilmə  səviyyəsinə,

həm də onların şəxsiyyət olaraq sosiallaşmasına

(şəxsiyyət  tərəfindən  ictimai  dəyərlərin

qazanılması) geniş şərait yaradılmalıdır. Yəni

formalaşdırmaq və inkişaf etdirmək məqsədi

təlimin qarşısında mühüm vəzifə olaraq daim

nəzərə  alınsa,  yeni  perspektivli  nəticələrin

əldə olunması reallığa çevriləcəkdir.

«Kollektivlə  iş»  formasının  əsas  üstün-

lüklərindən biri də şagirdlər arasında qarşılıqlı

fəaliyyətə  əsaslanan  dinamik  işin  önə  çıxa-

rılmasından  ibarətdir.  Yəni  kollektivin  birgə

fəaliyyəti  dedikdə  sadəcə  olaraq  qarşılıqlı

təsir prosesi deyil, şagirdlərlə tədqiqat xarak-

terli  xüsusi  təşkil  olunmuş  idrak  fəaliyyəti

başa düşülür. Təlimin «kollektivlə iş» forma-

sında tədrisin elə metodlarının tətbiqinə şərait

yaradılır ki, həmin metodlar şagirdlərin tədris

materialı ilə, eləcə də ətraf aləmin reallıqları

və təzahürləri ilə sərbəst iş prosesində tanış-

lığına  və  istifadəsinə  şərait  yaranır.  Tətbiq

olunan müasir təlim metodları şagirdin nailiy-

yət səviyyəsinin yüksəldilməsini təmin edən

ən  mükəmməl  vasitələrdəndir.  «Kollektivlə

iş»  forması  müəllimin  bilavasitə  iştirakı  ilə




Yüklə 263,67 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin