şərtlənən proses olduğunu nəzərə alsaq,
burada müəllimlərin məqsədyönlü təsirini ön
plana çəkmək daha doğru olardı.
Şagird şəxsiyyətinin sosiallaşmasının kollek-
tiv şərtləri əxlaqi şüurun və mənlik şüurunun
formalaşması ilə nəticələnir. Qazanılan ictimai
keyfiyyətlər kollektivlə şagird arasında sosial
rabitənin fonunda reallaşır. Deməli, sinif kol-
lektivində sosiallaşma mübadiləsi baş verdikcə
tədricən vahid istiqamət seçilir. Nəticədə sinif
kollektivinin hər bir üzvü bəyənilən, seçilən
və ictimai dəstək qazanan sosiallaşmanın
məzmununu əxz edir. Bu tendensiyanı nəzərə
alaraq müəllim, ilk növbədə, müasir təlim
mühitini qurmaqla sinif kollektivində qarşılıqlı
münasibətlərin məzmununu ictimai mahiy-
yətdə müşahidə etməyə səy göstərməlidir. Bu
istiqamət şagirdlərdə öyrənməyə meyilliliyi
artırır və sosiallaşmanın məzmun elementlərini
özündə birləşdirir. Sosial pedaqogikanın əsas
istiqamətlərindən birini təşkil edən təlim
fəaliyyətində sosiallaşma aktı təkcə bilik,
bacarıq və vərdişlərin mənimsənilməsi ilə
məhdudlaşmamalıdır. Bu proses həm də sinif
kollektivinin hər bir üzvünün sosiallaşmasını
məqbul səviyyədə istiqamətləndirməlidir ki,
şagirdlərdə özünütəsdiq və özünüreallaşdırma
imkanları formalaşsın. Çünki əsas məqsədimiz,
hərtərəfli inkişaf etmiş, mükəmməl bilik,
bacarıq və vərdişlərə yiyələnən, intellektual
səviyyəsi yüksək olan və ən əsası qarşılıqlı
münasibətlər sistemində öz daxili poten-
sialından istifadə etməklə inteqrasiya qabi-
liyyətini artıra bilən şagirdləri yetişdirməkdir.
Müasir dərs məhz həmin məqsədin reallaş-
masına istiqamətlənsə, biz cəmiyyətin indiki
dinamik tələblərinə cavab verə bilən və
bilavasitə sosial-iqtisadi və ictimai-siyasi
proseslərdə aktiv iştirak edə bilən müasir
şəxsiyyəti yetişdirməyə nail ola bilərik.
Dostları ilə paylaş: