Metodika azərbaycan məKTƏBİ. 2018. №2 61



Yüklə 263,67 Kb.
Pdf görüntüsü
səhifə15/19
tarix02.01.2022
ölçüsü263,67 Kb.
#46119
1   ...   11   12   13   14   15   16   17   18   19
Sahil Jafarov

METODİKA

70

AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2




şagirdlərə  müxtəlif  informasiya  mənbələri

əsasında və ya bir-biri ilə qarşılıqlı ünsiyyət

prosesində yeni bilikləri və həyati bacarıqları

qazandırmağa  imkan  verən  təlim  üsullarını

və dərsin təşkili formalarını özündə birləşdirən,

pedaqoji fəaliyyətin səmərəli tərəflərini həyata

keçirən ən mükəmməl təlim formalarındandır. 

Fəal təlim metodlarına BİBÖ, layihələrdirmə

metodu, karusel, anlayışın müəyyən edilməsi,

akvarium metodu, kublaşdırma, ziqzaq, beyin

həmləsi, klaster, venn diaqramı, auksion, söz

assosiasiyaları, diskussiya, ideyalar xalisi, ref-

leksiya və s. metodlar daxildir [Qəhrəmanov

A.  2012,  Veysova  Z.A.  2012].  Bu  metodların

təsnifatını  daha  da  genişləndirmək  olar.

Yuxarıda qeyd etdiyimiz kimi, «kollektivlə iş»

formasında həm də qarşılıqlı ünsiyyət vasitə-

lərindən istifadə olunur. Şagird şəxsiyyətinin

sosiallaşmasında ünsiyyət bilavasitə şagirdin

fəallıq dərəcəsində ifadə olunur. Ümumi priz-

madan yanaşdıqda isə istər təlim formalarında,

istər  fəal  dərsin  mərhələlərində,  istərsə  də

müasir təlim metodlarının tətbiqi şəraitində

yeni  yanaşma  mexanizmlərindən  istifadəyə

şərait yaranır. Çünki müasir dərs yeni şəxsiyyət

modelinin formalaşmasında optimal vasitəyə

çevrilmişdir. Burada aparıcı amil ünsiyyətdir.

Ünsiyyət zamanı biliklərin, mənəvi dəyərlərin,

fikirlərin və niyyətlərin mübadiləsi baş verir.

Ünsiyyətin məzmunu həm də əhval-ruhiyyəni

qaldırmaqda  optimal  vasitədir.  Ünsiyyətin

sosial-psixoloji mahiyyəti şagirdin hisslərinin

ifadəsinə və intellektual səviyyəsinə bilavasitə

təsir göstərir. Qarşılıqlı münasibətlər şəraitində

şagirdlərin mədəni səviyyəsi, onun intellektinin

inkişafı və dünyagörüşü meydana çıxır. Məhz

müasir dərsin təşkili şagirdin idraki marağını

oyatmaq  və  mövqelərin  müdafiəsi  üçün  ən

optimal vasitələri özündə birləşdirir. Şagirdin

idraki maraqlarına dayaq olan təlimin bütün

mərhələlərində  istifadə  oluna  bilən  mühüm

vasitələrdən biri kimi qarşılıqlı münasibətlər

sistemi çox böyük pedaqoji-psixoloji faydaları

ilə şəxsiyyətin sosiallaşmasını müsbət yönümdə

istiqamətləndirə bilir. 

Məlum olduğu kimi, insanın sosiallaşması

ictimai  keyfiyyətlərin  qazanılması  və  bu

keyfiyyətlərin cəmiyyətə yenidən inteqrasiyası

səviyyəsində  reallaşır.  İnsanın  sosiallaşması

ilkin  olaraq  ailədən  başlayır,  sonradan

qohumların, məhəllənin, dostların, tanışların

və  ümumiyyətlə  qarşılaşdığı  tərəflərin

əhatəsində  davam  edir.  Qeyd  olunan  digər

tərəflərin əksəriyyəti fərdi münasibət əsasında

qurulsa da, sosiallaşma prosesinin böyük bir

hissəsini kollektiv münasibətlər sistemi təşkil

edir.  Bu  baxımdan  insan  əvvəl  fərdi,  sonra

qrup,  daha  sonra  kollektiv  münasibətlər

sisteminə  inteqrasiya  edərək  ümumi

cəmiyyətdə mövcud münasibətlər sisteminə

qoşulma  imkanlarını  qazanır.  Lakin  bu

mərhələlərin  əsas  hissəsini  kollektiv

münasibətlər sistemi təşkil edir. İnsan amilinin

qarşılaşdığı kollektiv münasibətlər sisteminin

ilkin və rəsmi forması sinif kollektividir. 

Məktəb  mühitinə  daxil  olduqdan  sonra

uşağın  əhatəsində  olduğu  kollektiv  müna-

sibətlər  sisteminin  ilkin  təzahür  forması

emossional reaksiyalarda hiss olunur. Həmin

reaksiyalar bəzi cərəyanetmə xüsusiyyətlərinə

görə fərqlənir. Birinci növbədə hiss, iradə və

xarakter  etibarı  ilə  uşağın  psixologiyasında

sosiallaşmanın  məzmunu  dəyişilir.  Uşaq

psixologiyasının daxilində motivlərin müəyyən

kompleksi uşağın kollektivin sosial-pedaqoji

mühitinə  uyğunlaşmasına  imkan  yaradır

[Ağayev  Ə.Ə.  2005,  s.4].  Sinif  kollektivinin

təsiri  altında  aşkara  çıxan  mühüm  cəhətlər

sırasında  psixi  fəaliyyətin  adaptasiyasında

meyillilik artan tərzdə davam etməyə başlayır.

Şagird şəxsiyyətinin sosiallaşmasında ictimai

dəyərlərin ötürülmə sürəti və həcmi dəyişilir.

Motivlərin kompleksi öz elementlərini kollek-

tivin  ayrı-ayrı  üzvlərindən  qazanır.  Deməli,

həm də uşağın sosiallaşmasında müxtəlifliyin

əsası qoyulur. Təbii olaraq bu proseslər şagirdi

öz  şəxsi  fəallığından  məhrum  etmir.  Çünki

şagird özü də sinif kollektivinin bir üzvü kimi

sosial  statusa  malikdir.  Lakin  şagird  şəxsiy-

yətinin sosiallaşmasına ictimai mühitin birbaşa

təsirinin  nəticəsi  kimi  baxılsa,  bu  proses

məqsədəuyğun  qiymətləndirilər,  yox  əgər

mühitin surəti kimi baxılsa, bu daha məqsə-

dəuyğun sayılar. Çünki burada şagirdin şəxsi

Sahil Cəfərov


Yüklə 263,67 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin