Təlim prosesində istifadə olunan «qruplarla
iş» formasında mənimsədilməsi nəzərdə tu-
tulan mövzunun son məqsədini, məqsədə çat-
maq üçün yolları, bu yolların səmərəliliyini
yoxlamaq üsullarını özündə birləşdirən, təhsil
prosesi ilə bağlı olan bütün fəaliyyətlərin
səmərəli və məqsədyönlü təşkilinə hərtərəfli
imkan yaradan mühüm şərtlər mövcuddur.
Bunu nəzərə alaraq müəllim, ilk növbədə,
dərsin motivasiya mərhələsini mükəmməl
qurmağa çalışmalıdır. Motivasiya mərhələsində
şagirdləri dərsin mövzusu ilə yaxından tanış
etməlidir. Həmin mərhələdə şagirdlərin
məntiqi, tənqidi, yaradıcı təfəkkürü və
tədqiqatçılıq vərdişlərini inkişaf etdirən
tapşırıqların müəyyənləşməsi vacibdir. Təhsil
sahəsindəki müxtəlif fəaliyyətlər təhsilalanların
mənafeyinə, maraq və tələbatlarının
ödənilməsinə, istedad və qabiliyyətlərinin,
potensial imkanlarının inkişafına xidmət
etməlidir. Verilən suallar açıq və məntiqli
olmalıdır. Fasilitasiya zamanı konkret misal-
lardan, müqayisə və tutuşdurma üsulundan,
analogiyalardan istifadəyə şərait yaradılmalıdır.
Qrup daxilində akademik göstəriciləri ən zəif
olan şagirdi hərəkətə gətirmək üçün mənaca
yaxın olan öyrədici və yönəldici suallardan
istifadə olunmalıdır. Qruplarda iştirak edən
şagirdlər arasında qarşılıqlı müzakirə mühiti
yaratmaq lazımdır. Bunun üçün şagirdin deyə
biləcəyi sözü və ya fikri onun nitqini kəsərək,
əvəzinə müəllim tərəfindən ifadə olunması
yolverilməzdir. Verilən suallar qarşısında aciz
qalan şagirdə qrupun digər üzvləri yardımçı
olmalıdır. Verilən suallarda əsas fikri analiz
və sintez etməkdə qrupun bütün üzvləri fəallıq
göstərsə sualların mahiyyəti şagirdlər
tərəfindən qavranılar. Verilən suallara
hazırlanan cavabları şagirdlər öz sözləri ilə
sərbəst ifadə etməlidir ki, onlarda yazılı və
şifahi nitq paralel olaraq inkişaf etsin. Bu
nəticənin əldə olunması üçün dərsdə sosial-
pedaqoji və psixoloji mühitin yaradılması xü-
susi əhəmiyyət daşıyır. Fasilitasiya prosesində
uşaqların cavablarını dəqiq dinləmək və təhlil
etmək vacibdir. Çünki hər bir şagirdin fəaliyyət
məhsulu digər şagirdlərin diqqət mərkəzində
olur və müəyyən qədər təhlil olunur. Deməli,
şagirdin idraki fəaliyyəti nəticəsində yaranmış
ideya və fikirlər digər şagirdlərin növbəti
fəaliyyətinə yeni interaktiv pedaqoji mühit
yaradır. Yəni dərsdə təkcə dərslikdə olan ma-
teriallardan yox, həm də müxtəlif subyektlərin
düşüncə məhsullarından istifadə olunduqda
interaktivlik önə çıxır. Qarşı tərəflərin
söylədikləri fikir və ideyalar çoxaldıqca dərsin
akademik səviyyəsi çoxalır. Buna görə də əsas
önəm və diqqət xüsusi pedaqoji ölçülər
çərçivəsində şagirdin fəaliyyətinə yönəl-
dilməlidir. Şagird dərs zamanı mövcud prob-
lemin həlli yolunda əldə etdiyi nailiyyətlər
haqqında məlumatı və əks əlaqəni verməyi
bacarmalıdır ki, həm özü düşünsün, həm də
qarşı tərəfləri düşündürə bilsin. Bir sözlə,
diskussiya mühiti təşkil olunmalıdır. Dərsdə
hər bir şagirdin fikir və rəyi yeni biliyin və
ideyaların aşkarlanmasına şərait yaratmalıdır.
Qarşılıqlı müzakirə diskussiya mühiti yaradır.
Diskussiya həm də ideyaların qarşı-qarşıya
durmasını, interaktiv və deduktiv mühitin
yaranmasını şərtləndirir [Шишов С. 1999,
s.112]. Müzakirə diskussiyaya, diskussiya isə
qarşılıqlı münasibətlərin tənqidi tərzdə davam
etməsinə şərait yaradır.
Qrup daxilində şagirdlər qarşılıqlı diskussiya
apararkən, ilkin olaraq motivasiya elementi
dərsin sonuna qədər qorunmuş olur. Bu o
deməkdir ki, şagirdlərin diqqəti dərsdə daim
mərkəzləşmiş vəziyyətdə qalır. Dərsin əsas
şərtlərindən biri kimi diqqətlilik sosial-pedaqoji
cəhətdən faydalılığı ilə seçilir. Birinci növbədə
diqqət motivasiyanın sosial-psixoloji göstəricisi
olaraq xarakterizə olunur. Məlum fakt ondan
ibarətdir ki, müasir dərsin ən mühüm və
mürəkkəb mərhələlərindən biri də motivasiya
mərhələsidir [Qəhrəmanov A. 2012, Zamanova
M. 2017, Мардахаев Л.В. 2006]. Motivasiya
təsadüfi olaraq dərsin birinci mərhələsi olaraq
müəyyənləşməyib. Bu element hətta dərsin
ilkin anından başlayaraq son mərhələyə qədər
sosial-pedaqoji və psixoloji funksiyaların yerinə
yetirilməsini şərtləndirir. Onu da qeyd etmək
vacibdir ki, dərsin sonrakı gedişi məhz
motivasiyanın nə dərəcədə qurulmasından
Dostları ilə paylaş: