prosesində qarşılıqlı nəzarət və qiymətlən-
dirməni həyata keçirir. Burada sosial-pedaqoji
əhəmiyyəti ilə seçilən əsas məsələ nəzarətin
və qiymətləndirmənin formal şəkildə olsa da,
şagird tərəfindən həyata keçirilməsidir. Belə
ki, şagirdlər öz aralarında nəzarət və qiymət-
ləndirmə apardıqda həmyaşıdlar mühitində
qarşılıqlı yoxlamanın sosial-pedaqoji missiyası
həyata keçirilir. Məhz bu tendensiya şagirdin
şəxsiyyətyönümlü istiqamətdə formalaşmasını
xarakterizə edən mühüm elementdir. Burada
həm də dərsə ayrılan akademik saata qənaət
məsələsi də qorunur. Şagirdin nailiyyəti əvvəlcə
sinif yoldaşı tərəfindən nəzərdən keçirilir,
ilkin nəticə olaraq qiymətləndirilir və sonradan
müəllimə təqdim olunur. Şagirdin fəaliyyəti
sinif yoldaşı tərəfindən səhv qiymətləndirilə
bilər, buna baxmayaraq şagirdlərarası fikir
mübadiləsinin aparılması vacibdir. Çünki
qarşılıqlı fikir mübadiləsi nəticəsində
şagirdlərdə tənqidi baxış və qiymətləndirmə
vərdişi formalaşır və bu vərdiş əsasında şagird
müstəqil olaraq öz nailiyyətlərinə tənqidi
yanaşa bilir və ilkin qiymətləndirməni aparır.
Dostları ilə paylaş: