«Qruplarla iş». Pedaqoji ədəbiyyatda qeyd
olunduğu kimi, «qruplarla iş» formasında
şagirdlər müəyyən problemi həll etmək üçün
üç və altı say tərkibində olmaqla müəyyən
qruplarda birləşirlər. Bu şəraitdə onlar
müzakirə etmə, fikir mübadiləsi aparma,
mühakimə yürütmə və birgə fəaliyyət
bacarıqlarını inkişaf etdirmə imkanlarını əldə
edirlər. Məhz pedaqoji işin təşkilində əsas
önəm şagirdin fəaliyyətinə verilir. Kurikulum
sisteminin əsas prinsiplərindən biri də şagird
nailiyyətinin qiymətləndirilməsi olduğu üçün
burada şagirdin fəaliyyətinə geniş sosial-
pedaqoji zəmin yaradılmalıdır. Bu isə o zaman
mümkündür ki, şagirdin dinamik fəaliyyətini
istiqamətləndirməkdən ötrü təhsildə konkret
məzmun standartları müəyyənləşsin.
Ümumtəhsil sahəsində qəbul edilən belə stan-
dartlar «qruplarla iş» formasının tətbiqi
şəraitində öz pedaqoji səmərəsini verməkdədir.
Daha dəqiq ifadə etsək, şagirdlərin ayrı-ayrı
qruplarda birgə fəaliyyəti zamanı müxtəlif
fənlər üzrə ümumi təlim nəticələrinin
reallaşmasını təmin etmək üçün müəyyən
edilən məzmunun zəruri hissəsi üzə çıxır,
nailiyyət qarşılıqlı müzakirələrin obyektinə
çevrilir. Təlim formalarının tətbiqi şəraitində
kiçik qruplarda 3-6 şagirdin hansısa problemin
həllinə yönəlmiş birgə, uzlaşdırılmış və sonu
mükəmməl qərarlarla bitən fəaliyyəti aşkara
çıxır. Bu baxımdan qrup üzvlərində düşünmə
imkanlarının inkişaf perspektivlərinin, təlim
prosesinin idraki və psixoloji əsaslarının,
tapşırıqların həlli prinsiplərinin, qaydalarının,
öyrənmə motivasiyasının, qarşılıqlı qiymət-
ləndirmənin istiqamətlərinin yeni və müasir
modeli yaranır. Nəticədə, şagirdlərdə birgə
fəaliyyətin qrup formasının normaları
müəyyənləşdikcə qarşılıqlı münasibətlərdə
əlaqələndirici, istiqamətverici və inkişafetdirici
qabiliyyətləri stimullaşdıran sosial-pedaqoji
mühit formalaşır. Bu baxımdan təlimin
təşkilinin qrup formasını fəal təlim şəraitində
həm sosial, həm də pedaqoji işin əsas
formalarından biri kimi dəyərləndirmək olar.
«Qruplarla iş» formasında hər bir qrup üzvünü
(şagirdi) fikri fəaliyyətə cəlb etməyə müvafiq
sosial-pedaqoji mühitin şahidi oluruq. Bu
şəkildə yerinə yetirilən işin məzmunu
şagirdlərin idrak proseslərinin inkişafı üçün
yeni dinamik şərait yaradır. Burada işin
məzmun elementləri sosial-psixoloji və pedaqo-
ji mahiyyətdə formalaşır. Qarşılıqlı müzakirələr
şəraitində qoyulan problemin həlli yollarının
tapılması cəhdi şagirdin psixologiyasının bütün
laylarını hərəkətə gətirə bilir. İlk növbədə,
məntiqi təfəkkür aktivləşir. Psixologiya
elmindən bizə məlumdur ki, təfəkkür məqsədə
yönəlmiş səciyyə daşıyır [Əlizadə H.Ə., Mah-
mudova R.M. 2013, İbrahimov F.N., Hüseynzadə
R.L. 2013, Плоткин М.М. 2003]. Məntiqi
təfəkkür hər şeydən əvvəl praktik fəaliyyət
mühitini yaradaraq şagirdin qarşısında yeni
məqsəd, yeni problem, yeni vəziyyət və yeni
rəngarəng fəaliyyət şəraiti formalaşdırır. Bu
baxımdan şagirdlər qrup daxilində verilən
tapşırıqların təsiri nəticəsində yaranmış prob-
lem situasiya hesabına dinamik fəaliyyət
göstərməyə meyilli olurlar. Problem situasiya
Sahil Cəfərov
Dostları ilə paylaş: |