şəraitində şagirdlərdə təkmilləşmiş zehni
fəaliyyətin köməyi ilə ümumi məqsədə çatmağa
və tapşırıqları yerinə yetirməyə imkan verən
yeni üsul və vasitələr tapmaq və yaratmaq,
şəxsi yanaşmalardan istifadə etmək mümkün
olur. İdrak fəaliyyəti yeninin axtarılması və
kəşfidir. Yaranmış sosial-pedaqoji keçidlər öz
növbəsində hər bir şagirddə təlim prosesində
öz bacarığını nümayiş etdirməsi, özünə inamın
artması, özünü tam dəyərli tərəf kimi dərk
etməsi üçün daxili inam yaradır. Yaranmış
problemin həlli üçün fərdin və qrup üzvlərinin
fəaliyyətlərinin qarşılıqlı surətdə bir-birini
tamamlaması hesabına hər bir şagird müstəqil
şəxsiyyət kimi formalaşma yolunu keçir.
Şagirdin idrak fəaliyyətinin aktivləşməsi,
əsasən, müasir dərsin ilkin mərhələsində -
motivasiya mərhələsində reallaşır. Çünki əsas
problem həmişə çoxsaylı fərziyyələr, ehtimallar
doğurur və bunları yoxlamaq üçün, ilk növbədə,
dərsdə mövzunun mənimsənilməsinə xidmət
edən tədqiqat sualları düzgün və məntiqli
tərtib olunmalıdır. Problem və tədqiqat sualı
yeni biliklərin əldə olunmasına aparan
«bələdçi» rolunu oynayır. Fəal təlimin birinci
mərhələsində dərsin mexanizmi elə
qurulmalıdır ki, məhz müzakirəyə çıxarılan
problem şagirdin idrak fəallığının aktiv-
ləşməsinə zəmin yaratsın. Qrup formasında
tədqiqatın birgəfəaliyyət şəklində aparılması
sosial, pedaqoji və psixoloji cəhətdən müxtəlif
məzmunlu faydalar verir:
1) ilkin olaraq şagirdin bilik, bacarıq və
vərdişlərinin həcmi və xarakteri çoxaldıqca
onlarda yeni məqsəd, məzmun və xarakter
əlamətləri formalaşır.
Qeyd etdiyimiz vəziyyətlərdə şagirdlərdə
təhsilin məzmun elementləri formalaşdıqca
onların şəxsiyyət keyfiyyətləri də artır. Deməli,
əsas məqsəd həyata keçir. Şagird qrup tərki-
bində, həmyaşıdlar şəraitində yeni nailiyyətlər
qazanır, öyrənir, öyrədir, rəqabətə girir və
əhəmiyyətli tərəf olaraq qrupun üzvü kimi
formalaşır. Digər tərəfdən şagirdlər öz sinif
yoldaşları ilə qarşılıqlı münasibətlərdə dönüş
yaradır. Yəni qrupdaxili qarşılıqlı münasibət-
lərdə məzmun dəyişiklikləri baş verir. Təlim
əsas fəaliyyət növünə çevrildikdən sonra
şagirdlərarası qarşılıqlı münasibətlərin tərki-
binə təhsilin məzmun elementləri daxil olur.
2) şagirdlərin qarşılıqlı münasibətlərinin
həcmi və xarakteri təhsilin məzmun elementləri
ilə təmin olunur.
Dərs prosesində şagirdlərin ünsiyyət
tələbatının ödənilməsi məsələsi qrupdaxili
qarşılıqlı münasibətlərin məzmunu ilə reallaşır.
Burada şagird-şagird münasibətləri aparıcı
olur. Təbii haldır ki, ümumi təhsilin məzmunu
fərdin, cəmiyyətin, dövlətin maraq və
tələbatlarını, milli və ümumbəşəri dəyərləri
əks etdirməklə, humanistlik, dünyəvilik, varis-
lik, inteqrativlik prinsipləri əsasında müəyyən
olunur [Ağayev Ə. 2006, Ağayev Ə.Ə. 2005,
Əlizadə H.Ə., Mahmudova R.M. 2013]. Təhsilin
məzmun elementləri fərd ilə cəmiyyət arasında
və eyni zamanda, fərdin tələbatları ilə dövlət
arasında ictimai rabitə yaratmaqla təhsil
alanların intellekt səviyyəsini qaldırır. Bu
mənada ümumi təhsilin məzmunu təhsil-
alanların yaş, fizioloji, psixoloji xüsusiyyətlərini
nəzərə almaqla onların dünyagörüşünün və
şəxsiyyətinin formalaşmasını, bazar müna-
sibətlərinin tələblərinə uyğun olaraq zəruri
bilik və bacarıqlara yiyələnməsini, əqli, fiziki,
mənəvi, estetik inkişafını, müstəqil əmək və
təhsil həyatına hazırlanmasını, cəmiyyətin
faydalı və məhsuldar üzvünə çevrilməsini
təmin edir. Həmin məqsədin həyata keçirilməsi
üçün təhsilin məzmunu qarşılıqlı münasi-
bətlərin mövzusuna yönəldilməli və təlim
tapşırıqları subyektlər arasında əsas müzakirə
obyektinə çevrilməlidir. Qrup daxilində birgə
fəaliyyət aparıcı olsa da, müəyyən mənada
şagird-şagird münasibətlərinin məzmunu şəxsi
sosial münasibətlərin məzmunundan qaynaq-
lanır. Nəzərə almaq lazımdır ki, ünsiyyət
prosesində hər bir şagird subyekt olaraq
mövqe seçir. Buna uyğun olaraq, onların şüuru,
motivlər sistemi, emosional aləmi digər
şagirdlərin fəaliyyətinə təkan verən faktora
çevrilir. Şagird psixikasında nəyə nail olacağı
barədə düşünür, məntiqi təfəkkürünü fəaliyyətə
cəlb edir və qərar vermək üçün nəticə çıxarır.
Bu baxımdan şagirdin fəaliyyət istiqamətləri
Dostları ilə paylaş: