Metodika azərbaycan məKTƏBİ. 2018. №2 61



Yüklə 263,67 Kb.
Pdf görüntüsü
səhifə6/19
tarix02.01.2022
ölçüsü263,67 Kb.
#46119
1   2   3   4   5   6   7   8   9   ...   19
Sahil Jafarov

«Cütlərlə  iş». Təlim  işində  «Cütlərlə  iş»

formasından  istifadə  zamanı  şagirdlər  cüt-

cüt  qruplaşaraq  müəyyən  nailiyyətlər  əldə

edirlər  [Abdulov  R.  2005,  Ağayev  Ə.  2006,

Əlizadə  H.  1998].  «Cütlərlə  iş»  formasında

fərdi iş formasına nisbətən şagird fəaliyyətinin

məzmunu genişlənir. Bu prosesdə fəaliyyətin

növü təlim olsa da, şagirdlərdə həm də qarşılıqlı

ünsiyyət bacarıqlarının formalaşmasına geniş

sosial-pedaqoji  zəmin  yaranır:  İlk  növbədə,

müəllim-şagird əməkdaşlığı yeni mahiyyətdə

qurulur;  dərsdə  görüləcək  işin  ağırlıq

dərəcəsinin və mərkəzinin tədricən şagirdin

üzərinə köçürülməsinə şərait yaranır; pedaqoji

prosesin ənənəvi qaydalardan xilas olunaraq

interaktiv formalar qazanmasına elmi-metodiki

zəmin yaranır. «Cütlərlə iş» formasının tətbiqi

prinsip etibarı ilə bir neçə istiqamətlər üzrə

sosial-pedaqoji  faydalar  verir.  Həmin

istiqamətlərin  aşağıdakı  formalarda  tətbiq

olunmasını məqsədəuyğun sayırıq.

•  Şagirdlər  hər  hansı  tapşırığın  həlli

prosesində bir-birlərinə pedaqoji yardım edir,

fərdi fəaliyyətdən birgə fəaliyyətə keçid alırlar.

Şagird yalnız ona məxsus olan təbii imkanlara,

xüsusiyyətlərə,  fərdi  qabiliyyətlərə  və

məqsədlərə malik olan, fəal və sərbəst hərəkət

edən, qərarlar qəbul edən subyektiv yanaşma

statusundan birgəfəallıq statusuna keçid alır

və şəxsi mövqe nümayiş etdirir. «Cütlərlə iş»

formasında müəllim və şagirdlərin müəyyən

qaydada  və  rejimdə  həyata  keçirilən  birgə

fəaliyyətinin sosial-pedaqoji ifadəsi üzə çıxır.

Sosial səbəblər və didaktik sistemlərin inno-

vatik təhlili onu deməyə əsas verir ki, «cütlərlə

iş» formasının düzgün qurulması və istifadəsi

nəticəsində  ciddi  reqlamentə,  sərt  pedaqoji

qaydalara əsaslanan standart dərslər tədricən

öz  yerini  qeyri-standart  dərslərlə  əvəzləyir.

Bu  baxımdan,  qarşılıqlı  müzakirələrin  ilkin

fazasını təşkil edən «cütlərlə iş» forması istər

sosial-pedaqoji,  istərsə  də  mənəvi-psixoloji

baxımdan bütün parametrlər üzrə təhsil işinin

məqsədinə  tam  uyğun  gələn  təlim  formala-

rından biridir.

•  Şagirdlərlə  cari  verilən  tapşırıqların

müzakirəsindən  başqa,  ev  tapşırıqlarının

yerinə  yetirilməsi  və  ya  müzakirəsi  barədə

də  qarşılıqlı  məsləhətləşmələr  və  fikir

mübadilələri  aparılır.  Bu  prosesdə  əsas

elementlər  idraki  təlim  və  real  həyati

problemlərin həlli ilə bağlı əməkdaşlığın əks

etdirilməsi  və  tapşırıqların  həlli  zamanı

mümkün  metod  və  üsullardan  istifadənin

təmin olunması ilə bağlıdır. Cütlərin məzmun

sahəsi  üzrə  düşünmə  prosesinin  sürət-

lənməsində  interaktiv  mühitin  nümayiş  et-

dirdiyi effektivlik onların təlimi və ünsiyyəti

üçün sosial-pedaqoji ölçü rolunu oynayır. İki

şagirdin qarşılıqlı, interaktiv şəkildə fəaliyyəti

zamanı  müxtəlif  məzmunlu  yanaşmalardan

yaranan  əsas  çətinlik  təlimə  nəzarəti  qarşı

tərəfə doğru yönəldərkən əmələ gəlir [Плот-

кин  М.М.  2003,  Шишов  С.  1999].  Buradan

belə bir qənaətə gəlmək olur ki, pedaqoji işin

təşkili  zamanı  təlim  məqsədləri  birmənalı

olaraq  təhsilin  məzmununun  mənimsə-

nilməsinə  deyil,  həm  də  situativ,  interaktiv,

perspektiv, şərti, ilkin və modern strukturda

formalaşdırılmalıdır ki, şagirdlərin qarşılıqlı

ünsiyyətinin davamlılığı üçün rəngarəng sosial-

pedaqoji  mühit  yaransın.  Təlimin  məqsədi

düzgün  və  dəqiq  normalar  səviyyəsində

seçildikdə şagirdlərin özlərinin hiss etdikləri

tələbat  və  ehtiyaclara  görə  yeni  və  davamlı

fəaliyyət forması yaranır.

• «Cütlərlə iş» formasında şagirdlər qarşılıqlı

qiymətləndirmə  və  qarşılıqlı  yoxlamalar

keçirəndən  sonra  fəaliyyət  məhsullarını

müəllimə təqdim edirlər. Təlimin mükəmməl

forması kimi «cütlərlə iş» formasında iki şagird

cütlər  üçün  müəyyənləşmiş  tapşırığın  həlli




Yüklə 263,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin