Microsoft Word 00 KeyNote Speakers Materiallar


QLOBAL MALIYYƏ BÖHRANI ZAMANI HƏYATA KEÇIRILƏN



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə113/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   109   110   111   112   113   114   115   116   ...   148

QLOBAL MALIYYƏ BÖHRANI ZAMANI HƏYATA KEÇIRILƏN 

QEYRI-ƏNƏNƏVI PUL SIYASƏTI ALƏTLƏRI 

 

Özal VƏLİZADƏ 

Qafqaz Universiteti 



ozalvalizada@gmail.com 

AZƏRBAYCAN 

 

Son dövrlərdə, Mərkəzi banklar qiymətlərin ümumi səviyyəsi və aşağı inflyasiya hədəflərinə açıq 



bazar  əməliyyatları  və faiz dərəcələrinə  təsir edərək nail olmuşlar.Lakin 2008-2009 qlobal maliyyə 

böhranı zamanı, iqtisadi böyümə  və qiymətlərin səviyyəsini sabit saxlaması üçün Mərkəzi bankların 

ənənəvi pul siyasətləri tam məqsədə nail olmamışlar.2008-ci ilin 3-cü rübundən böhranın dərinləşməsi 

və iqtisadi aktivliyin düşməsi,Mərkəzi bankları  kəmiyyət yumşalması(quantative easing),kredit 

yumşalması(credit easing),faiz dərəcəsi öhdəliyi(interest rate commitment)və bir çox ənənəvi-olmayan 

pul siyasətlərindən istifadə etməsinə yönəltmişdir. Bu dövrdə  Mərkəzi banklar böhranın təsirlərini 

azaltmaq üçün faiz dərəcələrini aşağı tutmağa çalışmış  və bir sıra qeyri-ənənəvi pul siyasətindən 

istifadə etmişlər.Həmçinin bu tədbirlər nəticəsində  Mərkəzi bankların balanslarında kəmiyyət 

genişlənməsi və struktur dəyişikliyi baş vermişdir.Nəticədə uzunmüddətli faiz dərəcələrinə  nəzarət 

etməyə çalışmışlar. 

Böhran dövründə bir çox ənənəvi olmayan pul siyasəti alətlərindən istifadə olunmuşdur.Bu alətlər 

beş başlıq altında toplanılmışdır.Kəmiyyət yumşaldılması,kredit yumşaldılması,faiz dərəcəsi 

öhdəliyi,məcburi ehtiyat norması və faiz dəhlizi siyasəti. 

Kəmiyyət yumşaldılması-Mərkəzi bankların iqtisadi aktivliyi artırmaq üçün istifadə etdiyi 

siyasətdir.Faiz dərəcələri ilə bazardakı likvidliyə təsir etmək daha asan olsa da,mərkəzi banklar bunu 

monopol olaraq yaratdığı pullarla da (elektronik pullar da daxil) nəzarət edə bilər. Vəsaitlərin satın 

alınması özəl sektora öz vəsaitlərini sata bilməsi inamını verir və özəl sektorun investisiyarını 

artırmasıyla bazardakı likvidliyi artırır. Kəmiyyət yumşaldılması  nəticəsində  Mərkəzi bankların 

balansında aşağıdakı dəyişiklik baş verir. 

Aktivlər Öhdəliklər 

Xəzinə qiymətli kağızları (+1 mlyrd $) 

Bank depozitləri(+ 1 mlyrd $) 

Mərkəzi bankların balanslarında müvəqqəti dəyişikliyə  səbəb olan repo əməliyyatının  əksinə, 

mərkəzi bankların balans böyüklüyünə  təsir edən kəmiyyət genişlənməsi daha uzunmüddətlidir. Bir 

çox vəziyyətlərdə banklar istiqrazları qarşılığında  əldə etdikləri likvidliyi bufer kimi rezervlərində 

saxlamaq istəyirlər.Bu vəziyyətdə  mərkəzi bankların həyata kecirdiyi siyasət təsirli olmur.Mərkəzi 

banklar bu cür siyasərləri faiz dərəcələri sıfıra yaxın olan halda tətbiq etsələr bu riskdən yayina 

bilərlər.Mərkəzi bankların iqtisadiyyatın normal vəziyyətə dönməsi ilə bağlı gözləntisi varsa,bu 

siyasətdə mümkün çıxış planını hazırlamalıdır.Əvəzində yüksək risk və inflyasiya ilə üzləşə 

bilərlər.Buna baxmayaraq digər  ənənəvi pul siyasəti alətlərinin effektiv olmadığı  vəziyyətlərdə 

kəmiyyət yumşaldılması aləti deflyasiyanın təsirini azaltmaq gücünə sahibdir

.

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

611



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

 Kredit  yumşaldılması-Mərkəzi bankların qiymətli kağızları,borc qiymətli kağızları(debt 

securities) və ya ipoteka təminatlı qiymətli kağızları(mortgage backed securities) daralan likvidlik 

problemini həll etmək üçün həyata keçirir.Kredit yumşaldılmasın əsas məqsədi funksiyalarını itirmiş 

bazarların yenidən qurulması  və kredit risk premiyasını azaltmaqdır.Mərkəzi bankların balans 

böyüklüyünə  təsir edən kəmiyyət yumşaldılmasında fərqli olaraq ,kredit yumşaldılması  mərkəzi 

bankların balanslarının strukturunu dəyişdirir. En sadə nümunə kimi mərkəzi bankların qısa müddətli 

xəzinə qiymətli kağızlarənə satıb,əvəzinə eyni muddətli ticarət qiymətli kağızlarə satən almasıdır.Bu 

alqı-satqi balansın böyüklüyünə  və müddətinə  dəyişdirmir,sadəcə olaraq balansın strukturunu 

dəyişdirir. 

Aktivlər Öhdəliklər 

3 aylıq Xəzinə qiymətli kağızları(-1 mlyrd $) 

 

3 aylıq Kommersiya kağızları (+ 1 mlryd $) 



 

Bu əməliyyatlar nəticəsində risksiz qiymətli kağızlar bazara çıxarılırkən risk dərəcəsi yüksək olan 

qiymətli kağızlar mərkəzi bankın balansında yer alir. 

Faiz dərəcəsi öhdəliyi-Mərkəzi banklar faiz dərəcəsi öhdəliyi siyasəti ilə faiz dərəcələrinin 

müəyyən edilmiş vaxt üzrə  aşağı  səviyyədə sabit tutacağını açıq və ya üstü örtülü şəkildə öhdəsinə 

götürərək gözləntiləri idarə edir.Bu alət vasitəsilə  mərkəzi banklar özəl sektorun gözləntilərinə 

istiqamət verərək iqtisadi aktivliyə təsir edir.Mərkəzi banklar bu siyasəti həyata keçirərkən inflyasiya 

dərəcəsini nəzərə almalıdırlar. Aşağı faiz dərəcəsi öhdəliyi tələbi artıraraq inflyasiyani gözlənəndən 

daha çox artırarsa,bu vəziyyətdə  mərkəzi banklar faiz dərəcəsini yüksəltmək məcburiyyətində qala 

bilər.Ancaq bu vəziyyət Mərkəzi bankların kredibilitisinə  zərər vura bilər.Mərkəzi banklar gələcək 

dövrlər üçün sıfır faiz dərəcəsi öhdəliyini üzərinə götürərsə ,uzunmüddətli faiz dərəcələrini aşağı 

saldığı kimi inflyasiya gözləntiləri sayəsində real faiz dərəcəsinidə  aşağı  səviyyədə saxlaya bilər. 

Həmçinin aşağı faiz dərəcəsi öhdəliyi uzun müddətli investisiyaları artira bilər. 



Məcburi ehtiyat norması: son illərdə  mərkəzi bankların  əsas pul siyasəti aləti olan faiz dərə-

cələrinə yönəlməsi məcburi ehtiyat normasında istifadəni vacib şəkildə azaltmışdır. Hətta Kanada, 

Yeni Zellandiya və  İsveçdə bu alətdən istifadə olunmur.Ancaq qlobal böhranla əlaqədar bir inkişaf 

etməkdə olan ölkələrdə tez-tez istifadə olunan ənənəvi olmayan pul siyasəti alətidir. 

Məcburi ehtiyatlar,banklar və digər maliyyə qurumlarının kredit olaraq istifadə etdiyi qiymətli 

kağızlar,pullar və xaricdən aldığı borclara qarşılıq olaraq mərkəzi bankda məcburi olaraq saxladığı 

hissəsidir.Bununlada dövriyyədə olan pulun miqdarını tənzimləyir. 

Məcburi ehtiyat norması həm də makroprudensial alət kimidə dəyərləndirilir. Beləki, konyoktur 

dalğalanmalar zamanı kredit yumşadılmasını  zəiflədir. Həmçinin iqtisadiyyatın hərarətləndiyi 

dövrlərdə ehtiyatlara dəstək olaraq, yavaşlayan dövrlərdə isə istifadə oluna bilən bufer rolunu oynayır. 

İnvestisiya dalğalanmalarının olduğu dövrdə ümumi tələbi azaltmaq üçün faiz dərəcələrinin yüksəl-

dilməsi ölkə investisiya aximina səbəb olacaq və iqtisadiyyata mənfi nəticələr göstərəcək. Bu 

vəziyyətlərdə  məcburi ehtiyat normasının yüksəldilməsi təkcə ümumi tələbi deyil həm də kredit 

yumşaldılmasını da zəiflədir.  



Faiz dərəcəsi dəhlizi:maliyyə dalğalanmalarına qarşı istifadə edilən ənənəvi olmayan pul siyasəti 

alətlərindən biri də faiz dərəcəsi dəhlizidir. Dəhlizin minimal həddi bir günlük vəsaitlərin cəlbolunma 

(REPO) faiz dərəcəsi ilə, maksimal həddi isə - bir günlük vəsaitlərin yerləşdirmə  (Əks-REPO) faiz 

dərəcəsilə müəyyən olunur. Mərkəzi bankların uçot dərəcəsi faiz dərəcələri dəhlizinin bir parametri 

kimi çıxış edir.Bütün mərkəzi banklar borc alma və borc vermə arağındakı uçot faiz dərəcəsini pozitiv 

saxlamağa çalışırlar. 

Nəticə olaraq , ölkələrin coxu böhrandan öncə  həyata keçirdiyi pul siyasətləri faiz üzərindən 

ənənəvi pul siyasəti idi.Lakin,böhranın irəliləyən dövrlərində  Mərkəzi banklar tək faiz dərəcələri ilə 

məqsədə nail olmayacağını görmüş  və  ənənəvi olmayan pul siyasəti alətlərindən istifadə etmişlər. 

İqsadi  şokların güclü olduğu dövrlərdə nominal faiz dərəcələri sıfır səviyyəsinə  çəkilə bilər və faiz 

dərəcələrin daha da aşağı  çəkilməsi mümkün olmadığından,bu vəziyyədə bazarlara pul çıxarılması 

yalnız ənənəvi olmayan pul siyasəti vasitəsilə yerinə yetirilə bilər.İnkişaf etmiş ölkələr bu siyasətləri 

yrinə yetirərkən əsas məqsədi iqtisadiyyatı canlandırmaq idisə,inkişaf etməkdə olan ölkələr bu siyasət 

alətlərini,inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının canlanması ilə öz ölkələrinə axın edən 

investisiyaların mənfi təsirlərindən qorunmaq idi. Həmçinin kəmiyyət yumşalmasının bəzi ölkələrdə 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

612



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

iqtisadiyyatı canlandırmaq kimi fəaliyyətləri olsada,bəzi ölkələrdə bank sektorunun likvidlik 

problemini aradan qaldırmaq və bankların verə biləcəyi kredit miqdarını artirmaq üçün istifadə 

olunmuşdur. Ancaq, bu siyasət bankların  əldə etdiyi likvidliyi kredit vermək  əvəzinə rezerv olaraq 

saxlasalar bu siyasət alətinin nəzərə çarpan təsirləri olmur.

 

İnkişaf etməkdə olan ölkələrdə böhrandan sonra daha cox canlanma baş vermişdir. Bunu bir sıra 

faktorlarla əlaqələndirirlər. Ölkə daxili tələbin artması, maliyyə imkanlarının yumşaldılması və xarici 

tələbdə baş verən canlanma bu faktorlardandır. Daxili və xarici tələbin artması ilə inkişaf etməkdə olan 

ölkələrin iqsidaiyyatlarında inflyasiya surətlənmişdi. Yüksək inflyasiyadan qorunanan zaman xalis 

kapital axımına da diqqət yetirmək lazımdır. İnkişaf etməkdə olan ölkələrə artan kapital axını həmin 

ölkələrin valyuta məzənnələrində volatilliyə  səbəb olaraq iflyasiyanin idarə edilməsini çətinləşdir-

mişdir. 


 

 

AZƏRBAYCANDA ƏLILLIK PROBLEMI VƏ ONLARIN  



CƏMIYYƏTƏ INTEQRASIYASINDA DÖVLƏTIN ROLU 

 

Ağamir ƏSGƏROV 

Qafqaz Universitet



aesgerov@qu.edu.az 

AZƏRBAYCAN 



 

İnsanların bərabər hüququqlu yaşaması, hamıya bərabər imkanların verilməsi, dünya ölkələri üçün 

ən vacib məsələlərdəndir.  Əlillərin sağlam həyata qazandırılması, onlara etibarlı sosial təminatın 

yaradılması ən stratejik hədəf olaraq qalır. Əlillik sosial xarakterinə və miqyasına görə bütün dünya üçün 

qlobal əhəmiyyət daşıyır. Eyni məlumata görə bu insanların çoxsunun insan haqlarına zidd olaraq ayrı 

seçkiliklə qarşı qarşıya qalır, sağlıq və reabilitasiya xidmətlərindən yararlana bilmirlər. Ümumiyyətlə, 

dünya  əhalisinin dörtdə biri yəni 25 faizi həyatlarında bir növ əlillə bilavasitə  və ya dolayılı olaraq 

əlaqəlidirlər. Dünya Səhiyyə  Təşkilatının məlumatına görə,  əlillərin sayı durmadan artır və hazırda 

dünya  əhalisinin təqribən 15.0%-ni (1 milyarddan çox) təşkil edir. Eyni məlumata görə bundan başqa 

dünyadakı  əlillərin 80 faizinin az gəlirli ölkələrdə yaşadığını və onlara lazım olan zəruri xidmətlərdən 

istifadə edə bilmidikləri üçün lazımi həyat səviyyəsi qura bilmirlər. Əlilliyi olan şəxslərin 80 faizi inkişaf 

etməkdə olan ölkələrdə yaşayır. İnkişaf etməkdə olan ölkələrdə yaşayan əlilliyi olan uşaqların 90 faizi 

məktəbə getmir. Əlilliyi olan şəxslərin 80 faizdən çoxu işsizdir. Təhqiqatlar göstərir ki, müharibələr 

nəticəsində hər üç uşaqdan biri ya əlil olur, yaxud daimi əlillik qazanır. 



Əlilliyin yaranma səbəblərinə  təsir edən amillər.  Tədqiqatlar göstərir ki, əlilliyin artım 

dinamikasına təsir edən əsas amillər üçdür. 

1-Ölkədə baş verən müharibələr 

2-Ölkənin səhiyyə sisteminin vəziyyəti 

3-Ölkədəki əmək təhlükəsizliyinin vəziyyəti 

Bundan əlavə “Tibbi sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən 

əlilliyin aşağıdakı səbəbləri göstərilir: 

  ümumi xəstəlik nəticəsində əlillik; 

  əmək zədəsi, peşə xəstəliyi nəticəsində əlillik; 

  uşaqlıqdan əlillik; 

  Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı əlillik; 

  Çernobıl AES-də hərbi xidmətlə bağlı əlillik; 

  1990-cı il yanvar hadisələri ilə bağlı əlillik; 

  hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 

  hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; 

  hərbi əməliyyatlar keçirilən zonada baş verən əlillik; 

  müharibə əlilliyi; 

  Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

613



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Azərbaycanda  əlillərin problemlərinin həllinin uğurla həyata keçirilməsi istiqamətində çoxlu sayda 

dövlət proqramları hazırlanaraq həyata keçirilməkdədir.  Əlilliyin qarşısının alınması, onların 

reabilitasiyası, sosial müdafiələrinin gücləndirilməsi, həyat  şəraitlərinin yaxşılaşdırılması, pulsuz 

müalicə olunmaları, özlərini cəmiyyətin tam hüquqlu üzvü kimi hiss etmələri, müvafiq işlə  təmin 

olunmaları istiqamətində görülən işlərə “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial 

müdafiəsi haqqında” qanunu misal çəkmək olar.Uşaqlar arasında xəstəliklərin,  əlillik hallarının 

qarşısının alınmasında, cəmiyyətə inteqrasiyasında, gözdən məhrum olmuş  uşaqların təhsilə  cəlb 

edilməsində, onlara xüsusi qayğı göstərilməsi,  əlil insanların aidiyyatı  işlə  təmin olunması, onların 

mənzil kommunal problemlərinin aradan qaldırılması istiqamətində işlər görülməkdədir. 

“Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan 

Respublikasının qanunu əlillər barəsində dövlət siyasətini müəyyən edərək, əlilliyi yaradan səbəblərin 

aradan qaldırılmasını, reabilitasiyasını, onların uyğun  şəkildə  işlə  təmin olunmasına  şərait yaradaraq 

ictimai həyatın bütün sahələrində  iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər 

imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə 

kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir. 

Bu qanunun əlilliyi olan insanların  əməyinə  tətbiq edən müəssisələr üçün üstünlükləri və 

güzəştlərini müəyyən edən 28-ci maddəsinə görə işləyənlərin ümumi sayının azı 30 faizinin əlillərdən 

ibarət olduğu müəssisələr, idarələr və  təşkilatlar güzəştli maliyyələşdirmə  və maddi texniki təminat 

hüququna malikdirlər . 

Azərbaycanda əlillərin məşğulluğunun təmini sahəsində də addımlar atılmaqdadır. Belə ki, sosial 

müdafiəyə xüsusi ehtiyacı olan və  işə düzəlməkdə  çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq 

edilməsi qaydası, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2005-ci il 22 noyabr tarixli 

213 nömrəli qərar ilə təsdiq edilmişdir. Bu qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 

Qanununun tətbiq edilməsi barədə ölkə Prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli 

Fərmanına uyğun olaraq hazırlanmışdır. Bu kvotanın tətbiq edilməsi qaydasının 1.1. maddəsində kvota 

tətbiq edilməyən müəssisələr istisna olunmaqla, mülkiyyət və hüquqi formasından asılı olmayaraq 

bütün idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan insanların məşğulluğunu 

təmin edir. Kvotanın miqdarı, bu qaydaların 1.2. maddəsində  əmək bazarındakı  vəziyyətindən asılı 

olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə təyin edilir. 

Ümumiyyətlə,  əlillər üçün oturaq iş yerlərinin yaradılmasına üstünlük verilir və onlara sərbəst 

rejimli, tapşırığın təcili yerinə yetirilməsi tələb olunmayan işlər tövsiyə olunur. Bundan başqa Əmək 

və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  əlillər üçün yararlı olan əmək bazarında rəqabətə 

daha çox davamlı fəhlə və qulluqçu peşələrinin siyahısı da təsdiq edilmişdir. Bu siyahıya uyğun olaraq 

69 adda peşə  və  vəzifələr  əlillər üçün yararlı  və  əmək bazarında  əlillər üçün rəqabətə davamlı olan 

peşə siyahısına daxil edilmişdir. Əlilliyin qarşısının alınması üçün onları yaradan səbəbləri araşdırmaq 

lazımdır və bu sahədə ölkəmizdə çox ciddi addımlar atılmaqdadır. Belə ki, bu sahədə Azərbaycanda 

müvafiq statistika təşkil edilmişdir. 

Əlillərin problemlərinə kompleks yanaşmanı  təmin etmək məqsədilə respublika üzrə lazımi 

məlumatları özündə əks etdirən vahid məlumat bazasının təşkilinə başlanılmışdır. 

Dövlətin sosial sahədə gördüyü tədbirlərə “Azərbaycan Respublikasının Məşğulluq Strategi-

yasını” (2006-2015-ci illər üçün) misal gətirmək olar. Məşğulluq strategiyanın 3-cü bölməsində 

2006-2015-ci illərdə Dövlət Məşğulluq Siyasətinin prioritet istiqamətini göstərərkən sosial cəhət-

dən həssas qrupların (əlillərin) məşğulluğunun inkişafı zamanı  əlillərin potensial imkanlarından 

tam istifadəsinə lazımi şəraitin yaradılmasını göz önündə tutaraq aşağıdakı  tədbirlərin görülməsi 

məqsədəuyğun sayılır: 

  sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri, o cümlədən əlilləri işlə təmin etmək məq-

sədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada kvota üzrə iş yerlərinin müəyyən edilməsi və bu 

kvotaların yerinə yetirilməsində işəgötürənlərin həvəsləndirilməsi; 

  sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin, o cümlədən  əlillərin işə düzəlməsi üçün 

nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə qəbul etməkdən imtina edən müəssisə, idarə 

və təşkilatlara qanunvericilikdə nəzərdə tutulan inzibati məsuliyyət növlərinin tətbiq edilməsi; 

  "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sosial mü-

dafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, o cümlədən əlillər üçün 

əlavə  iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə qanunvericiliyə  dəyişikliklər 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

614



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

edilməsi. 

Respublikamızın qanunvericilik sistemi əlil insanların sosial müdafiəsi və  məşğulluluğu üçün 

geniş imkanlar açır və bu məsələ daim dövlətin diqqət mərkəzində olmasına baxmayaraq bu sahədə 

nöqsanlar da az deyil. Bu nöqsanların aradan qaldırılması üçün bu sahədə inkişaf etmiş ölkələrin 

təcrübəsindən geniş istifadə edilməsi vacibdir. 

 

 

 



 

SYSTEMATIC APPROACH TO MONETARY SECTOR MODELLING 

IN THE CASE OF UKRAINE 

 

Pervin DADASHOVA 

National University of Kyiv 



dadashova.pervin@gmail.com 

UKRAİNE 


 

The investigations focused on the monetary sector modelling and its regulation impact on the 

economy remains important due to the rapid changes in the macro environment and a need for the 

policy adjustment for such a changes. The monetary sector modelling was the goal for numerical 

research in Ukraine and abroad. All of the performed investigations are characterized by different 

methodological approaches to the basic model specification and variables selection; hence, various 

results were obtained. The most common in Ukraine is the usage of the vector autoregressional models 

for the separate channels of transmission mechanism investigation. Quite popular are also dynamic 

stochastic general equilibrium models. Monetary sector in Ukraine was also represented through the 

system dynamics model.  

Another method that gives wide possibilities of the macroeconomic modelling is a system of 

simultaneous equations. This method is effective because it allows for the experimental evaluation of 

the interrelations directions and power on the macro level, and provides a wide specter of the scenario 

testing and forecasting options. The specific feature of this method is an orientation on the long term 

balance between indicators which are represented as variables in the model. But in order to make this 

approach more efficient in conditions of unstable environment, it is possible to improve the standard 

approach by adding the elements of the short term adjustment as error correction equation. This 

combined method gives ability to present both long term interrelations inside the economic system that 

define the general economy path, and short term changes in response to the shocks and possible 

current destabilization. According to the abovementioned reasons, general system of equations that 

represents the monetary sector consists of two types of equations for the general long term equilibrium 

(1) and error correction to the general equilibrium (2).  

 

 

)



(

ˆ

t



i

t

x

f

y

  



 

 

 



 

 

(1) 



 

 



1

1



ˆ

)

(









t

t

t

i

t

y

y

x

f

y

 



 

   (2) 


where 

t

– time period, 

t

y

 – dependent variable, 

t

i

x

 – vector of independent variables



 – correction 



coefficient. 

Implementation of the suggested approach for the monetary sector of Ukraine gives possibility to 

quantitatively measure the impact that different monetary instruments have on the price level and 

another key monetary indexes. For example, the exchange rate growth by 1 UAH per USD produces 

price growth by 0.64 %, the money base growth by 1 000 bln UAH stimulates price growth by 5.98 %. 

Moreover, the short term interest rate on loans increase of 1 % decreases the money supply in average 

by 2.8 bln UAH, while the growth of short term interest rate on loans depends strongly on the short 

term interest rates on deposits. At last, increase in the NBU interest rates of 1 % stimulates the growth 

of the short term interest rates on deposits by 0.12 %.  

Important results are also obtained from the evaluation of the error correction equations. The 

consumer price index and the money supply demonstrate the fastest adjustment to the long term 

balanced level. On the other hand, the interest rates on loans adjust rather slow with only 31 % and 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin