Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə114/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   110   111   112   113   114   115   116   117   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

615



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

23 % gap between actual and balanced levels coverage during a quarter. Moreover, the exchange rate 

does not demonstrate the short term adjustment at all, and interest rate on the short term deposits is 

able to make destructive impact on the economic system by going away from the long term 

equilibrium. Therefore, the special attention of the regulator should be focused on these two indicators.  

The forecasting quality of the model is high, which can be proven by the test that results are presented 

in Fig. 1. The forecasting test is based on the real data for 2014 which were included in the building 

set and 2015 that are used only for the future values calculation.  

 

Fig. 1. Model based forecast of the consumer price index (CPI, %) and short term  

interest rate on deposits (RD_SH, %) for 2014 – 2015  

As it is seen from the graph, the model replicates general dynamics and the main turning points of 

the interest rate and consumer price index, which is especially important under the course on the 

inflation targeting chosen by the National Bank of Ukraine.  

To conclude, the innovation of this research is provided by the new approach to modelling, which 

includes the use of the complex of techniques for better representation of real system behavior. 

Efficiency of the proposed method can be observed from the demonstrated use of it on the base of 

Ukrainian monetary sector. High level of forecasting, valuable analytical conclusions about factor 

impact on each other, and important measurement of the internal ability of the separate indicators to 

adjust to the long term balance after occurred current shocks make the modeling approach useful for 

the research and policy making in monetary sphere. Moreover, it can be unlimitedly applied to the 

other countries in order to define specific features of the monetary sector and create practical 

recommendations for its regulation and stabilization.  

 

 

 



AZƏRBAYCANDA PUL SİYASƏTİNİN TRANSMİSSİYASI 

MEXANİZMİLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 

 

Şəhriyar MUXTAROV 

Qafqaz Universiteti 



smuxtarov@qu.edu.az 

AZƏRBAYCAN 



 

Cavid ƏLİYEV 

Qafqaz Universiteti 



cavidbsns@mail.ru 

AZƏRBAYCAN 

Mərkəzi banklar, 1980-ci illərdən etibarən pul siyasəti qərarlarının real iqtisadiyyata hansı 

müddət və  sıxlıqla təsir etdiyini başa düşmək və ictimayət ilə paylaşmaq üçün pul siyasətinin 

transmissiyası mexanizmilərini analizlərində aktiv bir şəkildə istifadə etməyə başlamışdır. Pul 

siyasətinin transmissiyası mexanizmi ümumilikdə, Mərkəzi Bank tərəfindən qəbul edilən pul siyasəti 

qərarlarının iqtisadiyyata ötürülməsiprosesidir. Tərifdə də ifadə edildiyi kimi, Mərkəzi bankın verdiyi 

pul siyasəti qərarları real iqtisadiyyata müxtəlif transmissiya kanalları vasitəsi ilə təsir göstərir.  

90

95

100



105

110


115

120


125

1Q2013


2Q2013

3Q2013


4Q2013

1Q2014


2Q2014

3Q2014


4Q2014

1Q2015


2Q2015

3Q2015


CPI (Actual)

CPI(Model)

95 % bounds

0

5



10

15

20



25

RD_SH (Actual)

RD_SH (Model)

95 % bounds



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

616



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Pul siyasətinin transmissiyası mexanizmini ümumi olaraq iki addımda müəyyən etmək müm-

kündür. Birinci addım, pul siyasəti qərarları  nəticəsində ortaya çıxan dəyişikliklərin bazar faiz 

dərəcələri, varlıq qiymətləri, valyuta məzənnəsi kimi maliyyə bazarları alətlərinə ötürülməsi ilə 

əlaqədardır.  İkincisi isə, bazar şəraitindəki dəyişmələrin istehsal səviyyəsi və inflyasiyanı necə 

dəyişdirdiyini göstərir. 

Pul siyasətinin yararlı  təsirlərinin və  nəticələrinin olması üçün Mərkəzi bank, verdiyi pul siyasəti 

qərarlarının hansı transmissiya kanalları vasitəsi ilə real iqtisadiyyata təsir göstərdiyini bilməsi son 

dərəcə  əhəmiyyət kəsb edir. Çünkü, pul siyasəti təsir gücü baxımından çox önəmli siyasət olması ilə 

bərabər, bəzən ön görülməyən və ya istənməyən nəticələrə də səbəb ola bilər. Pul siyasətinin transmis-

siyası mexanizmiləri, bu vəziyyətdən qaçmaq və pulun iqtisadiyyatdakı rolunu daha yaxşı analiz etmək 

üçün lazımı  məlumatları  təmin edir. Eyni zamanda Pul siyasətinin səmərəliliyini təmin etmək üçün 

müvafiq qərarların iqtisadiyyata optimal ötürülməsi haqqında doğru bir qiymətləndirmə etmək lazımdır. 

Pul siyasətinin uzunmüddətli dövrdə bitərəf (neytral) olduğunu müdafiə edən bəzi iqtisadçılar ən 

azından qısamüddətli dövrdə, pul siyasətinin iqtisadi fəaliyyətlər üzərində böyük ölçüdə təsirli olduğu 

mövzusunda həmfikirdirlər. Son zamanlarda aparılan empirik tədqiqatların çoxu, pul siyasətinin real 

iqtisadi fəaliyyətlərə təsir göstərdiyi fikrini təsdiqləməkdədir. 

Hər bir ölkənin makroiqtisadi durumuna təsir edən müxtəlif amillər mövcüddur. Bu amillərdə baş 

verən dəyişiklik bütövlükdə, makroiqtisadi vəziyyəti dəyişmək gücünə malik ola bilər. Azərbaycan 

iqtisadiyyatında pul siyasəti belə amillərdən biri hesab olunur. İqtisadi vəziyyətin yaxşılaşması ölkədə 

yaşayan insanların rifah səviyələrinin də yaxşılaşması mənasına gəlməktədir ki, bu da iqtisadi vəziyyətin 

yaxşılaşmasında ən vacib amillərdən biri olan pul siyasətinin yaxşı idarə olunmasıyla mümkündür.  

Bu çərçivədə səmərəli pul siyasəti həyat keçirmək üçün pul siyasətinin transmissiyası mexaniz-

miləri haqqında doğru bir qiymətləndirmə etmək və  ətraflı  məlumat  əldə etmək lazımdır. Bu da 

müvafiq sahədə empirik tədqiqat sayının və müxtəlifliyinin artırılması ilə mümkün ola bilər. Son 

dövrlər xarici iqtisadi ədəbiyyatlarda pul siayasətinin transmissiyası mexanizmiləri istiqamətində 

çoxsaylı elmi tədqiqat işləri aparılmışdır. Bu mövzü ilə bağlı müxtəlif ölkələrə aid çox sayıda tədqiqat 

olmasına baxmayaraq regionda sürətlə inkişaf edən Azərbaycana aid çox az sayıda araşdırma 

aparılmıştır. Pul siyasətinin transmissiyası mexanizmiləri ölkə iqtisadiyyatındahəm mikro, həm də 

makro səviyyədə mühüm əhəmiyyətə malik olduğundan bu mövzü üzrəelmi tədqiqat işinin aparılması 

xüsusi əhəmiyyət kəsb etməkdədir. 

Bu tədqiqatın məqsədi pul siyasətinin transmissiyası mexanizmlərini araşdıraraq, müvafiq 

transmissiya kanallarının istehsal və qiymət səviyyəsinə necə təsir etdiyini nəzəri olaraq izah etmək və 

pul siyasətinin transmissiya kanallarının Azərbaycan iqtisadiyyatında effektiv nəticə verib 

verməməsini yoxlamaqdır. Bu araşdırmada 2001:4-2014:3 dövrünü əhatə edən 3 aylıq datalardan 

istifadə edilərək həm qısa, həm də uzun müddətli  əlaqələni göstərmək üçün vektor xəta düzəltmə 

modeli (VECM) istifadə edilmişdir.  Əldə edilən nəticələr faiz dərəcəsi və kredit kanallarının 

Azərbaycan iqtisadiyyatı üçün önəmli, amma az da olsa fərqli xüsusiyyətlər göstərdiklərini ortaya 

qoyur. Eyni zamanda analiz nəticələri Azərbaycan iqtisadiyyatı üçün kredit kanalının faiz kanalına 

nisbətən daha önəmli olduğunu göstərir. 

 

 

NƏQLİYYAT MÜƏSSİSƏSİNDƏ İNVESTİSİYA VƏ İNNOVASİYA 



FƏALİYYƏTİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ 

 

Məhəmməd SÜLEYMANOV 

Milli Aviasiya Akademiyası 



mehemmed_suleymanov05@mail.ru 

AZƏRBAYCAN 

 

Nəqliyyat elmi nəqliyyat fəaliyyəti sahəsini maddi istehsalın ayrıca sferası hesab edir. Lakin onu 



digər təsərrüfat sahələrindən fərqləndirən müxtəlif cəhətlər vardır. Maddi istehsal sferasına aid olan 

əkinçilik, hasilat və emal sənayesindən başqa, inkişafın sənətkarlıq, manufaktura və maşın mər-

hələlərindən keçmiş dördüncü bir sahəsi də vardır ki, bu da nəqliyyat sənayesidir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

617



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

 Nəqliyyat infrastruktur xarakterinə malikdir. Belə ki, maddi istehsalın ümumi şərtidir, 

ümumiqtisadi, sosial, mədəni, siyasi əhəmiyyətə malikdir, ümumdövlət təsərrüfat funksiyası yerinə 

yetirir. Fəaliyyət növü kimi, sahələrarası xarakter daşıyır və buna görə də onu “sahələrüstü qurum” – 

sahələrarası kompleks hesab etmək olar. 

 Nəqliyyat genişləndirilmiş  təkrar istehsal prosesinə, onu sürətləndirməklə, yaxud ləngitməklə, 

təsir edə bilir, həmçinin, hazır məhsul kütləsini artırmaqla tədavül prosesində mühüm rol oynayır. Bu 

mənada nəqliyyatın maddi istehsala təsiri coğrafi mühitin, faydalı qazıntıların,  əmək və digər 

resursların təsiri kimidir. Nəqliyyat istehsalının özü də mühüm xüsusiyyətlərə malikdir. Bu onun 

maddi-texniki bazasının strukturunda, istehsal fəaliyyətinin xarakterində idarəedilməsinin təşkilində 

təzahür edir. 

 Nəqliyyat istehsalı vasitələrinin daha çox hissəsi (20-25%-dən 80 - 85%-ə qədər) stasionar deyil 

və daşınma imkanına malikdir (maşın və təyyarələr, lokomotiv, dəniz donanması və s.), hərəkət edə 

bilir və istehsal prosesində  hərəkət heyəti adlanan bu aktiv hissə müxtəlif rejimlərdə  və  təşkilati 

formalarda fəaliyyət göstərir. 

 Nəqliyyatın fəaliyyət rejimi də xeyli dərəcədə özünəməxsusluğa malikdir. Onun istehsal gücünün 

yüklənməsinin qeyri-stasionarlığı, bununla da, daşımaların zamana və  məkana görə qeyri 

müntəzəmliyi xarakterik xüsusiyyətdir. Nəqliyyatın “döyünən” mühitdə, dəyişən istismar şəraitində 

fəaliyyət göstərməsi bir tərəfdən nəqliyyat axının idarəedilməsinə insan müdaxiləsini, digər tərəfdən – 

istehsal gücündə və nəqliyyat həlqələrində - dəmiryolu sahələri və stansiyalarında, dəniz limanlarında, 

aeroportlarda və digər məntəqələrdə zəruri ehtiyatların yaradılmasını tələb edir. 

 Nəqliyyat yüksək təhlükəliliyə malik istehsal sahələrinə aiddir. Bu, təkcə  nəqliyyatda insan 

tələfatının çoxluğunda deyil, həm də  nəqliyyatın  ətraf mühitə  mənfi təsirində  təzahür edir. Belə ki, 

ölkəmizdə yalnız avtomobil yollarında hər il 1000-dən çox insan həyatını itirir (dünyada bu rəqəm 

yüzminlərlə ölçülür), ətraf mühitin çirklənməsində  nəqliyyatın payına 50% düşür (istilik 

elektrostansiyaları - 16%; kənd təsərrüfatı -15%; bütün sənaye sahələri - 14%; digər sahələr -5% 

olduğu halda). 

 Nəqliyyatda məşqul olan işçi heyətinə tələblər də digər insan fəaliyyəti sahələrində olduğundan 

fərqlidir. Burada heyətin psixoloji cəhətinə tələb ciddidir, belə ki, nəqliyyatçi peşəsi fəhlə, qulluqçu və 

nəqliyyat müəssisəsi rəhbərindən daha çevik təfəkkür, daha cəld reaksiya və geniş dünyagörüşü tələb 

edir. Öz növbəsində nəqliyyatda işləmək insanın psixikasına təsirini göstərir. Bütün bunlar nəqliyyat 

istehsalının idarə edilməsinin təşkili prosesində nəzərə alınmalıdır. 

Ümumiyyətlə, bütün sahələr üzrə bazar iqtisadiyyatı şəraitində müəssisələr rəqabətə davamlılığını 

gücləndirmək, öz mövqelərini qorumaq, istehsalın səmərəliliyini, keyfiyyətini artırmaq və s. kimi 

vacib məslələrin həlli zamanı investisiya qoyuluşlarını  həyata keçiririlər.  Əlbəttə, investisiya 

qoyuluşlarında  ən başlıca məqsəd sahibkarın, dövlətin və digər təşkilatların yüksək mənfəət  əldə 

etməsindən ibarətdir. 

Məlumdur ki, makroiqtisadiyyatda investisiya qoyuluşları ümumi (məcmu) xərclərin tərkib 

elementlərindən biridir. Belə ki, fabrik, zavod, yaşayış binalarının tikilməsi, yeni maşın və avadan-

lıqların alınması, həmçinin cari ildə istehsal edilmiş, lakin istehlak olunmamış  əmtəə-material 

qiymətləri investisiya kimi qəbul edilir. 

Mikroiqtisadiyyatda isə investisiya yeni kapitalın istehsalın maddi-əşya elementlərinin yaradıl-

ması, həmçinin şəxsi amilini (insanın) lazımi bacarıqlara və vərdişlərə yiyələnməsnə vəsait sərfi kimi 

başa düşülür.  

İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasinin Qanununda investisiyaya belə  tərif 

verilmişdir:  

İnvestisiya-gəlir (mənfəət) və ya sosial səmərə  əldə etmək məqsədi ilə sahibkarlıq və digər 

fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən 

ibarətdir. [investisiya fəaliyyəti haqqında Azərbaycan respublikasının Qanunu, Maddə 1.] 

Yuxarıda qeyd etdiyimiz kimi, müəssisələr xərcin aşağı düşməsi üçün köhnə avadanlıqların yenisi 

ilə  əvəz edilməsini, işçilərin ixtisas səviyyəsinin yüksəldilməsini, istehsalın və  əməyin səmərəli 

təşkilini investisiya qoyuluşları vasitəsi ilə həyata keçirirlər. 

Bu nəqliyyat müəssisələrində  də belədir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, geniş-

ləndirilməsi, nəqliyyat vasitələrinin  əldə edilməsi  əsasən investisiya fəaliyyətinin nəticəsidir ki, bu 

fəaliyyətin formalarından biri də innovasiyadır. Məhz innovasiya fəaliyyətinin həyata keçirilməsi ilə 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

618



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

əlaqədar olaraq investisiya prosesi daha geniş forma alır.  İnnovasiya prosesi yalnız texniki sahə ilə 

məhdudlaşmır.Müxtəlif növlərdən ibarət olan nəqliyyat sahəsinin bütövlükdə mürəkkəb sistem təşkil 

etməsi, eləcə  də  hər nəqliyyat növündə  fəaliyyətin çoxşaxəliliyi burada innovasiya fəaliyyətinin də 

geniş texniki, texnoloji, təşkilati və sosial yeniliklər kompleksini əhatə etməsini şərtləndirir. 

Nəqliyyatda innovasiya fəaliyyəti əsasən bu sahənin texniki inkişaf səviyyəsini, işin keyfiyyətini 

və  əmək məhsuldarlığını müəyyən edən istiqamətləri  əhatə edir. Nəqliyyatın innovasiya inkişafı 

məsələlərinin həlli sərnişinlərin və yüklərin daşınmasına olan tələbatın daha dolğun və  səmərəli 

ödənilməsinə yönəlir. Nəticədə sahədə əmək məhsuldarlığının qaldırılması təmin olunur. 

Nəqliyyatda innovasiya fəaliyyətinin konkret istiqamətləri sərnişin və yük daşımalarının 

mütərəqqi texnologiyalara keçirilməsi, nəqliyyat kompleksinin bütün həlqələrinin və ilk növbədə 

müştəri xidmətlərinin, eləcə  də idarəetmənin avtomatlaşdırılması, elektronlaşdırılması, 

informasiyalaşdırılmasıdır. 

Nəqliyyatın bütün istismar fəaliyyətinin idarə olunması prosesinin tam avtomatlaşdırılması təmin 

olunmalıdır. Ilk növbədə  əməliyyatların həyata keçirilməsində  əl  əməyinin ləğv edilməsi, 

avtomatlaşdırmanın təmin edilməsi vacibdir, belə ki, aşağı  səviyyəli  əmək məhsuldarlığı  mənfəətin 

kəmiyyətini aşağı salır, bu da öz növbəsində bazar iqtisadiyyatı  şəraitində  nəqliyyat xidmətlərinin 

rəqabətədavamlılığının səviyyəsini endirir. Nəqliyyatda avtomatlaşdırmanın daha yüksək səviyyəsi 

kompüterləşdirmə ilə bağlıdır ki, bu da nəqliyyatın ayrı-ayrı  məsələlərinin – planlaşdırma, uçot, 

maddi-texniki təminat və digər məsələlərin həllinin bütün ölkədə  nəqliyyat proseslərinin kompleks 

idarə olunmasını  təmin edər.  İnformasiyalaşdırma isə  nəqliyyat kompleksinin idarə edilməsinin 

təşkilati strukturunun təkmilləşdirilməsi ilə bağlıdır. 

 Nəqliyyatda innovasiya fəaliyyətinin daha bir sahəsi də Yerin ekologiyasının mühafizəsi ilə 

bağlıdır. Belə ki, ekoloji mühitin dağılmasının əsas amillərindən biri də yüksəksürətli magistrallardır. 

Hesablamalara görə, Qərbi Avropa və ABŞ-da təsərrüfat fəaliyyəti nəticəsində  təbiətin dağılmamış 

hissəsi indi cəmi 4-5 % təşkil edir. Rusiya Federasiyasinda da vəziyyət qənaətbəxş olmasa da, bu faiz 

50-yə yaxındır ki, ekoloji təmiz sahə daha çox ölkənin  şimal hissəsini  əhatə edir. Dünya təcrübəsi 

göstərir ki, sürətli dəmiryolu magistralı keçən yerdə iqtisadi həyat donur, demoqrafik vəziyyət pisləşir: 

insanlar tarixboyu yaşadıqları torpaqları ekoloji dağıntılar səbəbindən tərk edirlər. 

 Bütün sadalanan istiqamətlərdə innovasiya fəaliyyətinin  əsas məqsədi nəqliyyat xidmətinin 

səviyyəsinin yüksəldilməsidir. Bu isə, yeni xidmət texnologiyalarının tətbiqini tələb edir. Nəqliyyat 

xidmətinin ən mütərəqqi üsullarından biri xidmətin kompleks şəkildə həyata keçirilməsi, multimodal 

daşımaların təşkil edilməsidir ki, bu da yüklərin  əvvəldən sona qədər daşınmasının bir nəqliyyat 

operatoru tərəfindən aparılmasını nəzərdə tutur. 

Nəqliyyatın uğurlu fəaliyyəti onun elmi-texaniki inkişafınnın səviyyəsindən asılıdır.  

 

 



 

ÜZƏN MƏZƏNNƏ REJİMİ ZAMANI İNFLYASİYA  

PROSESLƏRİ VƏ ONUN TƏNZİMLƏNMƏSİ 

 

Ramin MƏMMƏDXANOV 

Azərbaycan Dövlət İqtisad Universiteti 



ramin.mammadkhanov@yahoo.com 

AZƏRBAYCAN 

 

Uzun müddət Azərbaycan iqtisadiyyatını xarakterizə edən əsas cəhətlərdən biri milli valyutanın 



ABŞ dollarına nəzərən məzənnəsinin sabit qalması olmuşdur. Bu isə öz növbəsində milli iqtisadiy-

yatda müşahidə olunan inflyasiya proseslərində digər amillərlə müqayisədə mübadilə  məzənnəsinin 

təsirini azaltmışdır. Lakin, 2014-cü ilin sonundan etibarən bir sıra xarici amillərin səbəb olduğu dollar 

ajiotajının təsiri altında əvvəlcə 2015-ci il 21 fevral devalvasiyası, daha sonra isə 21 dekabr tarixində 

həm təkrar devalvasiya, həm də üzən məzənnə rejiminə keçilməsi barədə  Mərkəzi Bankın qərarı ilə 

mübadilə  məzənnəsinin inflyasiya proseslərinə  təsiri artmış  və perspektivdə bu təsir daha çox hiss 

olunmağa başlayacaq. Bu baxımdan mübadilə məzənnəsində olan tərəddüdlərin inflyasiya proseslərinə 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

619



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

təsir yolları, onların miqyası, dövlətin bu sahədə  tənzimləyici tədbirləri barədə dünya təcrübəsinin 

öyrənilməsi mühüm rol oynayır.  

Açıq iqtisadiyyata malik ölkələrdə mübadilə  məzənnəsinin inflyasiya proseslərinə  təsiri birbaşa 

və dolayı kanallarla baş verir. 

Birbaşa kanal vasitəsilə mübadilə  məzənnəsindəki dəyişikliklər  əvvəlcə idxal olunan son 

məhsulların və aralıq məhsulların qiymətlərində əks olunur. Daha sonra isə idxal olunan məhsulların 

istehlak səbətindəki xüsusi çəkisindən, istehsal prosesində istifadə olunan aralıq məhsullarında 

çəkisindən asılı olaraq mübadilə  məzənnəsindəki dəyişikliklər ümumi inflyasiyada əks olunur. 

Müəyyən müddət sonra ümumi inflyasiyanın artması ilə inflyasiya gözləmələrinin də artması digər 

daxili istehsal amillərinin də qiymətinin yüksəlməsinə  səbəb olmaqla orta müddətli dövrdə idxal 

inflyasiyasının mənfi təsirlərinin miqyasını böyüdür. 

Dolayı kanal vasitəsilə mübadilə məzənnəsinin artması xalis ixraca təsir edərək məcmuu tələbin 

artmasına səbəb olmaqla ölkə daxilində qiymətlərə  təzyiqi artırır. Lakin, bu kanalın fəaliyyəti 

müəyyən zaman tələb edir. O, həmçinin ölkə iqtisadiyyatında daxili istehsal potensialından asılı olaraq 

idxal əvəzləyici sahələrin inkişafına səbəb olmaqla inflyasiyaya xarici amillərin təsirini azalda da bilər. 

Ümumiyyətlə, xarici valyutanın mübadilə  məzənnəsinin inflyasiya proseslərinə  təsirinin miqyası  və 

sürəti bir çox amillərdən asılıdır: 

-  daxili bazarda rəqabət mühitinin vəziyyəti; 

-  iqtisadi subyektlərin yeritdikləri qiymət siyasəti; 

-  daxili istehsalda xərclərin səviyyəsi, keyfiyyətin hansı səviyyədə təmin olunması;  

-  ölkədə daxili fiskal, monetar siyasətin nəticəsi olaraq mövcud olan inflyasiya proseslərinin 

səviyyəsi; 

-  idxal məhsullarının istehlak səbətindəki xüsusi çəkisi; 

-  ölkə iqtisadiyyatının böyük və ya kiçik olması və s. 

Üzən məzənnə rejimininin milli iqtisadiyyata, eyni zamanda inflyasiya proseslərinə  təsiri 

baxımdan  ən  əsas nəticələrindən biri dollarlaşma səviyyəsinin yüksəlməsidir. Ölkə iqtisadiyyatının 

dollarlaşmasının inflyasiya proseslərinə təsirini aşağıdakı kimi göstərmək olar: 

-  iqtisadi subyektlər, əhali öz aktivlərində daha çox xarici valyuta saxladığından mövcud büdcə 

kəsirinə nəzərən inflyasiya vergisinin səviyyəsi azalır. Bu isə öz növbəsində dövriyyəyə daha çix milli 

pul kütləsinin buraxılmasına səbəb olur; 

-  monetar orqanın ölkədə pul kütləsinə  təsir imkanlarını  zəifləyir və pula tələbin qeyri-

müəyyənliyinə səbəb olur ki, nəticədə pul bazarında tarazlıq pozulur; 

-  maliyyə-kredit sisteminin və qeyri-maliyyə təşkilatlarının xarici valyutada olan öhdəliklərinin 

həm həcminin artması, həm də milli valyuta ifadəsində artmasına səbəb olmaqla bütövlükə milli 

iqtisadiyyatın dayanıqlığını zəiflədir; 

-  milli valyutaya inam azalır və o, öz funksiyalarını normal yerinə yetirə bilmir. 

Nəzəri və praktik cəhətdən dollarlaşma və inflyasiya arasında ikili əlaqə vardır. Belə ki, onların hər 

ikisi həm səbəb, həm də  nəticə kimi çıxış edə bilər. Dünya ölkərinin təcrübəsi sübut edir ki, 

dollarlaşmanın ilkin mərhələsində xarici valyuta əsasən yığım vasitəsi kimi istifadə olunsa da, sonradan 

inflyasiya proseslərinin kəskinləşməsi, milli valyutanın sabitliyinə inamın azalması ilə xarici valyutadan 

həmçinin ödəniş vasitəsi kimi istifadə olunmağa başlanılır. Dollarlaşmanın səviyyəsinin yüksəlməsi 

mübadilə məzənnəsində olan tərəddüdlərin ölkə iqtisadiyyatına olan təsirlərini daha da artırır.  

2015-ci ildə manatın iki dəfə devalvasiya edilməsi və onun məzənnəsinin üzən rejim çərçivəsində 

formalaşmasına keçidlə bağlı qərar verilməsi Azərbaycan iqtisadiyyatında dollarlaşmanın səviyyəsini 

yüksəltmişdir. Belə ki, əgər milli valyutada olan depozitlərin ümumi depozitlərdə olan xüsusi çəkisi 

2013-cü ilin sonunda 51 faiz idisə, 2015-ci ilin sonunda bu göstərici 18 faizə düşmüşdür. Yuxarıda da 

qeyd olunduğu kimi, bu, Mərkəzi Bankın daxili iqtisadiyyata təsir imkanlarını zəiflədir. 

Bu baxımdan, üzən məzənnə rejimi zamanı dövlətin iqtisadi siyasətində  ən mühüm prioritet 

istiqamətlərindən biri olan qiymət sabitliyinin təmin edilməsinin aktuallığı artır. Mübadilə  məzən-

nəsindəki tərəddüdlərin inflyasiya proseslərinə  təsirini neytrallaşdırmaq, minimuma endirmək üçün 

real iqtisadiyyatda kompleks tədbirlər həyata keçirilməlidir ki, bunlardan bir neçəsini sadalamaq olar: 

-  ölkədə rəqabət mühitinin daha da yaxşılaşdırılması; sahibkarlığın inkişafına və güclənməsinə 

dövlət dəstəyinin artırılması; idxal əvəzləyici sahələrin inkişaf etdirilməsi; zəruri ərzaq məhsulları üzrə 

özünütəminetməyə nail olunması və s. 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin