Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə115/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   111   112   113   114   115   116   117   118   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

620



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

İqtisadiyyatın real sektoru ilə yanaşı mübadilə məzənnəsinin və dollarlaşmanın mənfi təsirlərinin 

azaldılması baxımından maliyyə, institusional sahələrdə tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb 

edir. Bu sahələrdə görülən tədbirlərdən  ən mühümü monetar tənzimləmənin inflyasiyanın 

hədəflənməsi rejiminə  əsaslanmasıdır. Bu rejim zamanı monetar orqanın  əsas hədəfi ölkədəki 

inflyasiya səviyyənin sabitliyi olur və digər iqtisadi dəyişənlərin səviyyəsi hədəf kimi qarşıya 

qoyulmur. Bu rejimini tətbiq edən ölkələrin təcrübəsi göstərir ki, onun tətbiq olunması ilə milli 

valyutanın sabitliyi qorunmaqla ona inam artır, monetar orqanın fəaliyyəti  şəffaf olur, onun iqtisadi 

subyektlərin gözləntilərinə  təsir imkanları daha da artır. Bundan başqa daxili borc, dövlət borcu 

sahəsində milli valyutada yığım alətlərinin istifadəsinin təşviq edilməsi, onların cəlbediciliyinin 

artırılması ona olan inamın, tələbatın yüksəlməsinə səbəb ola bilər. 

İqtisadiyyatın real sektorunda istehsalın təşviq edilməsi ilə  məcmu təklifin artırılması, maliyyə, 

institusional sektorda təkmilləşdirmələrin aparılması ilə milli valyutanın sabitliyini qorumaqla və 

bununla da ona olan inamı artırmaqla məzənnədə olan dəyişikliklərin inflyasiya proseslərinə təsirini 

azaltmaq, əhalinin alıcılıq qabiliyyətinin azalmasının qarşısını almaq mümkündür. 

 

 



İQTİSADİ ARTIMIN, XARICI İNVESTİSIYALARIN VƏ ENERJİ 

İSTEHLAKININ AZƏRBAYCANDA ADAMBAŞINA DÜŞƏN 

KARBONDİOKSİD EMİSSİYASINA TƏSİRİ 

 

Ceyhun MIKAYILOV 

Qafqaz Universiteti 



cmikayilov@qu.edu.az 

AZƏRBAYCAN 

 

Şəhriyar ƏLIYEV 

Qafqaz Universiteti 



seeliyev@qu.edu.az 

AZƏRBAYCAN 

İqtisadi artım, ölkələrin ən əsas makroiqtisadi hədəflərindən biridir. Əsrimizdə iqtisadi artım da 

öz növbəsində, enerjisiz və xarici investisiyasız təsəvvür edilə bilməz. Böyük sənayelərin inkişafı 

iqtisadi artımı stimullaşdırmaqla yanaşı, enerji istifadəsini artırır və bir çox hallarda xarici 

investisiyaları özünə  cəlb edir. Ancaq, bu trendin bir çox fəsadları da üzə  çıxır. Son əsrin ən böyük 

problemlərindən biri olan “qlobal istiləşmə”, başqa amillərlə birlikdə, enerji istifadəsinin, 

sənayeləşmənin və xarici investisiyaların da nəticəsidir. Dünya bu problemlə ciddi mübarizə aparsa da, 

hələki qlobal istiləşmə prosesi artan tempdə davam edir. 

Qlobal istiləşmə prosesində Karbondioksit (CO

2

) qazı əsas rol oynayır. Belə ki, Dünya Bankının 



2007-ci il statistik rəqəmlərinə görə, hava çirklənməsinin 60%-dən çoxu CO

2

 qazının hesabınadır. Bu 



problem tək inkişaf etmiş ölkələrdə deyil, həmçinin inkişaf etməkdə olan ölkələrdə  də müşahidə 

olunur. Belə ki, dünyada ən çox hava çirklənməsi, Çin, Hindistan, Pakistan, Banqladeş və İndoneziya 

kimi inkişaf etməkdə olan ölkələrdə qeydə alınmışdır. Hansı ki, bu ölkələrdə  həm iqtisadi artım və 

həm də xarici investisiyalar son illərdir yüksək sürətlə inkişaf edir, və onlar enerji istehlakına görə 

dünyanın öndə  gələn ölkələrindəndirlər. Dünyada aydın  şəkildə müşahidə olunur ki, iqtisadi artım, 

xarici investisiyalar və enerji istehlakı hava çirklənməsinin (CO

2

 qazının)  ən böyük 



katalizatorlarındandırlar.  İnkişaf etmiş ölkələr carbon qazı emissiyası çox olan layihələrin inkişaf 

etməkdə olan ölkələrdə  həyata keçirilməsinəddə maraqlı olduqlarına görə, xarici investisiyaların bu 

xaxımdan təhlili müasir elmi ədəbiyyatda mühim yer tutur. 

 Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatının əsas qaynağı neft və qaz resurlarından əldə edilən 

gəlirlərdir. Belə ki, son 5 ildə, xarici ticarətdə neft-qaz sektorunun ümumi ixracda ortalama payı 93%-

dir. 1994-cü ildən etibarən Ümummilli Lider, ölkə prezidenti Cənab Heydər  Əliyevin təşəbbüləri 

nəticəsində  “Əsrin Müqaviləsi” bağlanaraq, ölkə resurslarının xarici bazara çıxışı  əldə olundu, və 

2003-2013-cü illər arasında ölkənin ortalama iqtisadi artım faizi 10%-dən çoxdur. 1994-cü ildən 

etibarən ölkəyə xarici investisiyaların axını əhəmiyyətli miqdarda artdı və ölkədə enerji istehlakı eyni 

tempdə artım göstərdi. Ölkədə 1996-2013-cü illər arasında CO

2

 qazının emissiyası 31,510 kilotondan 



37,513 kilotona, 19.1% artmış göstərmişdir. Eyni ilə, xarici investisiyalarda 1995-2013-cü illər 

arasında $330 milyon ABŞ dollarından $4,4 milyard dollara, təxminən 12 dəfə artış müşahidə 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

621



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

olunmuşdur. Bunlarla birlikdə, enerji istehlakı 1996-2013-cü illər arası 18,1% artmışdır. Statistik 

göstəricilər göstərir ki, Azərbaycan iqtisadi artımın, xarici investisiyaların və enerji istehlakı ilə 

birlikdə CO

2

 qazının emissiyasının yüksəlməsinin müşahidə olunduğu ölkələrdəndir.  



Tədqiq və təhlil etdiyimiz elmi əsərlər bunu deməyə əsas verir ki, Azərbaycan nümunəsində bu 

mövzu demək olar ki, geniş  şəkildə araşdırılmamışdır. Bu araşdırmaların nəticələri bir-birindən 

fərqlənir və buna səbəb isə, istifadə olunan fərqli verilənlər bazası  və metodologiyanın çoxluğudur. 

Son dövrlərdə geniş  tədqiq olunan bu mövzuya dünyanın nüfuzlu elmi jurnallarında bir çox alim 

tərəfindən diqqətədəyər töhfələr verilmişdir. Bunlara nümunə olaraq: Gökmenoğlu, K və Taspınar, N 

(2015), Narayan, K və Rusell, S (2008), Seker, F, Ertuğrul, H və Çetin, M (2014), Kuishuang, F və 

Hubacek, K (2015), Stolyarova, E (2010) və s. başqalarını göstərmək olar. 

Biz bu tədqiqatımızda, 1996-2013-cü illər arasında, adambaşına düşən iqtisadi artımın 

(adambaşına real ÜDM), xarici investisiyaların və enerji istehlakının, adambaşına düşən CO

2

 qazının 



emissiyasına təsirini ölçmüşük. Qiymətləndirmələr ARDL (Autoregressive Distributed Lag), DOLS 

(Dynamic Odinary Least Squares) və FMOLS (Fully Modified Ordinary Least Squares) modellərindən 

istifadə edərək yerinə yetirilmişdir. Nəticələrin etibarlılıq testləri aparılmış, modelin adekvatləğı 

yoxlanmışdır. Aldığımız nəticələr göstərir ki, adambaşına düşən enerji istehlakının CO

2

 qazının 



emissiyası üzərində  təsiri nəzərə çarpacaq dərəcədə müsbətdir. Belə ki, enerji istehlakı artdıqca 

adambaşına düşən CO

2

 qazının emissiyası da artır. Nəticələr mövcud nəzəriyyələrə ümumən 



uyğundur.  

Azərbaycan, iqtisadi artımın, xarici investisiyaların və enerji istehlakının son illərdə yüksək artım 

göstərdiyi ölkələrdəndir. Bu trend bundan sonra da davam etməyə meyillidir.. Belə bir trend, adətən, 

müəyyən müddət sonra əhəmiyyətli dərəcədə hava çirkliliyi ilə müşahidə olunur. Bunun qarşısını 

almaq üçün ölkə  rəhbərliyi bir çox tədbirlər həyata keçirir. Sənaye  şirkətlərinin  şəhər kənarına 

köçürülməsi, regional inkişafın sürətləndirilməsi və CO

2

 qazı emissiyasının azaldması  məqsədi ilə 



həyata keçirilən digər tədbirləri buna misal olaraq göstərmək olar. Biz həm də təklif edirik ki, müasir 

metodlardan biri olan, mühərrikin həcminə görə nəqliyyat sisteminə vergilərin tətbiqi də CO

2

 qazının 



emissiyasını azaldacaq mühim bir faktordur. Belə ki, ölkəmizdə benzin qiymətləri müqayisəli şəkildə 

ucuz olduğuna görə, CO

2

 qazının emissiyasında nəqliyyatın payı da yüksəkdir. Hava çirkliliyi ilə 



mübarizə ölkənin gələcəyi üçün çox əhəmiyyətlidirvə bunun azaldılmasına cəlb olunan vəsaitlər hədər 

olmayacaqdır. 

 

TURIZM VƏ ONUN INKIŞAFINDA TURISTLƏR 

 

Jalə NADIROVA 

Qafqaz Universiteti 



jnadirova@std.qu.edu.az 

AZƏRBAYCAN 

 

Türizm XIX əsrin ortalarına qədər fərdi gəzinti və  səyahət xarakteri daşıyırdı.XIX  əsrin 



ortalarından isə artıq bir sosial-iqtisadi sahə kimi inkişaf etməyə başladı. 21 – ci əsrdən isə dünyanın 

bir çox ölkələrinin  əsas gəlir mənbəyinə çevirilmiş  sənaye sahəsidir. Turizm bu son 20-25 ildə 

insanların vərdiş etdikləri həyatı təlabata çevirilmişdir. Aparılan hesaplamalara göre 2030-cu ilə qədər 

turizm özünün ən yüksək inkişaf həddinə çatacaq. Belə ki, həmin ildə dünya üzrə turistlərin sayı 1.8 

milyard nəfərdən çoxolacaqdır.  

Beləliklədə müasir dünyanın qlobal əhəmiyyətə malik olan iqtisadi sahələrindən biri də turizmdir. 

Turizm müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan biznes maraqlarının 

arasında əlaqə dairəsini genişləndirən sahədir. Turizm insanların daimi yaşayış yerlərindən tətil, idman 

və s. məqsədlərlə xarici ölkələrə  və yaxud da ölkədaxili bölgələrə  səyahətlərindən yaranan iqtisadi, 

sosial, mədəni münasibətlərdənibarətdir. Turizm sadəcə  dəb və ya maraq deyil.Turizm ölkədə 

sənayeləşməyi təmin edən sənaye sahəsidir. Turizm dünyada həm səyahətlərdə  iştirak edənlərin və 

turistik məhsul istehsal edənlərin, həm də turizm sənayesini dəstəkl\əyən sənaye və xidmət sahələrində 

milyonlarla insanların maraq dairəsinə daxildir.Turizm hərəkətləri turizm bölgələrində iqtisadi 

fəaliyyətləri və gəlir dövriyəsini sürtətləndirir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

622



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Turizmin iqtisadi baxımdan önəmi 3 növdə qiymətləndirilə bilər : 

1. 

Xarici valyuta mənbəyi olaraq 



2. 

Gəlir gətirmə mənbəyi olaraq 

3. 

İnvestisya mənbəyi olaraq 



1.İnkişaf etməkdə olan ölkələrin  əksəriyyəti xarici valyuta azlığı  səbəbiilə iqtisadi inkişafı 

malliyələşdirilməkdə  çətinliklərlə qarşılaşırlar. Bu ölkələr,  əsasən ixracatını artmağa və itxalatının 

azaldılmağına çox önəm verirlər. Bütün bunları  nəzərə alsaq turizm tədiyyə balansında yaranan 

kəsirləri aradan qaldırmaqda önəmli rol oynayır. Bir ixracat forması olaraq turizmin xarici valyutanın 

daxil olmasını təmin etməsi görünməyən ixaracat və əlavə ixracat olaraq qiymətləndirələ bilər.  

Əlavə ixracat dedikdə  nəzərdə tutduğumuz turistlərin səyahət etdikləri ölkələrdən aldıqları 

əşyaların, istehlak maddələrinin ticarətidir. Beləliklə turizm sayəsində, ixracı mümkün olmayan 

geoiqtisadi, sosyal və mədəni varlıqları və bəzi xüsusi xidmətləri xarici valyuta mənbəyinə çevirilir. 2. 

Tursitlər səyahət etdikləri ölkələrdə pul xərclədikləri hər yerdə  məsələn otellərdə, nəqliyyatda və s. 

işləyəninsanlara müəyyən miqdarda gəlir gətirir. 3.Turizm inkişaf etdikcə yeni investisyaların 

artmağına, bununla da iqtisadiyyadın bu investisyaların təsiri ilə inkişaf etməsinə  səbəb olur. Bütün 

bunlarla yanaşı turizmin bir müsbət cəhətidə odur ki, digər istehlak məhsullarının istehlakından 

yaranan məmnuniyyət müəyyən bir nöqtədən sonra azalmağa başladığına baxmayaraq, turistik 

məhsulların istehlakından yaran məmnuniyyət hissi davamlı olaraq yüksəlir 

Turizmin bu qədər faydalı bir iqtisadiyyat sahəsi olmağına baxmayaraq, mənfi cəhətləri də var. 

Turizmin ən başlıca mənfi cəhəti, onun mövsümi xarakter daşımasıdır.Turizm obyektlərinin müəyyən 

aylarda fəaliyyətini demək olar ki, dayandırması bir çox problemlərə səbəb olur.İkinci önəmli mənfi 

cəhət isə milli mentalitetin defarmasiyaya mərux qalmasıdır və s. Mənfi cəhətlərinin də olmasına 

baxmayaraq dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində maraq 

göstərirlir. 

Beləliklə, indiki dövrdə bütün dövlətlərin qarşılarına qoyduqları  məqsədlərdən biri də turizmin 

inkişafıdır. Bəss turizmi necə inkişaf etdirmək olar? Turizmin inkişafı  nədən və yaxudda kimdən 

aslıdır? 

Turizmə istiqamət verən turistlərdir. Turistlər səyahətlərində psixoloji məmnuniyyət axtarır. 

Burdan isə belə bir sual çıxır ortaya : Turistlər niyə  səyahət edirlər? Turistlərin səyahət etməkdəki 

məqsədləri müxtəlif olur. Çox zaman yay və qış aylarında olur səyahətlər. İşləyən insanlar öz həyat-

larından bir müddətlik də olsa uzaqlaşmaq istəyirlər. Bu insanlar etdikləri səyahətlərdə  həyatlarına 

qaldıqları yerdən davam edə bilmək üçün özlərində güç toplayırlar. Araşdırmalar da göstərir ki, 

insanlar ara bir də olsa yaşadıqları mühiti dəyişməlidirlər. Buna görə də səyahətlər insaların həyatının 

bir hissəsinə çevrilmişdir. Və təbii ki, turistlər səyahətlərinin rahat və problemsiz keçməyini istəyirlər. 

Bu isə getdikləri ölkənin nəqliyyat sistemindən, qaldıqları oteldən, əgər turla gəlibsə tur rəhbərindən 

və s. aslıdır. Beləliklə, hər şey turistlər hava limanında təyyarədən endiyi andan başlayır. Əgər xüsusi 

turlarla gəlməyiblərsə,  əlbəttə dillərini bilmədikləri ölkələrə gedən insanlar nəqliyyat sistemindən 

istifədədə çətinlik çəkəcəklər. Ən asan istifadə olunan nəqliyyar növü taksidir, ancaq bu da baha başa 

gəlir. Avtobuslardan və metrolardan istifadə isə turistlər üçün çox çətinlik törədir.Turistlərin bu 

problemlərini ortadan qaldırmaq üçün beynəlxalq dillərdə şəhərin xəritəsini vermək olar. Və bununla 

yanaşı həm də avtobusların marşurutları haqqında məlumatlandırıcıkitabçalar paylamaq mümkündür. 

Qaldıqları yerlər (otellər, xüsusi evlər və s.) turistlərin səyahətlərində önəmli yer tuturlar. Bunun 

səbəbi isə odur ki, o oteller və s. onların bir müddət də olsa evlərini evəz edir. Turizm məqsədli 

tikilmiş evlərdə, otellərdə və s. otaqlar elə dizayn olmalıdır ki, insanlar tez uyğunlaşa bilsinlər. 

Turizmi inkişaf etdirməyə çalışanda ikinci nəzərə almalı olduğumuz amil turistlərin etdikləri 

səyahətlərdən nə gözlədikləridir. Turistlər  əsasən etdikləri səyahətlərdə yeni təcrübələr qazanmaq 

istəyirlər. Getdikləri ölkələrin insanlarının yaşam tərzləri, adət-  ənənələri onların diqqətini çox cəlb 

edir. Hətta o ölkədə olan milli oyunlar da turistləri maraqlandırır. Bununla da insanlar bir müddətlik də 

olsa, başqa cür həyat yaşayaraq həyatlarına rəng qatmaq istəyirlər. Bu baxımdan ölkələri dəyərlən-

dirsək, kəndlər adət-ənənələrin ən çox yaşandığı yerlərdir. Bəzən bunlra görə də turistlər səyahətləri 

zamanı  kəndlərdə xüsusi evlərdə qalmağa üstünlük verirlər. Adət-  ənənələrdən  əlavə kandlərin 

turistləri özünə  cəlb etməyinin bir səbəbi də  təmiz hava, sakit yaşam tərzidir.  Şəhərdə yaşayan 

insanları bu cür həyat daha çox cəlb edir cünki, şəhərlərin səs-küylü, qarışıq həyat təzi insanları 

pisxoloji olaraq çox yorur. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

623



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

 Bunlardan  əlavə  də zaman baxımından da ölkələri qiymətləndirsək milli bayramların olduğu 

vaxtlar adət-ənənələr daha çox ortaya çıxır. 

 Turistlərin qaldıqları yerlərdə  və turistik obyetklərdə xidmət göstərən işçilər milli geyimlər 

geyinərsə bu onların diqqətini cəlb edə bilər. 

 Turistlər səyahət etdikləri ölkələrdə təbii gözəllikləri görməyə xüsusi maraq göstərirlər. Bu cür 

turistləri cəlb etmək üçün ekoturizm potensialı lazımdır. Bu isə inkişaf etdirilə biləcək bir şey deyil. 

 Turistlər tarixi yerləri, abidələri, qədim  əşyaları  və s. görməyi sevirlər. Buna görə  də tarixi 

muzeylər artırılmalı və tarixi abidələrin qorunması təmin edilməlidi. 

Biz  əgər ölkəmizə  gələən turistləri məmnun olaraq sola sala bilsək, bununla sadəcə ölkəmizə 

gələn turistlərin sayını artırmış olmarıq həm də xaroco ölkələrdə turizm məqsədli reklamlara 

ayırdırğımız pul vəsaitlərinin miqdarını azaltmış olaraq.Bunun səbəbi budur ki, məmnun olaraq 

ölkədən ayrılmış turistlər getdikləri ölkəni özləri “reklam” edir. Bütün bunlara əsaslanaraq deyə bilərik 

ki,  əgər turizmi inkişaf etdirmək istəyirsinsə, turistlər haqqında araşdırmalar aparıb onları memnun 

etməyə, razı salmağa çalışmalıyıq. Tibb, təhsil və s. sahələri insanlar var olduqca fəaliyyətlərini davam 

etdirəcəkləri kimi turizm də insanlar var olduğu müddətcə  fəaliyyətini davam etdirə biləcək. Buna 

görə də turzim inkişaf etdirmək bütün ölkələr üçün əsas məqsədlərdən biridir. 

 

 



AZƏRBAYCAN İQTİSADİYYATINDA İNFLYASİYA VƏ ONUN 

DİNAMİKASI

 

 

Yusif HƏSƏNZADƏ 

Qafqaz Universiteti 

yusifhasanzade@gmail.com 

AZƏRBAYCAN 

 

Mayis ƏZİZOV 

Qafqaz Universiteti 



mezizov@qu.edu.az 

AZƏRBAYCAN 

İnflyasiya, müasir dövrdə bütün dünyada iqtisadçıların, siyasətçilərin və  hətta adi vətəndaşların 

əsas müzakirə obyektlərindəndir. Bunun başlıca səbəbi isə, inflyasiyanın həm makro, həm də mikro 

səviyyədə  təsirlərinin olmasıdır.  İnflyasiya latın mənşəli söz olub, "qabarma, şişmə, köpmə, artma" 

mənalarını ifadə edən "inflare" sözündən əmələ gəlmişdir. İnflyasiya mal və xidmətlərin keyfiyətinin 

yüksəlməməsi halında qiymətlərinin ümumi səviyyəsinin qalxmasıdır. Başqa sözlə desək, inflyasiya 

mal və xidmətlərin qiymətinin artması ilə müşaiyət olunan pulun dəyərsizləşməsi prosesidir. Bununla 

birlikdə inflyasiyanı, pul gəlirindəki faktiki artışın istehsaldakı faktiki artımından böyük olması 

şəklində ifadə edə bilərik. 

İnflyasiya çoxamilli bir proses olub, iqtisadiyyatda müxtəlif növ və formalarda qarşımıza 

çıxmaqdadır. Geniş anlamda inflyasiya əsasən iki kriteriyaya əsasən sinifləndirilir. Bunlardan birincisi 

inflyasiyanın yaranması  səbəblərinə görə, ikincisi isə qiymətlərin artım tempinə görədir. Yaranma 

səbəblərinə görə, başlıca olaraq, tələb inflyasiyası və xərc inflyasiyası fərqləndirilir. Tələb inflyasiyası, 

iqtisadiyyatda cari qiymətlərlə  məcmu tələbin məcmu təklifi üstələməsi nəticəsində ortaya çıxan 

inflyasiyadır. Təklif inflyasiyası isə, məcmu tələbin həcmindən asılı olmayaraq istehsal xərclərinin 

artması  nəticəsində ortaya çıxır. Bundan əlavə, bəzi iqtisadçılar idxal edilən inflyasiyanı  və qeyri-

monetar faktorlardan doğan inflyasiyanı da fərqləndirirlər. Qiymətlərin artım tempinə görə isə 

inflyasiyanın mülayim, yüksək və hiperinflyasiya formaları qeyd olunur.  

Mürəkkəb sosial-iqtisdi hadisə olan inflyasiyanın sosial-iqtisadi nəticələri də mürəkkəbdir. Bunun 

nəticəsidir ki, inflyasiyanın mənfi cəhətləri ilə yanaşı, müsbət cəhətləri də vardır. Belə ki, o, iqtisadi 

artıma müsbət təsir göstərir, onun artımına təkan verir. Bununla əlaqədar olaraq da, inflyasiya da 

mütləq mənada hökmən qarşısı alınmalı  və  qətiyyətlə aradan qaldırılmalı olan mənfi bir proses 

deyildir. Başqa sözlə, dövlət inflyasiyadan cəmiyyət üzvlərinin rifahının yaxşılaşdırılması  və 

iqtisadiyyatın inkişaf etdirilməsi üçün istifadə edə bilər. Məsələn, bazar münasibətlərinin inkişaf etmiş 

olduğu ölkələrdə mülayim inflyasiya iqtisadi artımın normal amili hesab edilir. Ancaq inflyasiyanın 

dərinləşməsinə imkan vermək olmaz, onun qarşısı vaxtında almaq lazımdır. Çünki inflyasiyanın 

qarşısı vaxtında alınmasa sosial-iqtisadi qeyri-sabitlik güclənməklə, ölkədə tarazlıq pozular, 

iqtisadiyyatın inkişafına əngəl törədər, böyük məbləğdə xərc tələb olunar. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

624



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Yüksək inflyasiya əmanətlərə, investisiyalara, gəlirlərin yenidən bölüşdürülməsinə, tədiyyə 

balansına, ticarətə, əmək bazarına, cəmiyyətə - bütünlükdə iqtisadiyyata təsir etməkdədir. 

Onu da qeyd etmək vacibdir ki, inflyasiya iqtisadiyyatda qeyri-stabilliyin əsas göstəricilərindən 

biridir.  İqtisadiyyatdakı qeyri-stabilliyi ortadan qaldırmaq üçün mərkəzi bank, əsas məqsədlərindən 

olan qiymət stabilliyini pul siyasəti ilə  təmin etməlidir. Mərkəzi bank inflyasiyanın qarşısını almaq 

üçün ilk öncə inflyasiyaya səbəb olan və onun sürətlənməsinə kömək edən faktorları araşdırmalı  və 

bunun  əsasında da pul siyasətini həyata keçirməlidir.  İnflyasiya  əvvəlcədən təxmin edilərsə, 

inflyasiyanın vuracağı ziyanın da qarşısını vaxtında almaq olar. 

İnkişaf etməkdə olan ölkələrdə inflyasiya davamlı olaraq nəzarətdən çıxır. Mülayim inflyasiya 

(ildə 8-10% qədər) hətta inkişaf etmiş ölkələr üçün adi iqtisadi haldır. Azərbaycan kimi inkişaf 

etməkdə olan ölkələrdə inflyasiya çox vaxt ildə 10-15% təşkil edir. Bəzi dövrlərdə inkişaf etmiş 

ölkələr belə 10-20% inflyasiya ilə üz-üzə gəlməli olublar. Azərbaycan kimi ölkələrdə isə bu indi də adi 

haldır. Lakin inflyasiyanın dərəcəsi ilə kifayətlənməyərək iqtisadi dəyərləndirmə  də aparılmalıdır. 

Əgər inflyasiya əvvəlki dövrdə 30-40% idisə, sonrakı dövrlərdə  məsələn 17% dərəcəli inflyasiya 

iqtisadiyyatln sağlamlaşmasına işarədir. Və ya əksinə, əgər müəyyən müddət inflyasiya 10% həndəvə-

rində idisə, bu halda 20% qiymət artımı artıq həyəcan təbilinin çalınmasını zəruri edir. 

Azərbaycan inflyasiya ilə demək olar ki, ilk dəfə 1989-1991-ci illərdə tanış olmuşdur. Həmin 

dövrdə Azərbaycanın SSRİ-nin tərkibindən çıxmağa çalışması, müstəqilliyin  əldə edilməsi uğrunda 

mübarizənin aparılması, ermənilərlə münaqişənin qızışması, siyasi aktivliyin artması  və s. amillər 

iqtisadiyyatı kölgədə qoymuş, iqtisadi münasibətlərə, iqtisadi inkişafa mənfi təsir göstərmişdir. 

Müstəqilliyimizin ilk illərində Azərbaycanda inflyasiya səviyəsinin yüksəlməsinin əsas səbəbləri 

kimi Ermənistanla olan Dağlıq Qarabağ müharibəsinə görə büdcə  kəsrlərinin həddən çox artması, 

büdcə  kəsirlərinin emissiya ilə örtülməsi, dövriyyədə olan pul kütləsinin artması, məcmu tələbin 

məcmu təklifi üstələməsi şəklində ifadə etmək olar. 

1994-cü ildən sonra, yəni Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəsdən sonra 

iqtisadi və siyasi sabitlik əldə oluna bilmişdir. Bundan sonra Azərbaycanda bütün sektorlar, başlıca 

olaraq isə iqtisadiyyatda əsaslı islahatlar aparılmışdır. Bunlardan da ən  əsası BVF ilə  bərabər hazır-

lanan 1995-1996 və 1998-2000-ci illər iqtisadi inkişaf proqramları olmuşdur. Həmçinin 1995-ci ildə 

Milli Bankın yaradılması, sərt pul siyasətinin həyata keçirilməsi də inflyasiya prosesinə müsbət 

mənada ciddi təsir göstərmişdir. 

2004-cü ildən sonra ölkəyə xarici valyuta axının artması, işgüzar fəallağın qeyri-ənənvi yüksəlişi, 

genişmiqyaslı sosial proqramların reallaşması, qlobal maliyyə böhranı, 2015-ci ildə 1 il ərzində 2 dəfə 

həyata keçirilən devalvasiya, bank sektorunda yaşanan problemlər, həmçinin dünyada baş verən 

iqtisadi, siyasi proseslər də ölkədə inflyasiya səviyyəsinə təsirsiz ötüşməmişdir. 

Onu da qeyd etmək lazımdır ki, inflyasiya gözləmələri qiymətlər artımının mühüm faktorudur. 

İnflyasiya özbaşına  əmələ  gələn qabaqcadan məlum olan xəbərə çevrilə bilər. Hamı inflyasiyanı 

gözlədikdə öz xərclərinin artmasını qabaqcadan ödəmək məqsədi ilə qiymətləri artırmağa çalışırlar. Bu 

öz növbəsində qiymətlərin sonrakı qalxmasının faktoru olur. Əgər hamı inflyasiyanın ciddi olacağına 

inanırsa, bu halda onun elə də olacağı daha böyük ehtimalla baş verir. 

 

 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin