Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə118/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   114   115   116   117   118   119   120   121   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

635



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

-  создание  экономических  рычагов  и  стимулов  в  целях  заинтересованности 

природопользователей  в  соблюдении  норм  и  правил  природопользования,  рациональном 

использовании и воспроизводстве природных ресурсов. 

-  обеспечение экологической безопасности. 

Одной  из  основных  задач  эколого-экономической  политики  Республики  Узбекистан 

является достижение существенного улучшения качества окружающей среды на территориях с 

повышенной степенью риска для здоровья человека и стабильности экосистем: 

  Сарыассийский район Сурхандарьинской области (влияние Таджикского алюминиевого 

завода); 

  приграничное  с  Таджикистаном  и  Кыргызстаном  территории  -Ташкентской  и 

Ферганской областей (радиоактивные отходы) ; 

  Приаралье  (усыхания  Аральского  моря)  и  др.  и  предупреждение  ухудшения  качества 

окружающей среды на остальной территории. 



Краткое заключение 

Природно-экологические  особенности  территории  и  особенности  историко-экономичес-

кого  развития  оказывают  существенное  влияние  на  процесс  взаимоотношения  человека, 

общества  и  природы,  формирования  и  развития  экосистем.  Антропогенное  воздействие  на 

экосистему постепенно снижало регулирующую функцию природы, устойчивость и интенсив-

ность  биопродукционного  воспроизводственного  процесса.  Создается  объективная  угроза 

потери  равновесия  биосферы  в  государственно – региональном  масштабе,  которая  оказывает 

негативное влияние на глобальное развитие экосистем планеты в целом. 

Развитие  промышленности  и  сельского  хозяйства  не  всегда  сопровождалось  адекватным 

развитием  природоохранных  мероприятий,  что  привело  к  нарушению  экологического  рав-

новесия.  

Переход  экономики  Республики  Узбекистан  к  рыночным  методам  регулирования  выдви-

гает  новые  требования  к  природопользованию  и  охраны  природы,  к  определению  критериев 

оценки  эколого-экономических  отношений,  внедрению  -учитыванию  факторов  окружающей 

среды при выработке и проведении экономической стратегии правительства.  

Одной  из  основных  задач  эколого-экономической  политики  Республики  Узбекистан 

является достижение существенного улучшения качества окружающей среды на территориях с 

повышенной степенью риска для здоровья человека и стабильности экосистем: 

  Сарыассийский район Сурхандарьинской области (влияние Таджикского алюминиевого 

завода), 

  приграничное  с  Таджикистаном  и  Кыргызстаном  территории  -Ташкентской  и 

Ферганской областей (радиоактивные отходы) ; 

  Приаралье  (усыхания  Аральского  моря)  и  др.  и  предупреждение  ухудшения  качества 

окружающей среды на остальной территории. 

 

 

NEFT-QAZ GƏLIRLƏRINDƏN ISTIFADƏNIN  



SƏMƏRƏLILILIYININ ARTIRILMASI  

 

Yaşar BAYRAMZADƏ  

AMEA 

ybayramzade@yahoo.com

 

AZƏRBAYCAN 

 

Neft-qaz gəlirlərdən səmərəli istifadə istiqamətlərinin təhlili və öyrənilməsi həm ölkədə 



makroiqtisadi tarazlığın qorunması  həm də iqtisadiyyatın dinamik inkişafının təmini baxımından 

mühüm  əhəmiyyət kəsb edir. Qeyri-neft sektorunun, o cümlədən regionların inkişafı, neft-qaz 

gəlirlərinin gələcək nəsillər arasında  ədalətli bölgüsü, bu mənada həlli vacib məsələlərdir. Neft-qaz 

ehtiyatları ilə  zəngin ölkələrin  əksəriyyəti bu kimi problemlərin həllinin  ən optimal variantını neft 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

636



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

fondu təşkil etməkdə görür ki, bu da milli valyutanın real mübadilə məzənnəsinin artmasının qarşısının 

alınması, fiskal intizamın qorunması,  əldə olunan gəlirlərin gələcək nəsillər arasında  ədalətli 

bölgüsünün təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı milli iqtisadiyyatın 

inkişafı, sağlam makroiqtisadi mühitin formalaşdırılması  və makroiqtisadi tarazlığın qorunması 

karbohidrogen ehtiyatların ixracından  əldə olunan gəlirlərin düzgün istifadəsi və idarəsi ilə  sıx 

bağlıdır. 

 Respublikada karbohidrogen ehtiyatlarının geniş miqyaslı istismarı ilə əlaqədar bir tərəfdən neft-

qaz gəlirlərinin 2008-ci ildən başlayaraq kəskin artması, digər tərəfdən mövcud neft-qaz ehtiyatlarının 

nisbətən qısa müddətdə tükənmə ehtimalı, böyük həcmdə xarici valyutanın daxil olması  şəraitində 

ölkədə bərqərar olan makroiqtisadi sabitliyin qorunması, gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün 

saxlanması ilə yanaşı, onlardan indiki nəslin rifahının yüksəldilməsi üçün istifadə edilməsi, qeyri-neft 

sektorunun inkişafının stimullaşdırılması  və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi neft və 

qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın qəbul edilməsi zərurətini gündəmə 

gətirmiş, ölkə prezidentinin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə fonda toplanmış vəsaitlərin idarə 

olunma prinsiplərini müəyyən və 2005-2025-ci illəri  əhatə edən “Neft və qaz gəlirlərinin idarə 

olunması üzrə uzunmüddətli strategiya”sı  təsdiq edilmişdir. Bu strategiya eyni zamanda neft-qaz 

gəlirlərinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq respublikanın payına düşən mənfəət nefti və 

ARDNF-in qanunvericiliklə müəyyən edilmiş digər gəlirləri; hasilatın pay bölgüsü sazişlərinə əsasən 

sərmayəçilər tərəfindən dövlət büdcəsinə ödənilən mənfəət vergisi; ARDNŞ-in neft-qaz hasilatı ilə 

bağlı vergi ödənişləri və dövlət büdcəsinə digər ödənişlər; ARDNŞ-in təsisçisi olduğu neft-qaz hasilatı 

ilə məşğul olan müştərək müəssisələrin dövlət büdcəsinə vergi ödənişləri kimi əsas gəlir mənbələrinə 

uyğun neftin və qazın satışından ARDNF-a və dövlət büdcəsində toplanan gəlirlərin idarə edilməsini 

nəzərdə tutur.

 

Neft-qaz gəlirlərinin artmasının insan kapitalına sərmayələrin azalması, iqtisadiyyatda inhisarçı 



meyllərin güclənməsi, qeyri-neft sektorunun inkişafının zəifləməsi, beləliklə ölkənin idxaldan asılı 

vəziyyətə düşməsi kimi fəsadlar törətmə ehtimalı yüksəkdir. Belə fəsadların önlənməsi məqsədilə neft-

qaz gəlirlərinin yığımı  və  xərclənməsi üçün xüsusi proqram hazırlanmalıdır. Xüsusilə iqtisadiyyatda 

yarana biləcək “holland sindromu”na bu mənada diqqət yetirilməsi zəruridir. Bu sindromu 

səciyyələndirən əsas əlamətləri “neft dolları”nın valyuta bazarına daxil olaraq milli valyutanın dəyərini 

artırması, bunun nəticəsi olaraq da ixrac məhsullarının rəqabət qabiliyyətinin azalması, xarici ticarətdə 

iştirak etməyən istehsal sahələrinin güclənərək ölkənin perspektiv iqtisadi təhlükəsizliyini xüsusilə 

neftin qiymətinin dəyişməsinə bağlı olaraq yaranacaq iqtisadi şoklara dayanıqlığı və dövlət büdcəsinin 

neft gəlirlərindən asılı olması baxımından təhdid etməsi, əmək, kapital resurslarının rəqabət qabiliyyəti 

azalan sahələrdən digər sahələrə axını, ölkənin tədricən idxaldan asılı  vəziyyətə düşməsi olaraq 

sadalamaq mümkündür. “Holland sindromu” iqtisadiyyatda təbii sərvətlərin ixracından  əldə olunan 

gəlirlərin  əsasən ölkə daxilində  xərclənməsi ilə meydana gələn “xərclər effekti” və ixracatdan əldə 

olunan gəlirlərinin ölkə daxilində xərclənməsinin birbaşa xarici valyutaların yerli valyutaya çevirməsi 

ilə meydana gələn resursların hərəkəti effekti kimi özünü büruzə verir. Bütün bu amillər isə öz 

növbəsində yerli valyutaya tələbi yüksəltdiyindən onun dəyərini artırır. Beləliklə, ölkədə istehsal 

olunan məhsulların maya dəyəri artır və rəqabətqabiliyyətliliyi azalır ki, bu da ölkənin idxaldan asılı 

vəziyyətə düşməsi, iqtisadiyyatın birtərəfli inkişafı, cəmiyyətin istehsal edən yox əsasən istehlak edən 

cəmiyyətə çevrilməsi ilə nəticələnir. 

 İnstitusional islahatların sürətlənməsi, neft gəlirlərinin, eyni zamanda ictimai xərclərin şəffaflığı-

nın təmin olunması, vahid iqtisadi sahəyə malik olan iqtisadiyyatla müqayisədə iqtisadi böhranlar və 

şoklar baxımından daha etibarlı olması səbəbi ilə iqtisadiyyatın dərin və geniş diversifikasiyası da neft 

gəlirlərinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə iqtisadiy-

yatın dərin və geniş diversifikasiyası iqtisadiyyatda risk və onun meydana gətirdiyi fəsadlar müxtəlif 

sahələr arasında paylanması baxımından  əhəmiyyətlidir.  Əgər bir sahə  tənəzzülə  uğrayırsa digər 

sahələr ümumi ölkə iqtisadiyyatının daha çox zərər görməsinin qarşısını alır. Belə vəziyyət makroiq-

tisdai tarazlığın qorunması, məşğulluğun təmin olunması, idxaldan asılılığın azaldılması ilə yanaşı 

əlavə valyuta daxil olmalarının artırılması baxımından da vacibdir. Bu mənada qeyd olunmalıdır ki, 

neftin qiymətindəki dalğalanmaların  əvvəlcədən proqnozlaşdırılması  və preventiv tədbirlərin görül-

məsi o qədər də asan məsələ deyil. Belə ki, əgər daha öncələr dünyada, əsasən də neftlə  zəngin 

ölkələrdə baş verən siyasi gərginliklər birjalarda neftin qiymətinin yüksəlməsinə səbəb olurdusa indi 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

637



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

(2015 ilin əvvəlindən) biz bunun əksini, hətta kəskin ucuzlaşma müşahidə edirik. Bu da  yenə də öz 

növbəsində gələcəkdə neft-qaz gəlirlərindən asılılığın bu vəya digər formada ölkə iqtisadiyyatı üçün 

təhditlərinin minimuma endirilməsi baxımından neft-qaz hasilatından əldə olunan gəlirlərin qeyri-neft 

sektorunun inkişafına yönəldilməsini, bu sahədə inkişafın təmin olunmasının zəruriliyini göstərir. 

Respublikada 2015-ci ilin əvvəlində baş verən hadisələr də bunu deməyə  əsas verir. Belə ki, neftin 

qiymətindəki kəskin ucuzlaşma bir tərəfdən respublikanın gəlirllərinin və beləliklə  də büdcə 

gəlirlərinin azalmasına, digər tərəfdən ölkənin valyuta ehtiyatlarının sürətlə  əriməsinə  səbəb oldu. 

Nəticədə hökumət manatın dəyərini ucuzlaşdırmaq (devalvasiya) məcburiyyətində qaldı ki, belə 

kəskin dəyişikliklər ölkə iqtisadiyyatının dayanıqlı  və davalı inkişafı baxımından arzu olunan 

deyil.Yaxın vəortamüddətli dövrdəneft-qaz ixracından  əldə olunan gəlirlər hesabına bölgələrin 

hərtərəfli inkişafı göstəricilərinin artım tempinin optimal səviyyəsinin müəyyənləşdirilərək ona uyğun 

dövlət siyasəti qurulması tədbirləri də bu mənada maraqlıdır. 

Nəticə  

Neft-qaz gəlirlərindən səmərəli istifadə iqtisadiyyatın dərin və geniş diversifikasiyası ilə yanaşı 

insan kapitalına sərmayələrin artırılmasını, iqtisadiyyatda inhisarçı meyllərin zəiflədilməsini, qeyri-

neft sektorunun və regionların tarazlı inkişafının gücləndirilməsini zəruri edir. Bu mənada onun 

yığımı, xərclənməsi və digər müvafiq tədbirlərlə bağlı xüsusi proqram işlənib hazırlanmalıdır. 

 

 



 

 

İNNOVASİYA PROSESLƏRİNİN TƏNZİMLƏNMƏSİ 



 

Vüqar MURADOV 

Qafqaz Universiteti 



vmuradov@qu.edu.az 

AZƏRBAYCAN 

 

İnnovasiya proseslərinin tənzimlənməsi bir çox ölkələrdə dövlətin sosial-iqtisadi sahədə 



yürütdüyü siyasətin əsas tərkib hissəsi olan innovasiya siyasəti vasitəsilə həyata keçirilir. Bu siyasətə 

uyğun olaraq ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq innovasiya 

strukturlarının, başqa sözlə innovasiya mərkəzlərinin, texnoloji biznes-inkubatorların, texnoparkların 

yaradılması vacibdir. 

Texnoloji zona ərazisində  hər bir innovasiya müəssisəsi müstəqil hüquqi şəxsdir. Ona görə  də, 

texnopark onlara bu və digər formada təzyiq edə bilməz. Bir çox firmalar qeyri-aksioner cəmiyyət 

kimi fəaliyyət göstərməklə bütün hüquqları, o cümlədən, intellektual mülkiyyət hüququnu da özlərində 

saxlayırlar. Bütün texnoloji zonalar ilk zamanlar ümumi problemlərlə qarşılaşır. Bu əsasən, ondan irəli 

gəlir ki, innovasiya layihələrinin normal tənzimlənməsi üçün hüquqi baza olmur. İnnovasiya sistemini 

inkişaf etdirilməsi üçün müvafiq qanunlar olması vacibdir. Texnopark da milli innovasiya sisteminin 

bir elementi kimi bu qanunvericilik aktlarından istifadə edə bilər. Eyni zamanda kiçik sahibkarlıqla, 

kiçik innovasiya sahibkarlığına münasibətlər bütün səviyyələrdə fərqli olmalıdır. 

İnnovasiya fəaliyyəti üçün əlverişli hüquqi mühitin yaradılması  aşağıdakı istiqamətlərdə 

qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur: 

-   intellektual fəaliyyətin mühafizəsi, istifadəsi və müdafiəsi; 

-   innovasiya  fəaliyyətinin saxlanılması üçün elmi-texniki və  hərbi-texniki informasiya 

resurslarından istifadəni nizamlamaq üçün hüquqi normaların müəyyən edilməsi;  

-   İnnovasiya sistemlərinin formalaşdırılması üzrə regional icra, yerli özünüidarə orqanlarının 

qüvvələrinin birləşdirilməsi üçün hüquqi şəraitin yaradılması; 

-   Vergi, gömrük və qiymət siyasətinin işlənərəkyeni texnologiyalar istehsalında həyata keçirilməsi,  

-   İnnovasiya fəaliyyətinin maliyyələşdirilməsi üçün şəxsi investisiyaların cəlb olunması məqsədilə 

əlverişli mühitin formalaşdırılmasına yönəldilmişnormativ-hüquqi bazanın yaradılması;  

-   Elmi tutumlu innovasiya layihələri sahəsində vençur sahibkarlığın inkişafı üçün institutsional və 

hüquqi mühitin yaradılması. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

638



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

  Elmi, texniki və innovasiya fəaliyyətin dövlət tərfindən saxlanılan və  tənzimlənən sahələrinə 

maliyyə, elmi kadrların hazırlanması və saxlanılması, elm və yüksək texnologiyalar dövlət sektorunun 

strukturunun təkmilləşdirilməsi, elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət 

əmlakından istifadənin səmərəliliyinin yüksəldilməsi, elmi və elmi-texniki fəaliyyətin nəticələrindən 

səmərəli istifadə  və onların kommersiyalaşdırılması üçün şəraitin yaradılması sahələrini aid etmək 

olar.  

 İstənilən innovasiya fəaliyyəti sahibkarlıq fəaliyyətidir və o, yeni ideyaların axtarışına (yeni 



məhsuldan yeni struktura qədər), vacib resursların axtarışına, müəssisənin yaradılması  və idarə 

olunmasına, pul gəlirinin əldə olunmasına əsaslanır.  

 Hüququ  bazanın təhlili göstərir ki, innovasiya fəaliyyətinin nizamlanmasına yönəldilmiş 

normativ-hüququ aktları aşağıdakı əlamətlərə görə təsnifləşdirmək mümkündür: 

1.  Normativ-hüquqi aktların hüquqi qüvvəsi (ölkə qanunları, regional və bələdiyyə normativ-hüquqi 

aktları, müəssisələrin lokal aktları); 

2.  Normativ-hüquqi  aktların normativ məzmunu (ümumi hüquqi mətnlər və ya xüsusi hüquqi 

nizamlanma); 

3.  Normativ-hüquqi aktların sahəvi mənsubiyyəti; 

4.  Xalq təsərrüfatı sahələri üzrə normativ-hüquqi aktlar; 

5.  Regional istiqamət üzrə normativ-hüquqi aktlar.  

 

 



 

ENERGETIKA SƏNAYESİ VƏAZƏRBAYCANDA TƏTBİQİ 

 

T

ürkan

 HÜSEYNOVA 

Qafqaz Universiteti 



turka.quseynova@gmail.com 

AZƏRBAYCAN 

 

Energetika günümüzdəki artan əhəmiyyəti ilə, həyat qaynaqlarından biri halına gəlmişdir. Ayrıca 



ictimai və iqtisadi inkişafda  ən  əhəmiyyətli vəsaitlərdən biri olan energetika, həyat standartlarının 

artırılmasında və davamlı bir inkişafın yaradılmasında əhəmiyyətli faktorlardandır. 

Azərbaycanda energetikanın inkişafı neft sanayesinin sürətli inkişafı ilə  əlaqələndərəlir. 

Azərbaycan  ərazisinin 70%-i neftli-qazlıdır. Hazırda Azərbaycanda 70-ə yaxın neft yatağı vardır ki, 

bunun da 50%-i quruda, 20-si isə dənizdədir. Indiyə qədər Azərbaycanın neftinin 2/5-i mənimsənilib. 

Enerji təhlükəsizliyi problemi beynəlxalq  əlaqələrində ölkələrin və onların meydana gətirdikləri 

müxtəlif birliklərin öz təhlükəsizliklərini təmin etmələri baxımından  ən aktual mövzu halına 

çevrilmişdir. Müasir sistemdə iqtisadi inkişaf hidrogen qaynaqlı enerjinin istehlakı ilə birbaşa 

əlaqəlidir. Hal hazırda iqtisadiyyatların inkişafına bağlı olaraq artan enerji ehtiyacına baxmayaraq 

enerji ehtiyatlarının məhdud olması, enerji qaynaqlarında davamlılıq təmin etmək vacibliyini 

doğurmuşdur. 

Son dövrlərdə dünya ölkələri özlərinin yanacaq – energetik balansına yeni enerji mənbələrinin 

cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, dalğa, qabarma – çəkilmə, kiçik çayların hidroloji 

enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ enerji mənbələrinin 

potensial imkanları sonsuzdur. Onların ekoloji təmizliyi heç kəsdə şübhə doğurmur. 

Energetikanın bütün sektorlarda istifadə sahəsinə sahib olması, enerji qaynaqlarının qeyri-kafi 

olması, artan əhali və texnoloji tərəqqinin sürətlənməsiylə enerjinin əhəmiyyəti artmış və onun daha 

məhsuldar istifadə edilməsini təmin etmək məqsədi ilə enerji tələb təxmin modelləşmələrinə üstünlük 

verilmişdir. Enerji qaynaqları baxımından zəngin olan Azərbaycan, müstəqilliyini qazandıqdan sonra, 

bənzər bir problemlə qarşı-qarşıya gəlmişdir. 

Azərbaycanda vahid energetika şəbəkəsi yaradılmışdır. 

O, Rusiya, Iran, Türkiyə  və Gürcüstan enerji şəbəkəsi ilə  əlaqələndirilmişdir. Azərbaycan hazırda 

Gürcüstana enerji verir. Naxçıvana isə enerji Türkiyə və Irandan daxil olur. Gələcəkdə külək, günəş 

(xüsusilə Abşeron-Qobustanda) və geotermal-isti sulardan enerji və istilik alınacağı planlaşdırılır. 

Onlar ekoloji cəhətdən təmiz və ucuzdur. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

639



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Enerji tələbi, gündəlik istehlak və iqtisadi fəaliyyətlərin reallaşması üçün fərdlər və müxtəlif 

təşkilatlar tərəfindən tələb edilən enerji miqdarıdır. Enerji ölkələrin, iqtisadi böyümə, ictimai inkişafı 

və  həyat standartlarının artırılmasında  əhəmiyyətli olmaqdadır. Enerji, iqtisadiyyatın tələb və  təklif 

qismində  əhəmiyyətli faktorlar içərisində  iştirak etməkdədir. Tələb tərəfindən baxıldığında 

istehlakçıların faydalarını maksimum etmə  məqsədiylə  tələb etik bir məhsul olaraq iştirak edərkən; 

təklif tərəfindən isə  əmək, sərmayə  və xammalın yanında təməl faktor olaraq istehsalda iştirak 

etməkdədir. 

Məqalənin məqsədi energetika anlayışının, energetikanın dünya şəraitində ki əhəmiyyətinin 

açıqlanması,energetika məhsuldarlığı anlayışının öyrənilməsi, Azərbaycan da olan əhəmiyyəti və son 

olaraq yaradılan model dəyişənlərin araşdırılıb ekonometrik analizlər istifadə olunaraq əldə edilən 

nəticələrin açıqlanmasından ibarətdir. 

Məqalənin məqsədinə uyğun olaraq qarşıya aşağıdakı vəzifələr qoyulmuş və məntiqi ardıcıllıqla 

araşdırılmışdır: 

-  Dünya energetika resurslarının, energetika infrastrukturunun, energetika bazarlarınin 

qiymətləndirilməsinin konkret problemləri; 

-  Ölkənin enerji mədəniyyəti üzrə ümumi baxışları; 

-  Gələcəkdə innovativ və ekoloji yönümlü energetika inkişafının strateji istiqamətlərini 

öyrənmək; 

Növbəti on illik ərzində iqtisadi inkişaf və əhali artımı ilə bağlı əhəmiyyətli dərəcədə enerji isteh-

lakinin artması gözlənilir. Bu təchizat sisteminin təzyiqinin artmasına səbəb olacaq və enerji səmə-

rəliliyinə yüksək diqqət tələb edəcək. Enerji mövcudluğu iqtisadi inkişaf üçün əsas amildir və həyat 

keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.Ətraf mühitə enerji təsirinin probleminin həlli kimi tez-

tez enerjinin qənaət edilməsi təklif olunur. 

Son illərdə dünyadakı əhali artımı, inkişaf edən sənaye sektoru, energetika qiymətlərindəki artım 

və qalıq ehtiyatlarının tükənmə meylində olması energetika siyasətinin yenidən nəzərdən keçirilməsi, 

təklif- tələb analizlərinin əhəmiyyətini artırmışdır. Energetika ehtiyatlarının təklif-tələb təhlili, ölkənin 

ümumi enerji siyasətinin yaradılmasında böyük əhəmiyyət kəsb edir. 

 

 

AZƏRBAYCAN İQTISADİYYATINDA LOGİSTİK SİSTEMİN MÜASİR 



VƏZİYYƏTİNİN TƏHLİLİ 

 

Samir MƏMMƏDOV 

 “Azərsu”ASC 



samir.mammadov.86@mail.ru

 

AZƏRBAYCAN 

 

Azərbaycan Respublikasında logistik fəaliyyətin formalaşması prosesinin davam etməsi onu bir 



sıra çatışmazlıqlarla müşayət edir, bu isə axın proseslərinin sürətini azaldaraq logistik elementlerin 

müxtəlif kanallarda ləngiməsinə səbəb olur. Tədqiqatlar göstərir ki, ölkəmizdə logistik fəaliyyət əsasən 

aşağıdakı formalarda həyata keçirilir: 

  Nəqliyyat və anbar təsərrüfatı; 

  Poçt göndərmələri; 

  Ayrı-ayrı müəssisələrin logistik xidmətləri. 

Dünya Bankının 2014-ci ildə Azərbaycanın Logistik Performans İndeksini (LPİ) 160 ölkə 

sırasında 154-cu təsnifata və 2,75 xala layiq görmüşdür. Burada təsnifləşdirmə Gömrük, İnfrastruktur, 

Beynəlxalq daşımalar, Logistik qabiliyyət, Logistik elementlərin izlənməsi və müşayət olunması, 

Zəruri vaxtda meyarları üzrə aparılır. Azərbaycanın LPİ  hər bir meyar üzrə belə  təsnifləşdirilir: 

Gömrük – 2,57; İnfrastruktur – 2,71; Beynəlxalq daşımalar – 2,57; Logistik qabiliyyət – 2,14; Logistik 

elementlərin izlənməsi və müşayət olunması – 2,14; Zəruri vaxtda – 2,57. Sərhəd keçid əməliyyatları 

üzrə Azərbaycan 177-ci yerə malikdir. Belə ki, Şərqi Avropa və  Mərkəzi Asiya regionunda sərhəd 

keçid əməliyyatları üzrə sənədlərin sayı 6,4 və 4,4 olduğu halda, Azərbaycanda bu göstərici 9 ayrı-ayrı 

sənəddən ibarətdir. Bu isə idxal və ixrac proseslərinin 43 və yaxud 46 gündən tez olmayaraq həyata 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

640



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

keçirilməsinə  səbəb olur ki, bu göstəriciləri  Şərqi Avropa və  Mərkəzi Asiya regionu ölkələri ilə 

müqayisə etdikdə analoji rəqəmlər 26,7 və 28,1 gün arasında dəyişir. Bundan başqa, Azərbaycan idxal 

və ixrac əməliyyatlarında konteyner daşımaları üçün bahalı ölkə hesab edilir. Yəni, bu göstəricilər 20 

fut konteynerlərdə ixrac üçün $2,980, idxal üçün $3,480 təşkil edir. Ümumilikdə, Azərbaycanda 

nəqliyyat və ticarət sahəsində təkanverici proseslər aşağıdakı vasitələrdir: 

  Strateji nəqliyyat dəhlizlərinin layihələndirilməsi,  əhəmiyyətli magistral dəmir yolu və 

avtomobil yolu marşrutlarının məhdudlaşdırılması, bundan sonra investisiyaların bura istiqamətlən-

dirilməsi, əsas dəmir yolu və avtomobil yolu marşrutlarına müxtəlif təyinatlı fondların diqqətini cəlb 

etmək; 


  Əlaqələndirilmiş  hərtərəfli nəqliyyat infrastrukturu yeni qiymətləndirmə  tələb edir və 

nəqliyyat infrastrukturunun inkişafı investisiyanın yüksək ödəmə qabiliyyətinə malik olur, müxtəlif 

formalı infrastrukturda investisiya həcmini tarazlaşdırır və cəlbedici hava/avtomobil/dəmir yolu/dəniz 

modal inteqrasiyanı təmin edir; 

  Yollardan istifadə üçün əlavə ödəniş sistemlərinin təsis edilməsi mövcud maliyyə rejimini 

möhkəmləndirir və beləliklə, bu yolların dayanıqlı adekvat istismarına və inkişafına şərait yaradır; 

  İctimai  əhəmiyyətli layihələrdə özəl sektor investisiyaların həvəsləndirilməsinə  təşəbbüs 

göstərmək; 

  Azad  İqtisadi Zonalar, multimodal karqo şəbəkəsi, logistik mərkəzlər və soyuducu anabar 

vasitələrinin inkişafı; 

  Azad İqtisadi Zonalar, multimodal karqo şəbəkəsi, logistik mərkəzlər və soyuducu anabarlar 

üzrə pilot layihələrin yaradılması ilə müasir sərhəd keçid məntəqələrinin nümayiş etdirilməsi 

nəticəsində əldə edilmiş təkmilləşdirməni nümayiş etdirmək. 

 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin