IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
688
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yeniden dağılımı yoluyla azgelişmiş bölgelerin mali yapısının, istihdam kaynaklarının ve altyapısının
desteklenmesine ve bölgelerarası gelişmişlik farklılıklarının kaldırılmasına yönelik dengeli ekonomik
kalkınma anlayışına dayalıdır.
Michael Porter’a göre kümelenme; “Aynı iş kolunda faaliyet gösteren, aralarında ilişkiler olan
ama aynı zamanda rekabetde bulunan çok sayıdaki işletmenin, onlara mal satan tedarikçilerin ve
hizmet satanların, ilgili kurumların aynı coğrafi bölgede yoğunlaşmalarıdır.”
Kümelenmeler işletmelerin giderek küreselleşen rekabet şartları altında başarı sağlamalarına
imkan vermektedir. İşletmeler birlikte kümelenerek ölçek ve kapsam ekonomilerine ulaşabilir, coğrafi
yakınlık ve sıklıkla güvene dayalı olarak arttırılmış karşılıklı etkileşimler sayesinde, iş görme
maliyetlerini azaltabilirler.
Bölgesel kümelerin çeşitliliği ve tanımı konusunda bir çok farklı görüşten bahsedilebilir. Küme
(Cluster-Kümeleşme-Endüstriyel Grup-topluluk) terimimin ifade etmiş olduğu anlam aynı coğrafi
bölgede toplanmış işletmelerin güçlü bir şekilde ağ oluşturduğu topluluklardır. Ancak bu kümelerin
bölgesel, teknolojik ve üretim farklılıklarının artmasından dolayı daha ayrıntılı bir tanımlamaya ihtiyaç
olduğu görülmektedir. Kümeler, işletmeler arası ilişkiler, boyutları ve de kümede bulunan işletmelerin
yapıları bakımından nitelenebildiği gibi öncelikle genel olarak her birinin farklı koşulara vurgu yaptığı
dört temel küme şekli ayırt edici olabilir.
1. Dikey üretim zinciri, daha çok birbirilerine tedarikçi olan zincirin olduğu küme şeklidir. Dikey
üretim zincirleri üretim süreci içindeki sınırların kümenin çekirdeğini oluşturduğu dar tanımlanmış
sanayilerden oluşur.
2. Birbirleri ile ilgili sektörler içerisinde bölgesel olarak ekonomik aktivitelerin yoğunlaşması
biçiminde ortaya çıkan büyük ölçüde bölgesel bilim altyapısıyla bağlantılı olarak (araştırma
laboratuvarları, üniversiteler vs.) ilgili ekonomik sektörlerde alansal olarak yoğunlaşan ekonomik
aktiviteler.
3. Bir ekonomide ilgili sektörlerin bir yerde toplanmalarıdır. Daha yüksek bir kümelenme
düzeyinde (ziraat toplulukları) yüksek düzeyde kümelenmiş sanayi grupları (kimya topluluğu
gibi) veya sektörlerin kümelenmesidir.
4. Yenilik Kümeleri, araştırma ve geliştirme potansiyelinin çok yönlü ağlaştığı (networking)
temel üzerinde yüksek yenilik dinamiklerinin olduğu kümelerdir.
Rekabet ve rekabet avantajı kavramları günümüzde oldukça sık kullanılan ancak tanımları ve
kaynakları üzerinde henüz tam bir fikir birliğinin olmadığı, değişik ortamlarda farklı anlamların
yüklendiği kavramlar olarak ortaya çıkmaktadır. Çok genel ve en yalın anlamı ile yaşamın mücadelesi
tanımlanan rekabet kavramı, iki veya daha fazla kişi veya tarafın birbirlerine üstün gelme çabaları
şeklinde de ifade edilebilir. Ancak, rekabet halinde bulunan tarafların mücadele ettiği amaçlar bazen
çok farklılık göstermektedir. Örneğin, bir spor müsabakasında insanlar veya takımlar bir şampiyonluk
veya madalya için mücadele verirken, işletmeler pazar paylarını artırmak ve kârlarını yükseltmek,
ülkeler ulusal refah düzeyini iyileştirmek ve devamlı hale getirmek veya politik güç elde etmek için
uğraş verirler. Rekabetçilik ise, en basit şekliyle, rekabet edebilme kabiliyeti olarak ifade edilebilir.
Ekonomik yönden ele alındığında, rekabetçilik kavramı birçok değişkeni bünyesinde barındırmakta
olup kaliteye, hıza, teknik üstünlüğe, hizmet ve ürün farklılaşmasına dayanmakta olup, makro, mezo
ve mikro olmak üzere üç farklı boyutta ortaya çıkmaktadır. Bu kategorilerde, makro ulusal, mezo
bölgesel veya sektörel, mikro işletme (büyük veya KOBİ tarzı şirketler) bazında rekabeti temsil
etmektedir.
Kümeler rekabeti üç ana yoldan etkilemektedir. (1) Kümelenme içinde kurulmuş olan işletmelerin
üretkenliğini artırarak, (2) gelecekte verimliliği yükseltecek ve yeni ürünlerin oluşmasını sağlayacak
yenilikçiliği yönlendirerek ve
(3)
kümelenmenin kendisini genişleten ve güçlendiren yeni iş
alanlarının ortaya çıkmasını teşvik ederek. Kümelenmeler, kümelenmeye dahil olan işletmelere, kendi
esnekliklerinden feragat etmeden, büyük ölçekli yada diğer işletmelerle resmi bağlantılara sahip
işletmeler gibiymiş gibi fayda elde etmelerini sağlar.
Günümüzde kümelenmeler ülkelerinin rekabet gücünün artırılması konusunda ana gündem
maddelerinden birisi haline gelmiştir. Bu çerçevede, dünyanın dört bir yanında kümelenmelerin
oluşturulması, analizlerinin yapılması ve geliştirilmeleri konusunda birçok proje yürütülmektedir.
Ülkelerin rekabet gücünü artırmanın yanı sıra, kümelenme çalışmalarının KOBİ’lerin de rekabet
gücünü artırdığına ilişkin gelişmiş ve gelişmekte olan ülkelerde yaşanmış birçok örnekler
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
689
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
bulunmaktadır. Avrupa’da oluşturulan endüstriyel bölgeler sayesinde, kalite, tasarım, inovasyon hızı
ve değişimlere yanıt verme hızı ile niş marketlerdeki müşterilere uygun mal ve hizmetler sunularak
rekabet üstünlüğü sağlanılmıştır. Tekstil ve hazır giyim sektöründe İtalya’nın yakaladığı başarı bir
örnek oluşturmuş; İtalya örneğinde de olduğu gibi sektörel kümelenmelerin oluşturulması ile
kümelenmeler içerisinde yer alan işletmelerin üretim olanakları sürekli günün şartlarına yanıt verecek
şekilde iyileştirilmiş, yeni teknolojilerden yararlanma olanakları artırılmış ve pazarda rekabet
edebilme yetenekleri geliştirilmiştir. Rekabet üstünlüğü sağlamış endüstriyel bölgelerin hepsinin
başarısındaki ortak nokta, müşteri gereksinimleri merkezli (müşteri odaklı – talep odaklı) olarak aynı
değer zinciri üzerinde yer alan işletmeler arasında oluşturulmuş kümelenmelerin varlığıdır.
Porter, bir ülkenin belirli endüstrilerde başarılı ve diğerlerinde başarısız olmasının nedenlerini,
geliştirdiği Elmas Modeli ile açıklamaktadır. Porter’a göre ülkeler en verimli olduğu endüstri ve
endüstriyel bölümlerde başarıya ulaşmaktadır.
Porter kümelenmeyi ortaya koyarken, “rekabetçi elmas modeli”ni temel almaktadır. Elmas
modeli dört faktörün etkileşimi üzerine odaklanmaktadır. Bu faktörler sırasıyla şu şekildedir; a. firma
stratejisi, b. girdi koşulları, c. talep koşulları, d. ilgili ve destekleyici kuruluşlar ile olan ilişkilerdir.
Model söz konusu faktörlerin etkileşimiyle, belirli bir mekandaki firmaların verimliliği arasında
pozitif korelasyon kurmaktadır. Bu da demek oluyor ki, elmas modelindeki faktörler arasındaki
etkileşim ne kadar yüksek ise, firmaların verimlilikleri o derece yüksek olacaktır.
Elmas Modeli’nde yer alan unsurlar arasındaki etkileşimin yoğunluğu, ülkenin uluslararası
rekabetçiliğini belirlemektedir. Elmas Modeli’ndeki faktörlerin kendi aralarındaki etkileşim gücü ise
temel olarak endüstrilerin kümelenmesine ve endüstrinin coğrafik olarak belirli bir bölgede
yoğunlaşmasına bağlıdır. Bunlardan biri olarak endüstrilerin kümelenmesine bakıldığında teknoloji,
vasıflı işgücü, tasarım yetenekleri ve altyapı olanakları gibi gelişmiş üretim faktörlerinin
oluşturulmasında, birbirlerine yatay veya dikey bağlantıları olan başarılı endüstriler yer almaktadır.
Endüstriye giren yeni firmalar, rekabetçi ortamın oluşumunu güçlendirecektir. Başarılı endüstrilerin
kendi içlerinde kümelenmeleri, İsviçre, İsveç, Danimarka, Singapur, Japonya ve İtalya gibi ülkelerde
görülmektedir.
Elmas Modeli’ndeki faktörlerin karşılıklı olarak etkileşimlerini sağlayan ikinci bir etken ise
endüstrilerin belirli coğrafyalarda yoğunlaşmış olmalarıdır. Başarılı endüstrilerin karakteristiklerine
bakıldığında, ülkenin belirli bölgelerine kuruldukları görülmektedir. İtalya’nın en büyük yünlü kumaş
üreticisi firma sadece iki şehirde üretim yapmaktadır. İngiltere’deki mezatçılar Londra’da bir araya
gelmişlerdir. İsveç’in en büyük ilaç firmaları Basel’de üretim yapmaktadırlar. Firmaların belirli bir
coğrafyada bir araya gelmeleri inovasyonun gelişmesine, yeteneklere yatırım yapılmasına ve
destekleyici endüstrilerin gelişmesine zemin hazırlamaktadır.
Şekil1. - M.Porter Elmas Modeli-Kümelenme İlişkisi;
Talep Koşulları
Firma Yapısı,
Stratejisi ve
Rekabet
Girdi (Faktör)
Koşulları
İlgili ve
Destekleyen
Sektörler
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
690
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
TEXNOPARKLARIN EFFEKTİV İDARƏETMƏ SİSTEMİNİN
FORMALAŞMASI MƏSƏLƏLƏRİ
Roza ŞAHVERDİYEVA
AMEA İnformasiya Texnologiyaları İnstitutu
shahverdiyevar@gmail.com
AZƏRBAYCAN
Məleykə İBİŞOVA
Azərbaycan Texniki Universiteti
maleyke@mail.ru
AZƏRBAYCAN
Müasir dünya iqtisadiyyatı innovasiyalar və yeni texnologiyalar əsasında inkişaf etdirilir. Bu
istiqamətdəki fəaliyyətin tənzimlənməsi və idarə olunmasında həmin ölkələrdəki innovativ strukturlar
kimi texnoparkların üzərinə mühüm vəzifələr düşür. Hesab olunur ki, qabaqcıl ölkələr texnoparklar
yaradılması sahəsində böyük təcrübəyə malikdir. İnkişaf etmiş ölkələrdə texnoparkların mövcud
təcrübələrindən yararlanmaq, spesifik xarakter daşıyan xüsusiyyət və tendensiyalarından istifadə
etməklə ölkəmizdə qarşıya qoyulan məqsədlərə daha yaxşı nail olmaq mümkündür.
Texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması üzrə beynəlxalq təcrübənin
uğurlu nəticələrinin Azərbaycanda formalaşmaqda olan texnopark strukturlarına tətbiq olunması
hazırki dövr üçün aktual məsələlərdən sayılır. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Kon-
sepsiyasında əsas hədəf qarşıdakı illərdə əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili
məhsulun iki dəfə artırılması və bu artımın respublikada innovasiya yönümlü və biliyə əsaslanan
iqtisadiyyatın qurulması hesabına həyata keçirilməsi göstərilimişdir. Belə inkişafın əsas dayaqlarından
biri də yüksək texnologiyaların işlənilməsinə və tətbiqinə istiqamətlənən müasir innovasiya struk-
turlarının (İS) yaradılmasıdır.
Hazırkı dövrdə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ məhsul və ya xidmət
istehsalının formalaşdırılması üçün, başqa sözlə innovativ iqtisadiyyatın inkişaf etdirilməsi məqsədi ilə
Sumqayıtda sənaye və kimya texnologiyası parkları, RYT Nazirliyinin nəzdində “Yüksək texno-
logiyalar parkı”, AMEA-nın İşlər İdarəsində Elm və Texnologiya Parkının yaradılması, Şəmkirdə
kənd təsərrüfatı texnologiyaları üzrə aqropark, Balaxanıda tullantıların emalı üzrə sənaye parkı,
Mingəçevirdə Yüksək Texnologiyalar Parkı yaradılmışdır.
Texnoparklar Azərbaycan iqtisadiyyatının güclənməsinə, ətraf mühitin sağlamlaşmasına, xarici
investisiyaların cəlb edilməsinə, ölkədə keyfiyyətli sənaye məhsullarının istehsalının genişlənməsini
təmin edəcəkdir.
Texnoparkların fəaliyyətinin səmərəli idarə etmə sisteminin formalaşması zəruri məsəslələrdən
hesab olunur. İnnovativ fəaliyyətin idarə olunmasında, onun tənzimlənməsi və stimullaşdırılması
məqsədilə mümkün dövlət dəstəyi mexanizmlərindən istifadə olunmalıdır.
Texnoparkların fəaliyyətində əsas idarəetmə parametrlərinin müəyyənləşdirilməsinə, onun
intellektual idarəetmə sisteminin fəaliyyətinin konseptual strukturunun və icra mexanizmlərinin
işlənilməsinə olan ehtiyac təqdim olunan tədqiqatların davam etdirilməsini zəruri etmişdir.
Texnoparkların mahiyyəti və formaları.Texnopark - kiçik və orta elmtutumlu innovasiya şirkət-
lərinin inkişafı üçün maksimum əlverişli mühitin formalaşdığı elm - istehsalat kompleksidir. O, əsasən
elmi fəaliyyətin nəticələrinin məhsula çevrilməsi və bazara çıxarılmasının təşkili ilə məşğul olur.
İnnovasiya strukturlarının yeni növləri arasında texnoparklar özlərinin həll etdiyi bir çox məsələlərin
müxtəlifliyi ilə seçilir. Texnoparkların formalaşması və fəaliyyəti prosesində bir çox hallarda bəzən
texnopolislər anlayışından da istifadə edilir. Texnopolislər - öz daxilində universitetləri, elmi-tədqiqat
institutlarını, mədəniyyət və istirahət infrastrukturlu yaşayış massivlərini birləşdirən müasir elmi -
sənaye kompleksləridir. Ona görə də texnopolislərə bəzən “elmi şəhərlər”, “beyinlər şəhəri” də deylir.
Texnoparklar yaradıldığı məqsədlərə müvafiq olaraq müxtəlif istiqamətlərdə, o cümlədən İKT, sənaye,
ekologiya, aqrar, nəqliyyat və s. sahələrdə ixtisaslaşırlar.
Texnoparkların əsas məqsədlərinə aşağıdakıları aid etmək olar:
1) iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması,
2) qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi,
3) innovasiya
şirkətlərinin formalaşdırılması və innovativ sahibkarlığın dəstəklənməsi,
4) insan
kapitalının inkişafı,
5) innovativ
texnologiyaların yaradılması,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
691
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
6) innovasiya
və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi,
7) yeni
texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılması,
8) təhsil müəssisələri, elmi tədqiqat institutları və sənaye arasında qarşılıqlı əlaqələrin
təkmilləşdirilməsi,
9) yerli
və xarici investisiyanın cəlb edilməsi,
10) intellektual, sahibkarlıq və yaradıcılıq potensialının inkişafı,
11) yeni iş yerləri yaradılması,
12) regionlarının sosial-iqtisadi inkişafı,
13) yüksək elm və texnologiya tutumlu məhsulların istehsalı və onun yerli və xarici bazarlarda
satışı və s
Texnoparkların idarə olunması prinsipləri.Texnoparkların fəaliyyətinin idarə olunmasının ümumi
prinsiplərimüəssisələr haqqında mövcud qanunvericiliyə müvafiq olaraq tənzimlənir. Qeyd etmək
lazımdır ki, texnopark yaradıldıqdan sonra onun idarə olunmasını və inkişafını təmin etmək məqsədilə
müəyyən tədbirlər həyata keçirilir. Belə ki, texnoparkın yaradılması və fəaliyyəti ilə əlaqədar olaraq
onun yaradılması ilə məşğul olan səlahiyyətli orqan aşağıdakı funksiyaları həyata keçirir:
1)texnoparkınn yaradılması və fəaliyyəti sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak
edir və bu siyasətin həyata keçirilməsini təmin edir; 2)texnoparkda fəaliyyətin təşkili ilə bağlı məsul
şirkətə lazımi köməklik göstərir, 3)texnoparkın fəaliyyətini tənzimləyən normativ-hüquqi aktları
hazırlayır və təsdiq edir, 4)müsabiqə yolu ilə idarəetmə operatorunu seçir və onunla idarəetmə sazişi
bağlayır; 5)texnoparkın fəaliyyətinin tənzimlənməsinə dair təkliflər hazırlayır, 6)texnoparkınn
fəaliyyəti barədə illik hesabat hazırlayır və müvafiq icra hakimiyyəti orqanına təqdim edir və s.
Texnoparkın planlaşdırma, təşkiletmə, tənzimlənmə, nəzarət, uçot, proqnozlaşdırma və təhlil
kimi idarəetmə funksiyaları vardır. Texnoparkın idarə edilməsində 1)rəhbərlik, 2)elmi-texniki şura,
3)maliyyə-iqtisadi blok, 4)intellektual mülkiyyətin qorunması xidməti, 5)layihələrin reallaşma
mərkəzi, 6)innovasiya istehsal firmaları, 7)tədris və elmi-informasiya mərkəzi, 8)biznes-inkubator,
9)texnoparkın bölmələri, 10)servis, 11)marketinq və s. kimi strukturlar iştirak edirlər.
Texnoparkların səmərəli idarə olunması onun fəaliyyətini xarakterizə edən göstəricilər əsasında
qiymətləndirilir. Həmin göstəricilərə aiddir: 1)texnoparkların yaradılmasıyla bağlı Qanunun müddəa-
ları, 2)vergi və gömrük güzəştləri, 3)texnoparkların elmi-innovativ və tədris fəaliyyəti, 4)elmi-texniki,
texnoloji və resurs potensialı, 5)innovativ strategiyaların işlənməsinə dövlət orqanlarının marağı,
6)maliyyə-investisiya mənbələri, 7)güclü kadr potensialının mövcudluğu, 8)texnopark rezidentlərinin,
ali təhsil və elmi tədqiqat müəssisəsinin dünyada tanınması, 9)texnoparkın infrastrukturu, texniki,
sosial və informasiya təminatı, 10)elmi tədqiqat və təhsil müəssisələrinin birbaşa marağı və s.
Texnoparkın idarə olunması proseslərində dövlət strukturları, patent, sertifikatlaşdırma, lisenziya,
strukturları, maliyyə-konsaltinq təşkilatları, aktiv innovasiya müəssisələri, tədris və elmi-tədqiqat
strukturları, marketinq və reklam mərkəzləri, sosial obyektlər, təcrübi-eksperimental müəssisələr
arasında zəruri informasiya əlaqələrinin qurulması, müvafiq verilənlər bazası, dəstəkləyici qərar
qəbuletmə sistemlərinin yaradılması və mükəmməl informasiya təminatına malik olması zəruri
məsələlərdən hesab olunur.
Texnoparkların idarə edilməsi zamanı 1)inkişafın planlaşdırılması üzrə problemlər, 2)fəaliyyətin
təşkili üzrə problemlər, 3)fəaliyyətin motivasiyası üzrə problemlər, 4)dövlət nəzarəti üzrə problemlər
və s. kimi bir sıra problemlər yaranır.
Yekunda onu qeyd etmək lazımdır ki, qabaqcıl ölkələrin texnoparklarının idarəetmə modelinin
ugurlu nəticələrinini Azərbaycanda fəaliyyət göstərən texnoparklara tətbiq etməklə yaxın gələcəkdə
iqtisadiyyatın innovasiya əsasında inkişafına nail olmaq olar.
Texnoparkların effektiv idarə etmə sistemi əsasında 1)idarə etmə strukturunun effektivlilik
səviyyəsini, 2)idarə etmə proseslərində kadrların iştirak səviyyəsini, 3) qərar qəbuletmənin səmərəli-
liyinin yüksəldilməsi səviyyəsini, 4)yeni və intellektual texnologiyaların idarə etmədə tətbiq səviyyə-
sini, 5)gəlirlilik və rentabellik səviyyəsini, 6)iş nəticələrinin səmərəliliyinin stimullaşdırılması dərə-
cəsini, 7) fəaliyyətin şəffaflığının yüksəldilməsini, 8) elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırıl-
ması səviyyəsini, 9) kreativ potensialın formalaşması səviyyəsini, 10) kreativ məhsul və xidmətlərin
xarici bazara çıxış imkanlarını artırmaqla daha yaxşı nəticələrin əldə olunmasına nail olmaq olar.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
692
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
TƏHSİL VƏ TƏHSİL SİSTEMİ ANLAYIŞI
Zümrüd KAZIMLI
zumrud_1893@mail.ru
AZƏRBAYCAN
Dünyada, ictimai inkişafın hər bir mərhələsində cəmiyyətin təhsillə üzvi bağlılığı olmuşdur. Gənc
nəsillərin tədrisi, öyrədilməsi, maarifləndirilməsi ən qədim fəaliyyətlərdəndir Uşaqlar həyata ilk
addımlarını atan zaman oxunu, yazını və hesabı bilmirlər, yaşadıqları icmanın və toplumun əxlaq
normaları və mədəni nailiyyətləri haqqında xəbərsiz olurlar. Peşəkar müəllimlərin səyləri və ailədəki
təlim-tərbiyənin, həmçinin müasir dövrdə kütləvi media vasitələrindən və internetdən irəli gələn
imkanların sayəsində gənc nəsil cəmi bir neçə il ərzində oxumağı, yazmağı, hesablamagi, öz ətraf
mühitini, əxlaq-davranış normalarını öyrənir. Bir məfhum kimi, “təhsil” praktik fəaliyyət üçün gərəkli
olan biliklərin və müvafiq bacarıq və səriştələrin məcmusudur. YUNESKO-nun müəyyən etdiyi
beynəlxalq tərifə görə isə, təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir
prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur. Təhsil insan inkişafının
ən mühüm tərkib hissələrindən biridir və insan inkişafı indeksində də 3 əsas komponentdən biri kimi
əks olunmuşdur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, İnsan Hüquqlarının və Əsas
Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasında və İqtisadi, Sosial və Mədəni Hüquqlar
haqqında Beynəlxalq Paktda təhsil hüququ ən vacib insan hüquqları sırasında təsbit edilmişdir. Təhsil
insanın bilik, bacarıq və səriştələr əldə etməsi sahəsində imkanlarını genişləndirir, insan kapitalını
formalaşdırır, həyatın keyfiyyətini dəyişir və iqtisadi artımın mənbəyi rolunu oynayır. Təhsilin
səviyyəsi insanların həyat fəaliyyətinin müxtəlif cəhətlərinə, məsələn, sağlamlığına, siyasi
fəaliyyətinə, klassik musiqi qavrayışına, sosial bağlılıqlarına, intizamlılığına və s. təsir göstərir.Təhsilli
insanlar daha mürəkkəb və deməli daha yüksək ödənişli işlərin öhdəsindən gələ bilir. Onlar fiziki və
təbii kapitaldan daha səmərəli istifadə edərək, son nəticədə məhsuldarlığı və iqtisadi kapitalı da
artırmış olurlar. Təhsil müəssisələrinin – ilk növbədə universitet və institutların – yerinə yetirməli
olduğu digər bir funksiya yeni biliklərin yaradılması və sosial və iqtisadi həyatın bütün sahələrində
tətbiq edilməsidir. Elmi-texniki kəşflərin sürətli artımı və texnika və səhiyyə xidmətləri sahəsində
geniş istifadəsi elmi biliklərin rolunun radikal surətdə dəyişməsinin göstəricisidir. Yeni bilgilərin və
yeni tətbiq metodlarının axtarışı (“ixtiralar və innovasiyalar”) müasir cəmiyyətlərdə fəaliyyətin
mühüm bir sahəsinə çevrilmişdir. Külli miqdarda yatırımların edildiyi bu sahədə çalışan insanların
sayı da az deyildir. Yüksək təhsilli insanlar yeniliklərin tətbiq edilməsinə, əldə etdikləri nəticələrini
həmkarları ilə paylaşmağa və təcrübələrini gənclərlə bölüşməkdə meyllidirlər. Beləliklə, təhsilin
sayəsində nəinki elmi biliklər və sosial qaydalar toplanaraq gənc nəsillərə ötürülür, həm də bütün
cəmiyyətin və dövlətin intellektual potensialı formalaşır. Təhsilin insan inkişafında rolundan
danışanda söhbət mütləq iki istiqamətdən birinə yönəlir: ya təhsilin insan potensialının artırılmasına
təsiri, ya da təhsilin insan kapitalının yaradılmasında rolu müzakirə olunur. İnsan inkişafı kon-
sepsiyasında “insan potensialı” anlayışı öz əhatə dairəsinə görə “insan kapitalı” kateqoriyasından daha
genişdir. İnsan kapitalı nəzəriyyəsi baxımından, təhsilə sərmayələrin məqsədi əmək məhsuldarlığını
artırmaqdır. İnsan inkişafı yanaşması tərəfdarlarının fikrincə isə iqtisadi inkişafın əsas məqsədi insanın
özüdür.Müasir təhsil insanın əqli fəaliyyətinin təşkil olunmasının daha təsirli üsullarını aşkarlamağa və
istifadə etməyə çalışır. Buna görə də yeni tədris metodologiyaları və texnologiyaları sınaqdan keçirilir,
öyrənənlərə yönəlmiş təhsilin məzmunu dəyişir, praktik fəaliyyətə əsaslanan tədris metodları istifadə
olunur, ümumi və peşəkar təhsildə pedaqoqun rolu və ona olan tələblər dəyişir. İnnovativ texno-
logiyalara əsaslanan fəal və interaktiv pedaqoji metodlar passiv mühazirə- seminar modelini sıxışdırır.
Belə interaktiv metodlardan öncül memarlıq və mühəndislik məktəblərində istifadə olunan layihə
yanaşmasını, idarəçilik (menecment) təhsilində örnəklərin tədqiqi (case-study, best practice) və
simulyasiya (simulation, role-play) metodlarını, hüquqi və tibbi hazırlıq üçün klinikaları və sairəni
nümunə kimi göstərmək olar. YUNESKO-nun təşəbbüsü olan “Hamı üçün təhsil” (Education for All,
EFA) strategiyasının əsas müddəaları 1990-cı ildə Tailandın Comtyen şəhərində keçirilən “Hamı üçün
Təhsil – Ümumdünya Konfransında” irəli sürülmüşdür. Konfransda qəbul edilmiş Hamı üçün Təhsil
haqqında Ümumdünya Bəyannaməsində vurğulanırdı ki, “təhsil dünyanın hər yerində hamının,
|