Cədvəl 1. Xəzinədarlıq orqanlarının rolu və tətbiq edilmiş alətlər
Ölkələr Xəzinədarlıq orqanlarının rolu
Xəzinədarlıq orqanları tərəfindən tətbiq edilmiş alətlər
ABŞ hiperaktiv
büdcə təxsisatları
Böyük Britaniya
hiperaktiv
büdcə öhdəlikləri üzrə məhdudiyyətlər
Yaponiya passiv
büdcə və xəzinə (kassa) məhdudiyyətləri
Fransa aktiv
büdcə öhdəlikləri üzrə məhdudiyyətlər
Avstraliya aktiv
büdcə öhdəlikləri üzrə məhdudiyyətlər
Kanada passiv
büdcə öhdəlikləri üzrə məhdudiyyətlər
İtaliya passiv
büdcə öhdəlikləri üzrə məhdudiyyətlər
Almaniya passiv
büdcə öhdəlikləri üzrə məhdudiyyətlər
Xarici ölkələrdə xəzinədarlıq fəaliyyətinin öyrənilməsi göstərir ki, bütün hallarda büdcənin
xəzinədarlıq icrasının vahid metodikası mövcud deyil. Xəzinədarlıq orqanlarının struktur və
funksional xüsusiyyətləri tarixi inkişaf prosesində şəklini dəyişirdi, əsas səbəb isə ölkələrin dövlət
hakimiyyəti orqanlarının və ictimai-iqtisadi sistemdə baş verən dəyişikliklərin nəticəsində əmələ gələn
təsirlər idi.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
732
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
733
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION III
ECONOMICAL SCIENCES
Public Administration
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
734
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AVRUPA BİRLİĞİ ÜYE DEVLETLERİ ARASINDA EGEMENLİK
PROBLEMİ VE ANAYASA ÇALIŞMALARI
Elmin İSAYEV
Vergiler Nazirliyi yanında Vergi Cinayetlerinin İbtiadi Araşdırılması Departamenti
i_elmin@hotmail.com
AZERBAYCAN
Avrupa Birliği üye sayısının giderek artması, bürokratik sorunları da beraberinde getirmiştir. Bu
karmaşık ortamı düzenlemek için üye devletlerin yetki niteliklerinin belirlenmesine ihtiyaç
duyulmuştur. Bu amaçla hazırlanan Anayasa Taslağı, dağınık halde bulunan hukuksal metinleri bir
araya getirerek Birliğin hukuksal çatısını oluşturmuştur.
Avrupa yapılanması içinde demokrasi, saydamlık ve etkinliğin sağlanarak, Birliğin hukuki
araçlarının basitleştirilmesi ve Temel Haklar Şartı’na işlerlik kazandırılmasını temel alan Anayasal
Anlaşma’nın geçerliliği, her bir üye devletin iradesinden kaynaklanmaktadır. Yani taslağın yürürlüğe
girebilmesi için her üye devletin kendi belirlediği prosedürler (referandum ve/veya parlamento onayı)
çerçevesinde anayasayı onaylaması gerekmektedir. Ancak Birliğin kurucu iki üyesi olan Fransa ve
Hollanda da anayasanın reddedilmesi ile AB’nin siyasi entegrasyonu büyük bir darbe almış ve
belgenin geleceği belirsizliğe gömülmüştür.
Avrupa Anayasası`nın duraklama sürecinde gerçekleştirilen Zirve toplantılarında Taslağı yeniden
hayata döndürmenin yolları aranmış ve Lizbon Antlaşması`nda karar kılınmıştır. Daha demokratik,
katılımcı ve şeffaf bir Avrupa`yı hedefleyen Antlaşma`da, Anayasa`nın özüne sadık kalınarak tepki
çeken bölümlerde düzenlemelere gidilmiştir. Onay sürecinde bu kez yalnızca parlamento yöntemi
benimsenmiş, ancak İrlanda, Anayasası gereği referanduma başvurmak zorunda kalmıştır. Haziran
2008 tarihinde yapılan referandumla Antlaşma`yı reddeden İrlanda, AB`den bazı güvenceler istemiştir.
Polonya ve Çek Cumhuriyeti`nin de ancak İrlanda`dan olumlu sonuç çıkması halinde Antlaşma`ya
onay vereceklerini açıklamasının ardından, Birlik İrlanda`ya bazı ödünler vermeyi kabul etmiştir.
Egemenlik, devletler kamu hukukunun üzerinde özenle durduğu en popüler çalışma konusudur.
Modern devletin, bu kavram üzerine inşa edildiği ve devletin teşekkülünde ülke ve insan topluluğu
gibi unsurlar, egemenlik olmadan bir anlam ifade etmezler. Diğer yandan, dünya üzerindeki devletle-
rin, ekonomi, teknoloji ve sosyal alanlarda karşılıklı bağımlılık ilişkisi tesis ederek ulus-üstü örgütlere
katılması, kaçınılmaz olarak devletin egemen statüsünde yeni düzenlemelere ve esnemelere sebebiyet
vermiştir.
Avrupa Birliği (AB), ulus-üstü örgütlere verilebilecek en başarılı örnektir. AB entegrasyonu,
üyesi olan devletlerin, ulus-devletlere has bir takım hükümranlık haklarının Birlik yönetimine dev-
redilmesini icap ettirmektedir. Bu çerçevede, AB Hukuku, bir yandan üye devletlerin iç hukuklarının
üzerinde bir yere kendini yerleştirirken, diğer yandan üye devletlerin iç hukukları üstünde doğrudan
etki yaratarak üstünlük sağlamaktadır.
Avrupa Birliği üye sayısının giderek artması, bürokratik sorunları da beraberinde getirmiştir. Bu
amaçla hazırlanan Anayasa Taslağı, dağınık halde bulunan hukuksal metinleri bir araya getirerek
Birliğin hukuksal çatısını oluşturmuştur. Söz konusu taslağın yürürlüğe girmesi ve hukuksal geçerlilik
kazanması üye devletlerin onayına bırakılmıştır. Onay süreci, bazı ülkelerde parlamentolar yolu ile
bazılarında ise halkoyuna başvurularak işlemiştir. Ancak Anayasa Taslağı, federal bir devleti
çağrıştıracak unsurlar içermesi ve ulusal egemenlikleri tehdit etmesi gibi nedenlerle üye devletlerden
tepki toplamıştır. Nitekim Fransa ve Hollanda referandumlarından çıkan “Hayır” sonuçları, diğer
ülkelerin onay süreçlerini de olumsuz etkileyerek Taslağı rafa kaldırmıştır.
AB Anayasası, AB'nin temelini oluşturan kurucu antlaşmaları ve bugüne kadar onları değiştiren
tüm ek antlaşmaları tek ve yeni bir metinde bütünleştirmekte ve AB'ye tüzel bir kişilik kazandırmak-
tadır.
Ekonomik ve ticari alanlarda sağladığı başarılardan cesaret alarak son dönemde kendi içinde
derinlesmeyi ve kurumsallasmayı gündemine almıştır. Bu amaçın gerçekleştirilmesi için anayasa
taslağı hazırlanarak üzerinde liderler düzeyinde uzlaşma sağlanmıştır.
AB Anayasası’nın yürürlüğe girebilmesi için, üye ülkeler tarafından, kendi iç anayasal gerek-
lerine uygun olarak, onaylanması gerekmektedir. Bazı devletlerin iç hukukları referandumu öngör-
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
735
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
mekte olup, her bir devletin uygulama tarzı henüz belli değildir. Bununla birlikte, AB Anayasasının
kabulü için referandum, üye devletlerintercihidir; anayasa kabul için böyle bir şart öngörmemektedir.
Çoğunlukla AB bürokratları tarafından hazırlanan ve liderler zirvelerinde son şekli verilen
Anayasa Taslağı halkın önüne gelince yasanan gelişmelerden memnuniyetsizliğini oylarıyla ortaya
koymuştur. Fransa ve Hollanda’da halkı Avrupa Birliği liderlerinin anayasası olarak görüldügü
Anayasaya hayır oyu vererek açık bir tavır almıştır.
AB’nin kurumsal reform sürecindeki hedeflerinden biri olan demokrasiden özellikle Lizbon
(reform) anlaşması sürecinde uzaklaştığıdır. Çoğu ülkede siyasal yöneticiler ret korkusuyla ve
kurumsallaşmanın devam etmesi adına Lizbon Antlaşması’nı halkoyuna sunmamıştır. Bu durum
AB’de elit yönetici tabaka ile Avrupa halkları arasındaki mesafenin açılması şeklinde ve bir demokrasi
açığı olarak yorumlanabilir.
Uluslararası hukukun kişilerinden sayılan uluslararası örgütlerin bir türü olan ulus-üstü örgüt
şeklinde ortaya çıkan Avrupa Birliği, kendine özgü nitelikleriyle uluslararası hukuktan ayrılarak kendi
hukukunu yaratmıştır. Bu hukukta, gerek Avrupa Anayasası gerekse Lizbon Antlaşması, Avrupa
Birliği gündemini uzunca bir süre meşgul eden ve küresel platformda da adlarından sıklıkla söz ettiren
belgeler olmuşlardır. Avrupa Anayasası`nın reformize edilmiş hali olan Lizbon Antlaşması ile AB`nin
amaçlarına ne derece yaklaşacağı ilerleyen zamanlarda belli olacaktır.
BƏLƏDİYYƏLƏRİN MALİYYƏ PROBLEMİ VƏ
TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ
ZülfiyyəSADIQOVA
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
sadiqova-zulfiyye@mail.ru
AZƏRBAYCAN
Bələdiyyələrin yaradılması Azərbaycanın dövlət quruculuğunda yeni mərhələ olmuşdur.
Bələdiyyələr yaradılarkən onlara öz fəaliyyətində müstəqillik verilib, regional sosial-iqtisadi inki-
şafda yerli özünüidarə orqanları üçün özünəməxsus məsuliyyət və vəzifələr müəyyənləşdirilib.
Bələdiyyələrin qarşısında duran vəzifələri yerinəyetirmək üçün müxtəlif şərtlər tələb olunur. Bu
şərtlərin arasında əsas yeri bələdiyyələrin geniş maliyyə potensialına malik olmasını tutur. Bələdiyyə
maliyyəsi yerli əhəmiyyətli məsələlərin həlli üçün maliyyə resurslarının formalaşması, bölgüsü
və istifadəsi ilə əlaqədar yaranan sosial-iqtisadi münasibətlərin məcmusudur. Azərbaycanda bələ-
diyyələrin maliyyəsinin təşkili məsələləri ilk növbədə "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında"
Azərbaycan Respublikasının Qanunu olmaqla, Azərbaycan Respublikasının Konstitusiyası, “Bələdiy-
yələrin statusu haqqında”, “Bələdiyyələrin Əraziləri və Torpaqları Haqqında”, “Bələdiyyələrin su
təsərrüfatı haqqında”, “Yerli vergilər və ödənişlər haqqında”, “Dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikasının qanunları və digər normativ aktları ilə tənzimlənir.
Yerli özünüidarə orqanlarına demokratiyanın əsas prinsipi olaraq yerlərdə əhalinin rifahının
təmin olunması üçün bir sıra səlahiyyətlər, vəziflələr verilmişdir. Qanunvericilikdə də öz əksini tapdığı
kimi bələdiyyələr bu səlahiyyətləri yerinə yetirmək üçün maliyyə malik olmalıdır. Hazırda yerli
özünüidarənin maliyyəsinin əsaslarını: Bələdiyyə mülkiyyəti; Yerli özünüidarənin yerli büdcəsi və
digər maliyyə resursları; Dövlət mülkiyyətində olub yerli özünüidarə orqanlarının istifadəsinə verilən
əmlak, əhalinin tələbatlarının ödənilməsinə xidmət edən qanunda nəzərdə tutulan digər mülkiyyət
təşkil edir. Yerli özünüidarələrin büdcəsinin formalaşmasmasında sadaladıqlarımızla yanaşı dövlət
yardımları da xüsusi yer tutur. Bu yardımlar həm maliyyə tarazlaşdırmalarında həm də ərazinin sosial-
iqtisadi inkişafında və əhaliyə keyfiyyətli xidmət göstərilməsində mühüm rol oynayır. Dövlət
büdcəsindən yerli büdcələrə məqsədsiz (dotasiya) və məqsədli transferlər (subsidiya və subvensiya)
verilə bilər. Qanunvericiliyə görə dotasiyalar yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək
məqsdilə əvəzsiz verilir. Dövlət büdcəsindən yerli büdcələrə ayrılan dotasiyaların həcmi il ərzində orta
hesabla 3.5 mln.manat səviyyəsində olur. Azərbaycanda bələdiyyələrin maliyyə imkanlarının
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
736
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
artırılmasında dotasiyaların rolu böyükdür. Bütün dünyada belə yardımlar verilir. Ayrı-ayrı ölkələrdə
dövlət yardımlarının, yəni dotasiyaların bələdiyyələrin ümumi büdcə gəlirlərində payı 50 faizdən
yüksəkdir. Skandinaviya ölkələrində, postsovet ölkələri olan Estoniyada bu göstərici 50 faizdən də
yuxarıdır. Azərbaycanda isə dövlətin ayırdığı dotasiya bələdiyyələrin ümumi büdcəsinin 7 faizini
təşkil edir. Qeyd etdiyimiz ki, Azərbaycanda bələdiyyələrə dövlət yardımlarının ediməsi effektiv deyil.
Ümumiyyətlə bələdiyyələrin fəaliyyətinin təşkil edilməsində əsas amil olan maliyyə məsələlərində bir
sıra problemlər vardır. Bunlar həm nəzəri konseptual əsaslarda, həm də praktikada özünü göstərir.
Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda bu orqanın yaşı çox deyil və bir sıra problemlərin
yaranması təbiidir. Mövcud problemlərin həlli və davamlı inkişaf üçün bir sıra addımlar atılmışdır ki,
bunların sırasında “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda edilən iki
dəyişikliyi qeyd edə bilərik. Hər iki dəyişiklik bələdiyyə büdcələrinin gücləndirilməsi məqsədi
daşıdığından çox əhəmiyyətlidir. Birinci dəyişiklik “Büdcə sistemi haqqında” qanunun 32-ci
maddəsində edilib. Dəyişiklikdən öncə də bələdiyyələrə dövlət maliyyə dəstəyinin verilməsi ilə bağlı
müddəalar var idi. Lakin konkret və aydın deyildi. Qanunda subvensiyanın ayrılmasının konkret
mexanizminin olmaması praktikada onun müəyyən problemlərə səbəb olurdu. İndiyədək
qanunvericiliyin yaratdığı subvensiya imkanından bir neçə bələdiyyə yararlana bilmişdir. Artıq
konkret müddət də daxil olmaqla subvensiyanın ayrılması mexanizmi ortaya qoyulub. İkinci dəyişiklik
isə bələdiyyələrə ayrılan dotasiyaların məbləğinin müəyyənləşdirlməsi ilə əlaqədardır. Belə ki,
Dəyişikliyə qədər maliyyə vəziyyətindən, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün
bələdiyyələrə demək olar ki, bir-birindən o qədər də fərqlənməyən dotasiyalar ayrılırdı. Düzdür,
qanunvericilkdə dotasiyaların yuxarı həddinin hesablanması zamanı əhalinin sayı və ölkənin maliyyə
ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınması göstərilirdi. Lakin
reallıqda qanunun bu tələbi nəzərə alınmırdı. Artıq dotasiyanın yuxarı həddinin yox, həddinin
hesablanması üçün konkret kriteriyalar müəyyənləşdirilirib. Bunlar bələdiyyənin ərazisində yaşayan
əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onların xüsusi çəkisi, bələdiyyənin gəlir
və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək
dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələrdir.
Edilən dəyişikliklər bələdiyyələrə ayrılan dotasiyanın məbləğinin artırılması ilə xidmət səviyyəsinin və
əhalinin rifahının yüksəlməsinə istiqamətlənir.
Bələdiyyə maliyyəsinin əsasını təşkil edən büdcə münasibətləri ilə yanaşı bələdiyyə kredit
münasibətləri də bələdiyyərin fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Bu məsələ Avropa
Xartiyasında da öz əksini tapmışdır. Belə ki, Yerli Özünüidarəyə dair Avropa Xartiyasının 9-cu
maddəsinin 1 və 4-cü bəndlərinin tələblərinə əsasən, yerli özünüidarə qurumları milli iqtisadi siyasət
çərçivəsində kifayət qədər maliyyə vəsaitlərinə malik olmaqla yanaşı, onların əsaslandığı maliyyə
sistemləri yetərincə müxtəlif və çevik olmalıdır. Bu yanaşmanın mahiyyəti odur ki, sözügedən
orqanların maliyyə vəsaitlərinin bir hissəsini yerli vergi və rüsumlar, digər bir hissəsini dövlətin
ayırdığı tarazlaşdırıcı transfertlər təşkil etdiyi halda, yerdə qalan hissəsini də məhz kapital bazarından
əldə olunan vəsaitlər formalaşdırmalıdır. Belə ki, Xartiyanın elə həmin maddəsinin 8-ci bəndində
qeyd olunur ki, yerli özünüidarə orqanları qanunvericiliyə riayət etməklə milli borc kapitalı
bazarından istifadə imkanına malik olmalıdır. Dünya təcrübəsində bələdiyyələrin borc bazarına çıxışı
iki yolla təmin olunur: bələdiyyə istiqrazlarının buraxılması vasitəsilə qiymətli kağızlar bazarı
vasitəsilə borclanma; maliyyə-kredit institutlarından birbaşa borclanma (kreditlərin götürülməsi).
Azərbaycanın mövcud bank qanunvericiliyi bələdiyyələrin kreditləşməsi üçün hər hansı hüqüqi
məhdudiyyətlər qoymur. Belə ki, mövcud şəraitdə Azərbaycan bələdiyyələrinin kreditləşməsi üçün
hüquqi manelər olmasa da, yerli özünüdarə qurumlarının maliyyə bazarlarına çıxışının yoxluğu da
faktdır. Belə vəziyyətin əsas səbəblərindən biri bələdiyyələrin kredit götürmək üçün girov təminatı
məqsədilə zəruri əmlaka malik olmamasıdır. Nəhayət, bələdiyyələrin borc bazarına çıxışına maneə
olan əsas səbəblərdən biri də bələdiyyələrin zəruri bilik və bacarıqlara, xüsusilə də kredit alətlərilə
işləmək üçün zəruri strategiyaya malik olmamasıdır. Bələdiyyələrin kapital xərclərinin
maliyyələşdirilməsi üçün strateji proqrama malik olması son dərəcə mühümdür. Həmin proqramda
qısa, orta və uzun müddətli dövr üçün kapital xərclərinə real ehtiyaclar, kapital qoyuluşları üzrə
prioritet istiqamətlər, planlaşdırılan hər bir layihə üzrə maliyyəşdirmənin müxtəlif variantları öz
əksini tapmalıdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
737
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bələdiyyələrlə bağlı qeyd olunan problemlərin yaranma səbəbini birbaşa qanunvericiliklə
əlaqələndirmək olmaz. Çünki bələdiyyə ilə əlaqəli qanunlarda maliyyə məsələləri əksərən öz ifadəsini
tapmışdır. Təbii ki, dünya standartlarına uyğun bələdiyyə fəaliyyətini təmin etmək üçün qanunlarda bir
sıra əlavələrə, dəyişikliklərə ehtiyac vardır. Xüsusilə kredit münasibətləri ilə əlaqəli bələdiyyələrin
kredit almaq meyarının, müddətinin, qaytarılma şərtlərinin qanunda öz ifadəsini tapması problemin
həlli üçün tərəfimizdən təklif olunur. Eyni zamanda islahatların, dəyişikliklərin və praktiki təkliflərin
verilməsi üçün bələdiyyələrdə ixtisaslı kadrlara ehtiyac vardır. Bu problemin həlli üçün bələdiyyələrə
məhz bu sahədə ixtisaslaşan kadrların cəlbi məqsədli stimullaşdırıcı tədbirlər planının hazırlanması
tərəfimizdən təklif olunur.
Nəticədə, fikrimizcə mövcud problemlərin həlli istiqamətində qeyd olunan addımların atılması
və daimi tərəqqi istiqamətində dəyişiklər ilə bələdiyyələrin arzu olunan səviyyədə xidməti təmin
ediləcəkdir.
MÜƏSSİSƏLƏRİN SƏMƏRƏLİ FƏALİYYƏTİNDƏ VAXTIN İDARƏ
EDİLMƏSİNİN ROLU VƏ ƏSAS İSTİQAMƏTLƏRİ
Rəhim ŞİRİNOV
Qafqaz Universiteti
rahim.shirinov@outlook.com
AZƏRBAYCAN
Mücərrəd anlayışların dəqiq tərifini müəyyənləşdirmək olduqca çətindir. Tərifinin verilməsi çətin
olan anlayışlardan birisi də vaxtdır. N. Genç vaxtın ölçülərinin, eninin, uzunluğunun, dərinliyinin
olmaması kimi səbəbləri əsas götürərək vaxta tərif verməyin demək olar ki, qeyri-mümkün olduğunu
bildirmişdir. Bu şərtlər vaxt anlayışına fərqli fikir və mövqelərin olmasına gətirib çıxarmışdır. Vaxt
amili fərdlərin və müəssisələrin istifadə etdiyi rəqəmsal və mexaniki saat deyildir. Vaxtın müəyyən
edilməsi üçün istfadə edilən təqvim və saat kimi ünsürlər keçən vaxtın təqib edilməsinə və
ölçülməsində rol oynayır. Drucker vaxtı “ən məhdud” və “bənzəri olmayan”, Mac Kenzie “olduqca
həssas” olaraq qiymətləndirmiş, Lakien isə “vaxt həyatdır və ən başlıca resursdur” fikirlərini irəli
sürmüşdür.
Vaxt olduqca dinamik prossesdir. Vaxt anlayışı hər hansı bir hərəkətin olduğu yerdə mövcuddur.
Başqa sözlə desək, hərəkət yoxdursa vaxt anlayışı da mövcud olmayacaqdır. Bir anlıq dünyada və
kainatda hərəkət edən bütün varlıqların fəaliyyətini dayandırdığını düşünsək, analamaq mümkündür
ki, belə mühitdə vaxt anlayışından söz gedə bilməz.
Beləliklə vaxtın bir neçə xüsusiyyətini aşağıdakı kimi qeyd edə bilərik:
a. Vaxt unikal resursdur
b. Vaxt kainatda ən məhdud resursdur
c. Vaxt şəxslə əvəz edilə bilməz
d. Vaxtı pul kimi yığmaq mümkün deyildir
e. Vaxt mexanizmlər kimi yandırıla və ya söndürülə bilməz
f. Vaxt xammal kimi tədarük edilə bilməz
g. Vaxt istənilən halda əvvəlcədən müəyyən edilmiş dərəcədə keçir
h. Vaxt hamıya mövqeyindən asılı olmayaraq eyni həcmdə bəxş edilmişdir
i. Vaxt digər məhdud resurslar kimi idarəedilə və məntiqli istifadə edilə bilər.
Məhdud qaynaq olan vaxt ən dəyərli xəzinədir. Nə bankda saxlanıla, nə də satıla bilər. Onu
sadəcə ya yaradıcı şəkildə istifadə edə, ya da zərər edə bilərsiniz. Göründüyü kimi vaxt digər müəssisə
resursları arasında ən vacib resursdur. Vaxtı yeniləmək qeyri-mümkündür. Səmərəli ya da səmərəsiz
istifadə olunmasından asılı olmayaraq, vaxtı geriyə qaytarmaq mümkün deyil. Lakin, digər resurslara
nəzər salsaq onların yenidən bərpasının mümkün olduğunu rahat şəkildə bildirə bilərik. Belə ki, vacib
ünsürlərdən biri olan pul olduqca çox tapıla bilən ünsürdür. İqtisadi artıma məhdudiyyət yaradan
investisiyanın təklifinin tələbdən daha çox olduğu bəllidir. Digər məhdud resurslardan olan insan
qaynaqları effektiv işçilərin əsasən azlıq təşkil etdiyi halda başqa yerdən cəlb edilə bilər. Lakin heç kəs
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
738
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
vaxtı başqa yerdən əldə edə edə və ya yönləndirə bilməz. Buna görə də peşəkar idarəedicilər vaxtın
məhdud faktor olduğunu başa düşür və vəzifələrinə görə deyil vaxtlarına görə planlaşdırmaqdadırlar.
Əlavə olaraq, vaxt dilindən, dinindən, cinsindən, yaşından və vəzifəsindən asılı olmayaraq hər kəsə
bərabər olaraq paylanmış zəruri resursdur.Yəni, hər kəsin gündə 24 saatı, həftədə 7 günü vardır.
Son zamanlarda texnika və texnologiyada olan dəyişikliklər və inkişaf müəssisələrdə vaxtın idarə
edilməsi yönündə fikirləri dəyişdirmişdir. Belə ki, internet, e-mail və s. vasitəsilə informasiya artıq
əlçatmaz deyil və prosseslərin bu şəkildə idarə olunması müəssisə rəhbərlərinə vaxtın dəyişən
şərtlərinə görə qərarlarını dəyişə bilmək imkanı yaratmışdır. Bazar iqtisadiyyatı şəraitində
məhsuldarlıq, insan resurslarının müəssisə daxilində fəaliyyəti, eləcə də büdcənin planlaşdırlması
olduqca əhəmiyyətli yerə gəlmişdir. Buna paralel olaraq, vaxtın idarə edilməsi də üst sıralarda yer
almağa başlamışdır. Çünki vaxt dəyərlidir və müəssisələrin səmərəli təşkil olunması və məhsuldarlığın
artırılması üçün yaxşı idarə edilməlidir.
Vaxtın idarə edilməsi ilk dəfə müəssisə rəhbərlərinin vaxtı daha yaxşı idarə etməsi üçün
Danimarkada yaradılmış və inkişaf etdirilmişdir. Vaxtın idarə edilməsində əsas fikir odur ki, günün ən
kiçik hissəsinin belə düzgün planlaşdırılması müəssisələrdə məhsularlığın təminatına dəstək olur.
Buna görə də vaxt amili müəssisə rəhbərlərinin məqsəd və hədəfə çatmaqda istifadə edə biləcəyi ən
vacib resurslardan biri kimi qeyd oluna bilər. Vaxt olduqca zərif resursdur. Çünki onu saxlamaq deyil
sadəcə istifadə etmək mümkündür və yalnış istifadə edilərsə yenidən bərpası mümkün deyildir. Bu,
istər müəssisələrdə biznesin inkişafı üçün idarəetmə obyekti, istərsə də ayrı-ayrı fərdlərin vaxtlarını
daha yaxşı keçirməsi üçün əhəmiyyətli obyekt olaraq olduqca vacibdir. Vaxtın idarə olunması
müəssisədə kadrların nəticəyə çatmaqda məntiqli olaraq vaxtdan istifadə etdiyi uzun və ya qısa
müddətli period kimi müəyyən oluna bilər. Vaxtın effektiv idarə edilməsi Azərbaycanda rəhbərlərin
qarşılaşdığı çətinliklərdən birisidir.
Vaxtın idarə olunması biznesdə ən çox danışılan mövzulardandır. Səbəbsiz də deyil. Çünki vaxt:
- Ən dəyərli resursdur
-Vaxt puldur
-Vaxt məhduddur
-Hər bir işin vaxt məhdudiyyəti var
-Vaxt bizi gözləmir
Vaxtın daha səmərəli idarə olunmasına tələbat da elə burdan yaranır. Hər kəsə gün ərzində eyni
qədər verilən, dəyişilə bilməyən, artırıla bilməyən aktiv kimi onun daha səmərəli idarə olunması
zəruridir.
Vaxtın idarə edilməsinin əsas səbəbləri kimi aşağıdakıları qeyd edə bilərik:
Səmərəliliyin təmin olunması;
Müəyyən edilən hədəflərə çatmaq;
Karyeranın imkanlarının böyüdülməsi;
Vəzifə təsnifatlarının uyğun bölüşdürülməsi.
Son dövrlərdə vaxtın kifayət qədər olmamaması hər bir fərd üçün problem halına gəlmişdir.
Xüsusilə, peşəkar iş mühitində məhdud zaman daxilində bir neçə işi həyata keçirmək məcburiyyətində
qalmışdırlar. Müəyyən vaxt daxilində işlərin həyata keçirilə bilməməsi insanları vaxtla bağlı daha
vacib addımlar atmağa sövq etmişdir. Buna görə də, vaxtın idarə edilməsi mövzusu fərdi inkişaf
mövzularında siyahının ilk pilləsində yer almışdır.
Vaxtın idarə edilməsi məqsədlərə və hədəflərə çatmaq üçün olduqca vacib resurs olan vaxtın
səmərəli və məhsuldar istifadəsidir. Vaxtın idarə edilməsində əsas mərhələ mövcud zaman daxilində
edilə biləcəklərin planlaşdırılmasıdır. Əlbəttə ki, vaxtı sadəcə işləyərək keçən müddət kimi düşünmək,
vaxtın idarə edilməsi demək deyildir. Bu halda, sadəcə, vaxtın fərdləri idarə etdiyini demək
mümkündür. Vaxtı səmərəli idarə etmək anlayışı hər bir saatın, dəqiqənin müəyyən olunmış məqsəd
və hədəfləri planlaşdıraraq istifadə etmək mənasında istifadə oluna bilər.
Vaxtın idarə edilməsi baxımından əsas şərt, hər bir fəaliyyət sahəsinə ayrılan vaxtın istifadəsi və
bir sahədən digər sahəyə bölüşdürülməsinin müəyyən edilməsidir. Bu, - müasir idarəetmənin təsiri ilə
işçilər daha yaxşı məhsul istehsal edə bilir, hadisələri nəzarətdə saxlaya bilir və vaxt və enerjilərini
daha məhsuldar və səmərəli istifadə edə bilirlər. Bunun nəticsəsində əldə olunan vaxt daha geniş
planlar qurulmasına, yeni fikirlərin üzə çıxarılmasına və yeni layihələrin icra olunmasına, bacarıq və
qabiliyyətlərin inkişaf etedirilməsinə, işçilərin özlərin vaxt ayırmasına şərait yaradır.
|