Qısa Dövrə Yönəlik Uzun
Müddətə Yönəlik
Həyatda ən önəmli hadisələr, keçmişdə meydana gəlib və
indi reallaşan hadisələrdir.
Fiziki möhkəmlik və sabitlik: Yaxşı bir insan həmişə eyni
olan insandır.
Ənənəvi dəyərlərə bağlılıq, ləyaqət önəmlidir. Ənənələr
müqəddəsdir
Ailə həyatının idarə edilməsi, həyatın zərurətlər tərəfindən
idarə edilır
Qaydaçı yanaşmalar, ənənələrə hörmət, dəyişməyə
müqavimət kimi xüsusiyyətlər mövcuddur.
Uzun müddətə yönələn cəmiyyətlərdə insanlar gələcəyə
yönəlik hərəkətlərə və rəftarlara önəm verirlər.
İsrar, əzm, təsərrüfatçılıq bu cür mədəniyyətlərində qabarıq
formada olur.
Paylaşılan vəzifələr tərəfindən idarə edilən ailə həyatı
Çalışırlar öyrənsinlər digər ölkələri,
Böyük qənaətlər üçün fond movcuddur,
Rifah səviyyəsindən yüksəlişi və ölkələrin sürətli iqtisadi
inkişafı
Uzun müddətə yönələn mədəniyyət qərbdə, qısa müddətə
yönələn mədəniyyət isə şərq cəmiyyətinə xas olan
xususiyyətlərdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
710
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
711
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION III
ECONOMICAL SCIENCES
Finance and Accounting
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
712
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCAN DÖVLƏT BÜDCƏSİNİN İNKİŞAF
TENDESİYASI VƏ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI
Sevinc HİDAYƏTOVA
Qafqaz Universiteti
allazovasevinc@gmail.com
AZƏRBAYCAN
Hər bir dövlətin ayaqda durub fəaliyyət göstərməsi üçün, başqa sözlə yaşaması üçün zəruri
amillərdən biri də məhz pul vəsaitləri fondlarının mövcudluğudur. Bütün ölkələrdə hökümət öz
funksiyalarını uğurla yerinə yetirmək üçün cəmiyyətin yaratdığı maliyyə ehtiyatlarının bir hissəsini
əsasən icbari yolla toplayır, yəni dövlət büdcəsində mərkəzləşdirir.
İqtisadi məzmununa görə dövlət büdcəsi milli gəlirin bölüşdürülməsi zamanı hökümətlə hüquqi
və fiziki şəxslər arasında yaranan münasibətləri ifadə edir. Dövlətin iqtisadi inkişafında dövlət büdcəsi
mühüm əhəmiyyətə malikdir. Çünki, artıq bir neçə ildir ki, Azərbaycan Respublikası müstəqil bir
dövlət kimi özünün yeni siyasi və iqtisadi inkişaf yolunu keçmiş və inzibati idarəetmə ideyalarından
imtina etmişdir. Bu da iqtisadi və sosial həyatda zəruri dəyişikliklərə səbəb olmuş, respublikada bazar
iqtisadiyyatına keçidi və azad sektorun inkişaf etdirilməsi şəraitini yaratmışdır. Bu isə dövlət büdcəsi-
nin əhəmiyyəti və rolunu heç də azaltmır, əksinə artırır. Lakin büdcənin bazar iqtisadiyyatı və sosial
şəraitə uyğun olaraq bazar iqtisadiyyatı tələblərinə cavab verə biləcək səviyyədə inkişaf etdirilməsi
zərurəti yaranır.
Bu zərurətdən çıxış edərək son bir neçə ildə dövlətin büdcə gəlirlərinin inkişaf tendesiyasını və
dövlət büdcəsinin xərclərinin səmərəliliyini təhlil edə bilərik. Bu təhlilin vacibliyi məhz müasir dövrün
tələblərindən irəli gəlir. Məhz bu təhlil dövlətin iqtisadi və digər sferalarda inkişafı üçün bizə bir yol
göstərə bilər. Həmçinində tədqiqatımızın əsl məqsədi bundan ibarətdir. Bildiyimiz kimi büdcənin gəlir
mənbəyi əsasən vergi daxilolmalarından, neft fondundan transfertlərdən, gömrük komitəsindən daxil-
olmalar və sair mədaxillərdən ibarətdir. Bu mədaxil mənbələrindən məhz vergi gəlirləri və neft
fondundan transfertlər üstünlük təşkil edir. Dövlət büdcəsinə illər üzrə müvafiq vəsaitlər daxil olmuş-
dur. Aşağıdakı cədvəldən də görüldüyü kimi, bu vəsaitlər içərisində ən çox paya Neft Fondundan
transfertlər aiddir. Lakin dünya üzrə neft hasilatının artması, təklifin tələbi üstələməsi, neft və neft
məhsullarının qiymətlərinin 2014-cü ilin ortalarından kəskin aşağı düşməsini şərtləndirmişdir. Məhz
buna görədə Neft Fondundan dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmi azalmağa başlamışdır. Və
2016-ci ilin proqnoz göstəricilərində də daha da azalacağı gözlənilir. Buna bağlı olaraq dövlət qeyri-
neft sektorunun inkişafına diqqəti artırmışdır. Bununla yanaşı dövlət büdcəsinin xərclərinin tərkibində
qeyri-neft sektorunun inkişafına yönəlmiş xərclərdə yer almışdır. Dövlət büdcəsinin xərclərinin
tərkibində qeyri-neft sektorunun inkişafı və təkmilləşdirilməsi üçün müəyyən vəsaitlərin ayrılmasının
tək səbəbi xam neftin dünya bazarındakı qiymətinin aşağı düşməsi ilə əlaqədar deyil. Həmçinində
neftin tükənən sərvət olduğu daim diqqət mərkəzində idi. Məhz buna görədə bir neçə ildirki qeyri-neft
sektorunun inkişafı üçün dövlət səviyyəsində işlər aparılır.
Cədvəl 1. Dövlət büdcəsinin illər üzrə mədaxil məbləğləri (mln AZN)
2013 2014 2015
2016
(proqnoz)
Vergilər Nazirliyindən daxilolmalar
6 664
7 113.6
7 118.2
6 602
Neft Fondundan transfertlər
11 350
9 337
8 130
6 000
Gömrük komitəsindən daxilolmalar
1 383.2
1 510.8
1 591.9
1 590
Mənbə: http://www.maliyye.gov.az saytından əldə olunan məlumatlar əsasında tərtib olunub.
Hamıya məlumdur ki, «Büdcə xərcləri-dövlətin və yerli özünüidarəetmə orqanlarının vəzifə və
funksiyalarının yerinə yetirilməsinə yönəldilən pul vəsaitidir». Bu pul vəsaitlərini, yəni dövlət
büdcəsinin xərclərini aşağıdakı kimi qruplaşdıra bilərik:
1. İqtisadiyyatın inkişafına yönəlmiş xərclər;
2. Əhalinin sosial mədəni tələbatlarının ödənilməsinə çəkilən xərclər;
3. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə istiqamətlənmiş xərclər;
4. Dövlət hakimiyyət orqanlarının saxlanılmasına çəkilən xərclər;
5. Qanunvericiliklə nəzərdə tutulmuş digər xərclər.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
713
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Göründüyü kimi büdcə xərcləri sosial və digər ehtiyacları təmin etmək və ya iqtisadi və sosial
həyata müdaxilə etmək məqsədilə müəyyən üsullardan istifadə edərək həyata keçirdiyi pul xərcləridir.
Bununla belə həmin xərclər heç bir gəlirləri olmadığı üçün özləri üçün zəruri olan maliyyə vəsaitlərini
dövlət büdcəsindən alan idarə və təşkilatlarının xərcləridir. Təhsil müəssisələrinə eyni zamanda
müəyyən olunmuş prinsiplərlə büdcədən hər il iri həcmdə vəsait ayrılır. Müasir iqtisadi inkişaf səviy-
yəsində büdcə xərclərinin tərkibi çox müxtəlif və genişdir. Dövlət isə həmişə bu tərkibdə zəruri dəyi-
şikliklər aparmaqla xərclərin bir qismini artırmaq, digər bir qismini isə nəzarət altına almaq siyasəti
yeritməyə çalışır. İndiki müharibə şəraitində dövlətin maliyyə resursları prioritet sahə olan ölkənin
milli təhlükəsizliyinə, əhalinin müdafiəsinə, iqtisadiyyatın strateji sahələrinin inkişafına yönəldilməli-
dir, sənayenin xammal bazasından yüksək texnika və texnologiyaya malik olan emal-istehsal
sahəsinə çevrilməsinə yönəldilməlidir. Büdcə xərclərinin optimallaşdırılması üzrə həyata keçirilən hər
bir tədbir son nəticədə maliyyə resurslarından səmərəli və məqsədyönlü istifadə edilməsi deməkdir.
Son illərin ənənəsindən fərqli olaraq , dövlət büdcəsinin gəlirləri üzrə real vəziyyətə uyğun olaraq,
2016-cı il dövlət büdcəsinin xərcləri investisiya və sosial yönümlü büdcədən daha çox sosialyönlü
büdcəyə çevrilmiş, bu zaman dövlət büdcəsi xərclərinin strukturunun, səmərəliliyinin və ünvanlılığının
artırılması, eyni zamanda kənd təsərrüfatının aparıcı sahələrinin, sənayenin, regionların sosial-iqtisadi
inkişafı, dövlətin borc və öhdəliklərinin yerinə yetirilməsi, əhalinin əsas ərzaq məhsulları ilə özünü
təmin etməsi və digər dövlət tədbirləri üçün maliyyə imkanlarının yaradılması diqqətdə saxlanıl-
mışdır. Son olaraq onu qeyd edə bilərəm ki, dövlət büdcəsinin vəsaitlərindən daha səmərəli istifadə
edilməsi və gəlirlərin vaxtlı vaxtında toplanması aktual məsələlərdən biridir. Bu məsələlərin araşdı-
rılması, çatışmayan yanlarının müəyyən edilməsi vacibdir.
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT BÜDCƏSİNİN PROQNOZ
VƏ İCRA NƏTİCƏLƏRİNİN TƏHLİLİ
Elvin ƏLİRZAYEV
Qafqaz Universiteti
eelirzayev@qu.edu.az
AZƏRBAYCAN
Büdcə, dövlətin iqtisadiyyatı tənzimləmək üçün əsas maliyyə vəsaitidir. Bu baxımdan büdcə,
sadəcə dövlətə aid gəlir və xərcləri ifadə edən sənəd deyil, bütöv ölkə iqtisadiyyatını əhatə edən
bələdçi və növbəti ilin iqtisadi mənzərəsidir. Buna görə də, qloballaşan iqtisadiyyatın nəticəsi kimi,
büdcə tərtib edilərkən, ölkədə və xaricdə baş verən bütün iqtisadi, siyasi və sosial məsələlər diqqətə
alınmalıdır ki, növbəti ildə reallaşan büdcə, hesablanan rəqəmlərlə üst üstə düşsün. Əlbəttə,
böhranlarla dolu iqtisadiyyat qloballaşma sayəsində çox sürətli dəyişir və gələn ildə olacaqları indidən
tam müəyyən etmək heç də asan deyil. Eyni zamanda, büdcə proqnozları ilə icra rəqəmlərinin nə qədər
yaxın olması, büdcə siyasətinin uğurundan xəbər verir.
Aşağıdakı cədvəldə, 2000-2015-ci illər ərzində dövlət büdcəsi gəlir və xərclərininproqnozları və
icrası verilmişdir. Qeyd edim ki, büdcə proqnozları bu illər ərzində müvafiq olaraq öncəki ilin Dekabr
ayında qəbul olunmuş `Azərbaycan Respublikası Dövlət Büdcəsi Haqqında Qanunu`ndanvə icra
olunan büdcə rəqəmləri isə, müvafiq ilə aid, lakin növbəti ilin əvvəlində qəbul edilmiş `Azərbaycan
Respublikası Dövlət Büdcəsinin İcrası Haqqında Qanunu`ndan istifadə edilərək hazırlanmışdır.
Cədvəl 1. 2000-2015-ci illərdə Dövlət Büdcəsi gəlir və xərclərinin proqnozu və icrası müqayisəsi, min manat və % ilə
İllər
Büdcə gəlirləri
proqnozu
Büdcə xərcləri
proqnozu
Büdcə
gəlirləri icrası
Büdcə
xərcləri icrası
Büdcə
gəlirləri üzrə
Büdcə
xərcləri üzrə
2000 712348.2 808151.1 714644.3 763962.6 100.32% 94.53%
2001 835000.0 840000.0 784806.5 807501.0 93.99% 96.13%
2002 956000.0 1026000.0 910234.9 931764.7 95.21% 90.82%
2003 1218400.0 1284600.0 1220893.9 1234542.0 100.20% 96.10%
2004 1503680.0 1566680.0 1509467.4 1502147.7 100.38% 95.88%
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
714
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
2005 2044400.0 2203200.0 2055214.2 2140681.0 100.53% 97.16%
2006 3836767.3 4024767.3 3868773.0 3790123.6 100.83% 94.17%
2007 5770900.0 6314900.0 6006601.9 6086190.0 104.08% 96.38%
2008 10484000.0 11060600.0 10762672.0 10774234.1 102.66%
97.41%
2009 12177000.0 12355000.0 10325935.1 10503858.8 84.80%
85.02%
2010 11505000.0 12275300.0 11403031.6 11765920.9 99.11%
95.85%
2011 12061000.0 12748000.0 15700702.2 15397522.0 130.18%
120.78%
2012 16438000.0 17072000.0 17281521.6 17416453.0 105.13%
102.02%
2013 19159000.0 19850000.0 19496329.9 19143492.0 101.76%
96.44%
2014 18384000.0 20063000.0 18400565.2 18709000.0 100.09%
93.25%
2015 19438000.0 21100000.0 17153200.0 17786800.0 88.25%
84.30%
Mənbə: 2000-2015-ci illər üzrə`Azərbaycan Respublikası Dövlət Büdcəsinin İcrası Haqqında Qanun` və `Azərbaycan
Respublikası Dövlət Büdcəsi Haqqında Qanun` toplusu əsasında müəllif tərəfindən hazırlanmışdır.
Təhlil olunan 2000-2015-ci illər ərzində, icra olunan büdcə gəlirləri 24 dəfə, büdcə xərcləri isə
23.28 dəfə artmışdır. Bu artımın ən sürətli hissəsi öncəki illə müqayisədə, 2006 və 2008-ci illərdə
olmuşdur. Bu dəyişməni, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin fəaliyyətə başlaması ilə və neftin
dünya qiymətindəki artımı ilə izah etmək olar.
Büdcə gəlirlərinə diqqət edərsək, əksər illərdə büdcədə proqnozlaşdırılan rəqəmlərdən daha çox
icra olunduğunu görə bilərik. Belə ki, 2011-ci ildə büdcə gəlirləri 130% reallaşmış, lakin 2009-cu ildə
ən az olaraq 84.8% həyata keçirilmişdir. Həmçinin 2015-ci ildə büdcə proqnozlarına nisbətən, 88.25%
həyata keçirildi.
Büdcə xərclərinə baxdıqda görülür ki, yalnız 2011 və 2012-ci illərdə proqnozlardan daha çox,
müvafiq olaraq 120,78% və 102.02% yerinə yetirilmişdir. Əksər illərdə isə, ən az 2009-cu ildə 85.02%
və 2015-ci ildə 84.3% olmaqla, proqnozlardan daha az (ortalama 96.02%) icra olunmuşdur.
Eyni zamanda, 2009-cu və 2015-ci illərdə həm büdcə gəlirləri, həm də büdcə xərcləri
proznozlardan çox az reallaşmışdır. Bunu müvafiq olaraq, 2009-cu il Qlobal Maliyyə Böhranı ilə və
2015-ci il ərzində baş vermiş iki devalvasiya ilə əlaqələndirmək olar. Bunun əksinə, 2011-ci ildə
profisid olduğunu görürük. Bunu ölkədəki iqtisadi inkişafla əlaqələndirmək olar. Belə ki, 2010-cu ildə
ÜDM 41574.7 milyonmanatikən, 2011-ci ildə 50069 milyonmanatolmuşdur.
BÜDCƏ-VERGİ GÖSTƏRİCİLƏRİNİN AZƏRBAYCANDA
HƏYATA KEÇİRİLƏN MALİYYƏ SİYASƏTİNDƏ YERİ VƏ
MÜASİR VƏZİYYƏTDƏ TƏHLİLİ
Səkinə MƏMMƏDOVA
Qafqaz Universiteti
m_sakina09@yahoo.com
AZƏRBAYCAN
Dövlət iqtisadi gücünü artırmaq, mikro və makroiqtisadi göstəricilərini yüksəltmək üçün öz
iqtisadi potensialından və resurslarından maksimum səviyyədə, rasional olaraq istifadə etməlidir.
Bütün bunları reallaşdırmaq adına seçilən siyasət üsulu hərtərəfli düşünülməli, məqsəd və vəzifələri
aydın müəyyən olunmalı, taktika və strategiya əlaqəsi düzgün qurulmalıdır.
İqtisadi inkişafın təmin olunmasında mövcud əhəmiyyətini qoruyan siyasət növlərindən biri
olaraq maliyyə siyasəti göstərilir. Maliyyə siyasəti pul vəsitlərinin cari iqtisadi vəziyyətdən və sosial-
iqtisadi problemlərdən asılı olaraq istifadə sahəsinin seçilməsi ilə formalaşan sistemli fəaliyyətdir.
Əsas məqsəd maliyyə resusrlarının dövlətin prioritet siyasət növlərinə yönləndirilməsi, maliyyə
sabitliyinin qorunub saxlanılması və normativ həyat səviyyəsinin təmin olunmasına dair sosial siyasət
tədbirlərinin reallaşmasıdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
715
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Göstərilən məqsədlərin yerinə yetirilməsi zamanı maliyyə siyasətinin istiqamətlərinin seçilməsi
və təşkili qaydalarının müəyyən olunması münasibətləri maliyyə mexanizmi adlanır. Uzunmüddətli
dövrdə həll edilməsi nəzərdə tutulan irimiqyaslı məslələr üçün maliyyə münasibətlərinin təşkilinin
forma və metodları maliyyə strategiyası, cari dövrdəki problemlər üçün seçilmiş metodlar isə maliyyə
taktikasıdır.
Azərbaycanda maliyyə siyasəti aşağıdakı istiqamətlər üzrə yerinə yetirilir:
- Vergi siyasəti. İqtisadi inkişafın yüksəlməsinə şərait yaratmaq yaxud sadəcə böhran dönəminin
problemlərini azaltmaq üçün vergi dərəcələrinin aşağı və ya yuxarı dərəcəsinin seçilməsi ilə dövlət
stimullaşdırıcı, tarazlayıcı rol oynayan vergi siyasətini yerinə yetirir. Vergi siyasətinin məqsəd və vəzi-
fələri müəyyən olunduqdan sonra onun həyata keçirilməsi üsulları işlənib hazırlanır. İqtisadi şəraitdən
asılı olaraq vergi siyasətinin məqsədinin əsas istiqamətləri cəmiyyətin sosial-iqtisadi inkişafı, büdcə
gəlirlərinin artırılması, nəzarətin gücləndirilməsi, xarici iqtisadi fəaliyyətdə aktiv balansa nail olun-
ması, ətraf mühitin mühafizəsi və sair sahələrdə iqtisadi inkişafın təmin olunmasına yönəldilmişdir.
- Büdcə siyasəti. Büdcənin gəlir və xərclərinin dəqiq proqnozlaşdırılması, xərc istiqamətlərinin
düzgün seçilməsi, inflyasiya yaratmadan büdcədə tazarlığın təmin olunmasına istiqamətlənmiş maliy-
yə siyasətidir.
- Borclanma siyasəti. Dövlətin iqtisadi şəraitdən, potensialdan asılı olaraq borclanmasının daxili
və ya xarici mənbələr üzrə apardığı seçimindən asılı olaraq formalaşan siyasətidir.
Azərbaycan 2002-2015-ci illər ərzində ölkədə vergi yükünün aşağı salınması, vergi menecmen-
tinin müasirləşdirilməsi, vergi xidmətində informasiya texnologiyalarının tətbiqi və genişləndirilməsi
istiqamətində çox ciddi nailiyyətlərə imza atmışdır. Ölkəmiz səmərəli nəzarət mexanizmləri qurmağa,
iqtisadiyyatın dəyişən və sürətlə artan həcminə adekvat çevik vergi sistemi yaratmağa nail olmuşdur.
2005–2015-ci illər üzrə mənfəət vergisinin dərəcəsi 27%-dən 20%-ə, ƏDV-nin dərəcəsi 20%-dən
18%-ədək azaldılmış, fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmi sadələşdirilərək, bu
verginin hesablanması şkalası 6 pilləlidən 2 pilləliyə endirilmiş, iki vergi dərəcəsi (14% və 25%) sax-
lanılmış, fiziki şəxslərin vergiyə cəlb olunan aylıq gəlirlərinin maksimum həddi 2500 manatadək
artırılmışdır.
1 yanvar 2015-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 609 mindən 700
minə çatmış, ƏDV ödəyicilərinin xüsusi çəkisi 3,9 %, vergi ödəyicilərinin əhalinin ümumi sayında
xüsusi çəkisi 6,4 %, vergi əməkdaşlarının sayı 2310 nəfər olmuşdur.
2015-ci il üzrə Vergilər Nazirliyi dövlət büdcəsinə 7118,2 milyon manat məbləğində vəsait
köçürüb. Bu, ötən illə müqayisədə 4,5 milyon manat və yaxud 0,1 faiz çoxdur. Həmin vəsaitin 70,5
faizi və yaxud 5018,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da
2014-cü ilə nisbətən 711,6 milyon manat və yaxud 16,5 faiz çoxdur.
Lakin 2015-ci ilin dövlət büdcəsinin proqnozunu tam icra etmək mümkün olmayıb. Büdcə gəlir-
ləri 88,2%, xərcləri isə 84,3% icra olunub. Ötən il üzrə dövlət büdcəsinin mədaxili 17153,2 milyon
manat, xərcləri 17786,8 milyon manat olub. Dövlət büdcəsinin kəsiri 633,6 milyon manat təşkil edib.
2015-ci il dekabrın 7-də ölkə prezidenti 2016-cı il dövlət büdcəsini təsdiqləyib. Büdcə gəlirləri 14
milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat proqnozlaşdırılıb. Bununla da büdcə
xərcləri son 5 ilin ən aşağı həddinə düşüb. 2011-ci ildə dövlət büdcəsinin xərcləri 15,4 milyard manat
olub. Bu il isə dövlət büdcəsinin kəsiri 1 milyard 698 milyon manat olacaq.
Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2016-cı il tarixində keçirilən plenar iclasında
2016-cı il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunmuşdur və
daha sonra qəbul edilmişdir. Dəyişiklikdən sonrakı dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş məbləğlə
müqayisədə 15,5% və ya 2,256 mlrd. manat artırılmış, 16,822 mlrd. manat məbləğində nəzərdə
tutulmuşdur. Belə ki, gəlirlərdəki artımın 71,6%-i Dövlət Neft Fondundan edilən transfertlərin payına
düşür. Eyni zamanda, gəlirlərin artımının 18,1%-nin Vergilər Nazirliyi, 9,7%-nin isə Dövlət Gömrük
Komitəsi və 0,7%-i isə digər gəlirlər hesabına formalaşması nəzərdə tutulmuşdur. Təhlil müzakirəyə
təqdim edilmiş büdcə gəlirlərinin tərkibində vergi gəlirlərin 7,5 faiz artımla 7996,0 mln. manat
məbləğində və ya cəmi gəlirlərin 47,5%-i qədər proqnozlaşdırıldığını göstərir.
Dövlət büdcəsinin yenidən baxılmış xərcləri isə 13,7% artımla 18495,0 mln. manat məbləğində
nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin artımın əsas hədəfi büdcə xərclərinin səmərəliliyinin
artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, valyuta ehtiyatlarına optimal yanaşma, qeyri-
neft sektorunun və sahibkarlığın inkişafına əlavə təkan verilməsidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
716
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
2016-cı ilin yenindən baxılmış dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclərə 1775,1
mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da büdcə gəlirlərinin artıq 10,6%-ni təşkil
edir. 2015-ci il ərzində isə bu rəqəm 704,4 milyon manat və yaxud 4,0 faiz olmuşdur.
01 yanvar 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,894.3 milyon
ABŞ dolları (10,751.0 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan
nisbəti 19.8 faiz təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş
kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir.Borc vəsaitlərinin 58.6 faizi hesabat dövründən sonra 10
ilə qədər olan müddətdə, 32.9 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 8.5 faizi isə 20 ildən yuxarı
olan müddətdə kreditorlara qaytarılmalıdır.
İqtisadi qeyri-müəyyənlik, ticarət axınlarının azalması, valyuta kursunun dəyişkənliyinin çoxal-
ması, investisiyada durğunluq və eyni zamanda, neftin qiymətinin aşağı düşməsi nəticəsində yaranan
mənfi qlobal dəyişkənliyin Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməməsi səbəbindən büdcənin
gəlir və xərclərinin planlaşdırılması və proqnozlaşdırılmasında çətinliklərin yaranmasına baxmayaraq,
dövlət gələcək illərin makroiqtisadi göstəricilərinin ötən illərə nəzərən yüksəldilməsində əhəmiyyətli
rol oynayan maliyyə siyasətinin ən optimal alətlərindən istifadə etməyi qarşısına məqsəd qoymuşdur.
Dostları ilə paylaş: |