IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
693
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
yaşından asılı olmayaraq bütün qadın və kişilərin təməl hüququdur... təhsil daha təhlükəsiz, sağlam,
inkişaflı və ekoloji təmiz dünya üçün zəmin yaratmalı və eyni zamanda sosial, iqtisadi və mədəni
tərəqqiyə, dözümlülüyə və beynəlxalq əməkdaşlığa yol açmalıdır... təhsil şəxsi və ictimai
təkmilləşmənin zəruri şərtidir.” Hamı üçün Təhsil Konfransı və Comtyen Bəyannaməsi dövlətlərin
milli inkişafı üçün, eləcə də gənclərin 21-ci əsr cəmiyyətlərində fəal və məhsuldar həyata hazırlığı
üçün təhsilin həlledici rolunu ön plana çıxardı. 1996-cı ildə İƏİT ölkələrinin təhsil nazirlərinin qəbul
etdiyi “ömür boyu öyrənmə” (Lifelong Learning, LLL) konsepsiyası mahiyyət etibarilə “hamı üçün
təhsil” strategiyasını tamamlayaraq, insanın müasir informasiya-bazar mühitinə adaptasiyasına xidmət
edir. Ömür boyu öyrənmə konsepsiyası inkişaf etməkdə olan ölkələr və keçid iqtisadiyyatları üçün
xüsusilə önəmlidir, belə ki, bu dövlətlərdə həm ümumilikdə cəmiyyətin, həm də fərdi olaraq hər bir
insanın yaşayış mühiti sürətlə dəyişməkdədir. Təhsilin beynəlxalq standartları sonrakı illərdə Ali
Təhsil üzrə Ümumdünya Konfransında (Paris, 1998-ci il) və Təhsil üzrə Beynəlxalq Forumda (Dakar,
2000-ci il) daha da inkişaf etdirilmişdir. Bu beynəlxalq tədbirlər bir daha təsbit etmişdir ki, təhsil
hüququ əsas insan hüquqlarından biridir və bütün dövlətlər hamının keyfiyyətli, zamanla ayaqlaşan və
insanların məhsuldar potensiallarını artıran təhsilə çıxışını təmin etməlidir. Təhsil sistemi məfhumu
ədəbiyyatda müxtəlif formada işlənir.’’Maarif sistemi ,Xalq maarif sistemi, Xalq təhsili sistemi
vəs.Təhsil sistemi ölkənin sosial, iqtisadi, siyasi və mədəni səviyyəsi ilə əlaqədar təşəkkül tapir və
inkisaf edir.Təhsil sistemi məktəbəqədər təlim və tərbiyədən başlayaraq akademik doktorluq
proqramları və ömür boyu təhsil formalarına qədər təhsilin müxtəlif pillə və səviyyələrini əhatə edir.
Beynəlxalq Təhsil Standart Təsnifatına (ISCED 2011) əsasən, milli təhsil sistemlərində formal, qeyri-
formal, informal və əlavə təhsil formaları mövcuddur. Formal təhsil öz növbəsində erkən
(məktəbəqədər), ibtidai (5-7 yaşlarından başlayaraq 4-6 il davam edir), orta (ümumtəhsil və peşə-
ixtisas təhsili daxil olmaqla) və ali təhsil (bakalavriat, magistratura və doktorantura) mərhələlərinə
ayrılır. Təhsilin hər bir forma və mərhələsinin insan həyatında müstəsna rolu və təsiri vardır və bu
məsələlər ölkənin insan inkişafı çərçivəsində daim diqqət mərkəzində saxlanılmalıdır. Hər hansı
dövlətin sosial-iqtisadi sistemi çərçivəsində təhsil sisteminin qarşısında duran vəzifələrin icrası 3
istiqamətdə aparılır: 1. Biliklərin əldə edilməsi: Beynəlxalq aləmdə mövcud olan biliklərin dövlət
ehtiyaclarına uyğun olaraq istifadə və adaptasiya edilməsi. Belə biliklər ölkəyə açıq ticarət rejimi,
xarici investisiyaların cəlb edilməsi və lisenziya razılaşmalarının bağlanması vasitəsilə daxil olur.
Bundan əlavə, biliklər ölkənin özündə elmi-tədqiqat və sınaq-konstruktor işlərinin aparılması yolu ilə
və yerli biliklərdən istifadə etməklə də yaradıla bilər; 2. Biliklərin absorbsiyası: Hamı üçün ümumi
təhsilin təmin edilməsi, ömür boyu təhsil üçün imkanların yaradılması, elm və texnologiya sahələrinə
xüsusi önəm verməklə ali təhsil sisteminin inkişafı; 3. Biliklərin ötürülməsi: Rəqabət, özəl sektorun
inkişafı, müvafiq hüquqi-normativ tənzimləmə və informasiya resurslarına hərtərəfli çıxışın təmin
edilməsinə əsaslanmaqla, yeni informasiya və telekommunikasiya texnologiyalarından istifadə
edilməsi. Təhsil sistemi ikili vəzifə yerinə yetirir: təhsil bir tərəfdən şəxsiyyətin intellektual və peşəkar
tələblərinə cavab verməli, digər tərəfdən ümumən cəmiyyətin intellektual və peşəkar potensialını
möhkəmləndirməlidir. Bu baxımdan təhsil sisteminin əsas funksiyaları aşağıdakılardır:
• Öyrənənin şəxsiyyətinin və onun özəl bacarıqlarının inkişaf etdirilməsi;
• Öyrənənin peşəkar hazırlığı;
• Cəmiyyətin elmi potensialının formalaşdırılması.
Bu funksional təsnifata əsasən təhsilin 3 modelini müəyyənləşdirmək olar:
1. İngilis modeli üçün səciyyəvi olan liberal təhsil konsepsiyasında geniş intellektual
qabiliyyətlərə və xüsusi şəxsi keyfiyyətlərə (güclü xarakterə, liderlik, yaradıcılıq, analitik düşüncə və
mühitə adaptasiya bacarıqları- na və s.) malik olan məzunların yetişdirilməsi onların peşəkar hazırlığı
qədər vacib hesab olunur.
2. Fransız modeli elmi və peşəkar fəaliyyətlərin bir-birindən fərqləndirilməsi, eləcə də elmi
fəaliyyətin ali təhsil müəssisəsi və ya universitet “daxilində” və “xaricində” fəaliyyətlərə bölgüsü ilə
seçilir.
3. Alman modelində əsas diqqət elmi tədqiqatlara verilir. Müəllim heyətinin tədqiqat işlərinin
nəticələri tədris proqramının tərkibinə daxil edilərək dərs materialına çevrilir. Müəllim və tələbələr
tərəfdaş- tədqiqatçı kimi çalışır və əməkdaşlıq edirlər. Təhsil sistemlərində təhsilin iki növü seçilir:
bunlardan birincisi akademik, yəni elmi-nəzəri təhsil, ikincisi isə peşəkar və ya praktik bacarıqlara
yönümlü təhsildir. Akademik proqramlarda konkret istiqamətlər üzrə peşəkar bacarıqların ötürülməsi
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
694
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ilə yanaşı əsas diqqət fundamental nəzəri hazırlığa verilir. Tətbiqi proqramlar konkret sahələrə dair
daha çox peşəkar bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlir. 1999-cu ildə 29 ölkənin təhsil
nazirləri tərəfindən qəbul edilən Bolonya Bəyannaməsi Avropa Ali Təhsil Zonasını təsis edərək ali
təhsil sahəsində milli sistemlərin islahatlarına, tədris proqramlarının dəyişilməsinə və ali təhsil
müəssisələrində lazımi institusional dəyişikliklərin həyata keçirilməsinə təkan verdi.Son illərdə
Azərbaycan inkişaf etmiş ölkələr sırasında yer almaq üçün çoxsaylı layihələrə imza atmışdır. Təhsil
sistemi öndə gedən prioritet sahələrdən biri olaraq ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
1999-cu ildə ibtidai və ali təhsildə islahatlar proqramı təsdiq edilərək dəyişikliklərə başlanılmışdır.
Təhsil Nazirliyi islahatları aparan əsas orqandır və nazirlikdən əlavə digər dövlət orqanları, beynəlxalq
və yerli təşkilatlar da öz töhfələrini verir. Azərbaycanın 2005-ci ildə Bolonya prosesinə qoşulması
yüksək keyfiyyətin təmin edilməsi, akademik səfərbərlik və yüksək nəticələrlə dünya səviyyəsində
tanınmaq üçün şərait yaradır. Hal-hazırda Azərbaycanda ümumi orta təhsil 11 illikdir və statistikaya
əsasən uşaqların məktəbə cəlb edilməsi (1-11-ci siniflər) 95 faizdir. Azərbaycanda məktəbəqədər təhsil
müəssisələrinə uşaqların cəlb edilməsi 17,6% (şəhər yerlərində 25,7%, kənd yerlərində isə 9,5%) təşkil
edir.17 Ölkədə 6.283 təhsil müəssisəsi fəaliyyət göstərir və savadlılıq səviyyəsi 99,8%-dir. Bu müddət
ərzində təhsil və gənclərlə əlaqədar həyata ke- çirilmiş çoxşaxəli dövlət siyasətinin bir nümunəsi kimi
yalnız Təhsil Nazirliyi tərəfindən icra olunmuş proqramların bir neçəsini sadalamaq olar: - 2008-2012-
ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı:
proqram ölkə səviyyəsində məktəblərdə informasiya texnologiyalarının və kommunikasiyanın
maksimal dərəcədə yüksək səviyyəyə çatdırılması üçün həyata keçirilir. - Azərbaycan Respublikasında
texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012): texniki peşə təhsilinin
gücləndirilməsi, yüksək səviyyəli kadrların hazırlanması, ölkənin iqtisadi inkişafına təkan verən
bacarıqların hazırlanmasına xidmət edir. inkişafı ilə yanaşı ölkənin sosial-iqtisadi inkişafı üçün də
xidmət göstərir. Dövlət proqramlarından əlavə, təhsilin səviyyəsini yüksəltmək məqsədilə beynəlxalq
təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi bu prosesin sürətlənməsinə şərait yaradır.
Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə Layihə (2003-
2008-ci illər) çərçivəsində 2003-cü ildən təhsil sistemində maliyyə islahatlarına başlanılmışdır. Layihə
çərçivəsində öndə gedən məqsədlər təhsilin keyfiyyətinin yüksəldilməsi, xərclərin səmərəliliyinin
artırılması və idarə edilməsi, təlim nəticələrinin yaxşılaşdırılmasıdır. İnsan kapitalı ölkənin ən qiymətli
sərvətidir. Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi (2009-2013) bu
sahədə müasir texnologiyalarla idarəetmə təlimlərinin keçilməsi və xüsusi texniki təlimlərin
keçilməsini təşkil edir. Hal-hazırda dövlətin qarşısına qoyduğu vacib məsələ bacarıqlı işçi qüvvəsinin
hazırlanması olmalıdır. Bacarıqlar arasında balanslaşdırma mühüm rol oynamalıdır. Bəzən ölkədə
xüsusi sektorlara (neft, qaz, maliyyə, iqtisadiyyat və s.) axın digər vacib sektorlarda kadrların
çatışmazlığına gətirib çıxarır. İnkişaf etmiş ölkələrdə adətən inkişafa ehtiyacı olan sektorlar üçün
xüsusi strateji layihələr vasitəsilə bu boşluğu aradan qaldırmaq mümkün olur. Azərbaycanda da neft
sektorundan əldə olunan gəlirlər neft sahəsində bacarığın inkişafı ilə yanaşı qeyri-neft sektorunun,
xüsusilə də turizm, kənd təsərrüfatı, nəqliyyat sektorları- nın inkişafına yönəldilir. Hələ 2007-ci ildə
Azərbaycan hökumətinin ən yüksək səviyyələrində “qara qızılın insan qızılına” çevrilməsi uzun
müddətli milli prioritet kimi qəbul edilmişdi. 2012-ci ilin dekabrında Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyası
böyük əhəmiyyətə malik olan strateji bir sənəddir. Konsepsiyada yoxsulluğun azaldılması,
məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf
etdirilməsi, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf proqramı
ortaya qoyulmuşdur. 2020-ci ilədək Azərbaycanda milli inkişaf strategiyasının istiqamətlərini
müəyyənləşdirən bu sənəddə təhsilə bilavasitə və birbaşa aidiyyəti olan hissələrdə elmi potensialın
möhkəmləndirilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, informasiya və kommunikasiya
texnologiyalarının inkişafı, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, insan kapitalının inkişafı
və müasir təhsil sisteminin formalaşdırılması kimi prioritetlər irəli sürülmüş, konkret fəaliyyətlər
müəyyənləşdirilmişdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
695
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
WHAT IS STRATEGIC PLANNING AND IMPACT ITS
INSUFFICIENCY IN COMPANIES OF AZERBAIJAN
Amil SHIRINOV
Qafqaz University
sirinov.amil@gmail.com
AZƏRBAYCAN
As economy is getting unstable all over the world, there some problems emerge in the
management of companies and in what actions they decide to do for the future. In order to prevent
these mistakes that could be resulted with bankruptcy, it is essential to determine future strategic
actions for companies. In this thesis, we, as a team, analyze the essence of strategic management and
the reason why strategic planning is insufficient in our local startups and professional companies.
Strategic management can be defined as how decisions and actions determine the long-run
performance. It involves some steps that carry any strategic decision to successful results. In the first
step, a company inevitable must be aware of the economic, politic and social environment. Without
environmental scanning, building a strategic structure of a company is almost impossible and inefficient.
Moreover, environmental scanning itself is divided by both external and internal. Scanning of external
environment helps us to determine possible opportunities and treats that a company may face with. On
the other hands, internal circumstances of a company should not be forgotten. By doing internal
scanning, managers can see the strong weak sides of a company and decide how to make an inside
structure. These strengths and weakness formulate the future tends of a company that indicate the place
in the economic market.
At the second stage, managers use their strategic thinking ability to determine future way which a
company wants to follow. Planning includes examining and evaluating the current mission, objectives,
strategies and policies. In the light of current situations SWOT analyses make a pavement for
managers to plan strategically.
After planning period, it is time implement them to real economy. Managers put decided
strategies and policies into action through the development of programs, budgets and procedures.
Implementation is very time consuming and uses companies’ resources very much. However, well-
applied strategy is more effective and a company more successful. The high level of quality of strategy
implementation assesses it to survive and even flourish.
Eventually, the result of strategy implementation should be evaluated and controlled. In order to
make strategy implementation sustainable, controlling the actions is substantial. Although evaluation
and controlling is final stage of strategic management, it also indicates the weakness in applied
planning and provides guideline for the future planning process.
In this paragraph, we will show the goals and objectives of establishing stable planning strategy.
The first aims of companies are undeniably profitability and efficiency. With this way they enhance
there net profits and reduce costs of operations. Others include sustainable growth, well reputation,
and market leadership and so on.
It is well known fact that some companies in Azerbaijan use strategic planning insufficiently or
even do not implement any strategy. In the following part, the impact of insufficient strategy
implementations to our local startups and companies will be highlighted.
Initially, specific strategy makes company more profitable and efficient in many fields. However,
our local companies just think about surviving in market place by increasing their productions and
sales. And they even do not exactly know how it will react the rapid changes in the economy.
Nevertheless, planning before hand considers these types of force major circumstances. Therefore, it
may result with bankruptcy or overdrawing from some part of the market. The other problem may
occur when some opportunities emerge. According to our observation companies in Azerbaijan have
commonly difficulties to adapt new situations and eventually, these gaps in market are captured by
foreign, more sophisticated companies.
In conclusion, it is obvious fact that strategic planning and its flawless implementation create
opportunities, mainly multidivisional ones, to reach their targets and develop their current potential.
Strategic management becomes increasingly important as the environment becomes unstable. The
more sophisticated strategies a company has, the better reaction it shows to problems.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
696
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
MÜASİR DÖVRDƏ BANKLARIN SATIŞ KANALLARI VƏ
AZƏRBAYCANDA TƏTBİQ XÜSUSİYYƏTLƏRİ
Günay CƏFƏRLİ
Qafqaz Universiteti
gjafarli@outlook.com
AZƏRBAYCAN
Müasir bazar iqtisadiyyatı dövründə səmərəli fəaliyyət göstərmək üçün keyfiyyətli təşkil olunmuş
satış kanallarına ehtiyac vardır. Banklar da öz növbəsində rəqabətqabiliyyətli və səmərəli fəaliyyət
göstərmək üçün düzgün seçilmiş marketinq kanallarından istifadə etməlidir. Marketinq kanalları bir
bank üçün xidmət və məhsullarını müştərilərinə çatdırılmasında ən önəmli ünsürdür. Hazırda dünyada
və Azərbaycanda bankların sayı getdikcə artdığından banklar öz məhsul və xidmətlərini müştərilərə
təqdim etmək üçün çox müxtəlif kanallardan istifadə edirlər.
Xidmətlərin və düşüncələrin marketinqində məhsulun fiziki hərəkətindən söz gedə bilməz.
Malların və xidmətlərin istehsalçıdan alıcıya doğru fiziki axın və sahibliyinin mübadiləsi paylama
kanalları ilə təmin olunur. Paylama kanalı malların satışın təmin edən daxili təşkilati vahidlərin və
müəssisə xarici marketinq təşkilatlarının meydana gətirdiyi bir quruluşdur.
Bankların özünəməxsus bəzi xüsusiyyətləri vardır bunları aşağıdakı kimi sadalamaq olar:
Banklar fiziki bir mal deyil. Bu səbəbdən, müştəriyə xidmətin faydaları, istifadə məqsədləri,
xüsusiyyətləri və funksiyaları haqqında məlumat verilməsə, müştəri ümumiyyətlə xidmətin özünə nə
cür bir fayda verəcəyini bilə bilməz. Məsələn; kreditlərin, ev sahibi olma imkanı, tətil edə bilmə ya da
öz cəhdini yarada bilmək olduğu potensial müştərilərə izah edilməlidir.
Bir çox hallarda bank xidmətləri satıcı ya da vasitəçidən ayrıla bilməz. Məsələn, bir müştəri
bankın filiala getmədən, istehlakçı krediti ala bilməz. İstehlakçı krediti almaq üçün bəzən məktub ya
da telefonla müraciət edilə bilər ya da məlumat əldə edilə bilər. Ancaq forumların doldurulması və
kredit əldə etmək üçün müştərinin yenə də bankın filialına getməsi bir zərurətdir. Bunun kimi bir çox
xidmətin istehsal mənbəyindən ayrılmamamasına görə bəzi xidmətlərin paylanmasında birbaşa satış
alternativsiz paylama kanalıdır. Banklar bəzi vasitələrdən istifadə edərək bu sərhədləri aşmağa
çalışırlar.
Xidmətlərin anbara yığmağın mümkünsüzlüyü səbəbindən, banklar xidmət imkanlarını
məhdudlaşdırmaq məcburiyyətindədirlər. Tələbin yüksək olduğu zamanlarda xidmət təminatının
səviyyəsinin artması bankların müştəri itirməsinə səbəb olur.
Bir çox bank əməliyyatlarında bankla müştəri arasında möhkəm əlaqələr qurulur. Banklar
müştərilərin hesabları, maliyyə gücləri haqqında əldə etmiş olduğu məlumatları gizli saxlamaq
məcburiyyətindədir.
Bank müştərisinə məsləhət xidməti təqdim edə bilmək üçün, müştərisini çox yaxşı tanımalıdır.
Bankla müştəri arasında əlaqənin forması və müştərinin istəkləri təqdim ediləcək xidmətin çatdırılması
kanalının quruluşunu təsir edər.
Müasirdövrdə banklarınistifadə etdiyisatış kanallarınanəzəryetirək:
ATM (Automated Tellery Machine)-yəni pul çəkmə maşınları müştərilərə böyük asanlıq təmin
edən alternativ paylama kanallarıdır. Bir çox bankda artıq ATM-lərdə pul yerləşdirilməsi/çəkilməsi,
investisiya əməliyyatları, pul transferləri edilə bilər.
ATM, elektron bankçılıq kimi alternativ paylama kanallarının müvəffəqiyyəti yalnız
texnologiyadan istifadəsi deyil, eyni zamanda marketinq və təşviqat səylərinin də nəticəsidir. Bu
alternativ paylama kanalları banklar üçün həm xərcləri azaldılmasında həm də əməliyyat
sadələşdirilməsini və standartlaşdırmasını təmin edir.
İnternet bankçılıq- İnternet bankçılıq internetin yüksək və ucuz əməliyyat tutumu sayəsində pul
yatırdıb çəkmə xaricində bütün bank əməliyyatlarının ən ucuz xərclə edilməsi nail olur. Belə ki:
İnternet bankçılıq vasitəsi ilə bank müştəriləri pul yatırdıb çəkmə xaricində qalan bütün
əməliyyatları yerinə yetirə bilirlər;
Hesab fakturalarının alınması;
Hesablarındakı pul miqdarının və hesab məlumatlarının öyrənilməsi;
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
697
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Pul transfer əməliyyatları;
Kredit kartı məlumatları əldə etmə və borc ödəmə əməliyyatları;
Valyuta əməliyyatları;
Vergi, Sosial sığorta kimi ödənişlərinin həyata keçirilməsi və bundan əlavə başqaəməliyyatların
internetin olduğu hər bir yerdən həyata keçirilməsi mümkündür.
Plastikkartlar- İstərdebitkartları istərsə də kreditkartlarının əlavə xüsusiyyətləribankların əhə-
miyyətli rəqabət ünsürü halınagəlmişdir. Plastikkartlarınelektronticarətin əvəzolunmaz vasitəsi
olmasından, buticarətyoluilə müxtəlifnöviş imkanları dagündəmə gələcəkdir.
Pos terminallar- Kredit kartları ilə alış-verişin əhəmiyyətli bir parçası olan POS (Point Of Sale)
kredit kartı ilə alış-veriş imkanı təmin edən maşınla) eyni zamanda mağazalarla banklar arasında da
körpü olmaqdadır.
Yuxarıda qeyd etdiyimiz satış kanalları banklara bir çox faydalar verir. Bunlar :
a) Yer faydası
b) Zaman faydası
c) Keyfiyyət faydası
d) Çeşid faydası
Bunlardan müştərilər üçün önəmli olan ilk ikisi barədə aşağıda məlumat verilir.
a) Kotlerin 4C konseptinə uyğun olaraq müasir dövrdə müştərilərə “Convenience” (rahatlıq)
təmin etmək lazımdır. Buna görə də onlar istədikləri məhsulu istənilən yerdən istifadə edə
biləməlidirlər. Müasir satış kanalları bunu təmin edə bilir.
b) Müştərilərin hər hansı bir məhsulu nə zaman istədikləri bilinmir. Buna görə də müştəriləri
24/7 xidmət göstərə bilməlidir.
Yuxarıda qeyd etdiklərimizi nəzərə alsaq hazırkı texnologiyanın inkişaf etdiyi dövrdə bu satış
kanallarından istifadənin vacib olduğunu anlaya bilərik. Buna görə də bu satış kanallarının
Azərbaycanda da tətbiqinə ehtiyac var. Lakin ölkəmizdə bunun tətbiqi və genişləndirilməsi ilə bağlı
çox problemlər vardır: Müştərilərin banklara inamının olmaması, elektron hökumət sisteminin və e-
imzanın tətbiqinin ləngiməsi, internetdən istifadənin genişlənməməsi, sağlam rəqabət mühitinin
olmaması, bank rəhbərlərinin texnologiyadan istifadəyə marağının olmaması bu sahənin təbliğatının
zəif aparılması və.s Bəs bu problemlərlə necə həll etmək olar? Bununla bağlı aşağıdakı təkliflər
göstərilir.
1. İlk öncə əhalidə bu kanallardan istifadə üçün maraq yaratmaq lazımdır. Bunu müxtəlif
sitimullaşdırıcı tədbirlər vasitəsi ilə etmək olar. Bonus sistemi, lotereyaları buna misal göstərmək olar.
2. Əhali arasında texnologiyalardan istifadə və onların faydaları haqqında məlumatlandırıcı tədbirlər
keçirilməlidir.
3. Ölkədə 1 milyondan çox təqaüd və sosial yardım alan əhali olduğunu nəzərə alsaq, dövlət həmin
əhaliyə nağd pul vəsaitinin çıxarılması ilə bağlı məhdudiyyətlərinin tətbiqi ölkədə nağdsız alış-verişin
həcmində artıma səbəb ola bilər. Bu nağdız alış-verişdən başqa ölkə iqtisadiyyatının digər sahələrinə
də müsbət təsir edər.
4. Fiziki şəxslər arasında e-imzanın verilməsini genişləndirmək lazımdır ki, müqavilə və digər
sənədlər üçün vaxt itirilməsin.
5. Elektron ticarətin genişləndirilməsi üçün e-ticarət şirkətlərinə müxtəlif vergi və gömrük güzəştləri
tətbiq edilməlidir ki, bu sahəyə sahibkarların marağı artsın. Bu da öz növbəsində bankların fəaliyyətini
daha səmərəli təşkil etməyə imkan yaradacaq.
6. Bu işləri həyata keçirərkən QHT-lər, Özəl banklar, Mərkəzi bank və dövlət orqanları birlikdə tam
fəaliyyət göstərməlidir.
Dostları ilə paylaş: |