1.Elektroqravimetrik analiz metodu – analiz olunan nümunə
məhlulundan elektrik cərəyanı keçirildikdə təyin olunan məddənin elektrodlar üzərində toplaraq ayrılmasına və kütləsinin təyininə əsaslanır. Əksər hallarda bu metoda təyinat kütləsi əvvəlcədən məlum olan platin elektrodunun kütləsinin artmasına görə aparılır. Elektroqravimetrik analiz metodunun özü sabit cərəyanda elektroqravimetriya, sabit potensialda elektroqravimetriya və xarici cərəyan mənbəyindən istifadə edilmədən aparılan elektroqravimetriya, yəni daxili elektroliz olmaqla üç yerə bölünür.
Dostları ilə paylaş: |