4.Potensiometrik analiz metodu – analiz olunan nümunə məhluluna
salınmış standart və indikator elektrodlarının potensialının ölçülməsinə əsaslanır. Bu zaman ölçülən potensialın qiyməti təyin olunan maddənin qatılığından və
temperaturdan asılı olur.
5.Konduktometrik analiz metodu – analiz olunan nümunə məhlulunun
elektrik keçiriciliyinin ölçülməsinə əsaslanır.
Bütün məlum elektrokimyəvi analiz metodları həm də elektrodların səthində və elektrodlar ətrafı sahədə baş verən proseslərin öyrənilməsinə görə iki yerə bölünür.
1.Elektrodlar səthində baş verən proseslərin öyrənilməsinə əsaslanan metodlar. Bu metodlara elektroqravimetriya, polyaroqrafiya, kulonometriya və
potensiometriya metodları aiddir.
2.Elektrodlar ətrafı sahədə baş verən proseslərin öyrənilməsinə əsaslanan
metodlar. Buraya konduktometrik və xronokonduktometrik analiz metodları aiddir.
Deməli elektrokimyəvi analiz metodları maddənin elektrokimyəvi
xassələrinin öyrənilməsinə əsaslanır. Qeyd etmək lazımdır ki, elektrokimya kimyəvi və elektrik enerjilərinin bir-birinə çevrilmə qanunauyğunluqlarını öyrənir. Kimyəvi reaksiyalar adətən istiliyin ayrılması və ya udulması ilə gedir, yəni kimyəvi enerji
dedikdə ayrılan və ya udulan istilik miqdarı başa düşülür. Deməli kimyəvi
reaksiyaların əsas xarakteristikası istilik effektidir. Elektrokimyəvi reaksiyalar dedikdə isə elə reaksiyalar başa düşülür ki, ya bu reaksiyalar xarici elektrik cərəyanının təsiri ilə baş versin, ya da bu reaksiyalar nəticəsində elektrik cərəyanı yaransın. Beləiklə kimyəvi reaksiyaların enerji xarakteristikası istilik effekti,
elektrokimyəvi reaksiyaların enerji xarakteristikası isə elektrik enerjisidir.
Verilmiş reaksiyanın kimyəvi reaksiya kimi getməsi üçün onun bir neçə zəruri xüsusiyyəti müşahidə olunmalıdır. Kimyəvi reaksiyanın birncə mühüm xüsusiyyəti ondan ibarətdir ki, reaksiyaya daxil olan komponentlər bir-biri ilə toqquşmalıdır. Əgər başlanğıc maddələrin hissəcikləri toqquşmursa kimyəvi reaksiyanın getməsi mümküt deyildir. Kimyəvi reaksiyanın ikinci mühüm xüsusiyyəti toqquşan hissəciklərin qarşılıqlı təsirdə olaraq birindən digəriən elektron keçidinin baş verməsidir. Toqquşan hissəciklərin reaksiyaya daxil olması onların enerji ehtiyatından, daha doğrusu aktivləşmə enerjisindən asılıdır. İon reaksiyalarının baş verməsi zamanı aktivləşmə enerjisinin çox kiçik qiyməti kifayət edir və bu reaksiyalarda elektron keçidi zamanı onun getdiyi məsafə təxminən öz ölçüsü tərtibində olur. Qeyd etmək lazımdır ki, ionlaşma enerjisi kimyəvi
reaksiyaların ən mühüm xarakteristikası hesab olunur.
Kimyəvi reaksiyanın üçüncü mühüm xüsusiyyəti toqquşan hissəciklər
arasında elektron keçidinin istənilən müxtəlif istiqamətlərdə və xaotik olaraq baş verməsidir. Buna səbəb toqquşan hissəciklərin özlərinin müxtəlif istiqamətlərdə qarşılıqlı təsirdə olması və reaksiyaya daxil olarkən müxtəlif vəziyyətlərdə
olmasıdır.
Verilmiş kimyəvi reaksiyanı elektrokimyəvi reaksiyaya çevirmək üçün ilk növbədə reaksiya aparılan mühitdə elektrik cərəyanının keçidini təmin etmək lazımdır. Elektrik cərəyanı yüklü hissəciklərin nizamlı hərəkəti olduğundan bu zaman elektronların yalnız bir istiqamətdə nizamlanmış keçidinə nail olmaq tələb olunur. Bundan başqa elektrik cərəyanının yaranması üçün bir komponentdən digərinə elektronun keçməsi zamanı getdiyi yol onun ölçüsündən kifayət qədər böyük olmalıdır. Ona görə də kimyəvi reaksiyanı elektrokimyəvi reaksiyaya çevirmək üçün başlanğıc maddələr bir-biri ilə bilavasitə təmasda olmamalı, yəni birbirindən ayrılmalıdır. Lakin aydındır ki, başlanğıc maddələrin bir-birindən ayrılması zamanı reaksiya baş vermir. Ona görə də elektrokimyəvi reaksiyanın baş verməsi üçün başlanğıc maddələri bir-birindən ayırmaqla yanaşı əlavə şərait yaratmaq lazımdır. Bu şəraitin yaradılması nəticəsində elektronların bir hissəcikdən digər hissəciyə keçidi təmin olunmalıdır. Bunun üçün reaksiyaya daxil olan maddələr birbirindən ayrıldıqdan sonra onların məhlullarına elektrod adlanan lövhələr daxil edilir və bu lövhələr bir-biri ilə keçirici naqillə birləşdirilir. Lakin qeyd etmək lazımdır ki, bu da elektrik cərəyanının yaranmasını və beləliklə də elektrokimyəvi
reaksiyanın getməsini təmin etmir.
Elektrokimyəvi reaksiyanın getməsi üçün elektrik cərəyanı xarici naqillə yanaşı analiz olunan məhluldan da keçməlidir. Bunu müxtəlif üsullarla, məsələn, duz körpüsündən istifadə etməklə təmin etmək olar. Elektrokimyəvi reaksiyaların baş verməsi zamanı başlanğıc maddələr yalnız elektrodların köməyilə qarşılıqlı təsirdə olur. Bu zaman reaksiyanın energetik parametrləri, yəni termiki parametrləri sabit qalır, kinetik parametrləri isə dəyişir. Elektrokimyəvi reaksiyanın sürəti reaksiyaya daxil olan maddələrin qatılığı, temperatur, katalizator və s.-lə yanaşı
elektrod potensialının qiymətindən asılı olur. Qeyd etmək lazımdır ki,
elektrokimyəvi reaksiyaların sürəti elektrod potensialının qiyməti ilə funksional asılılıqdadır. İstənilən elektrokimyəvi reaksmiyanı aparmaq üçün elektrokimyəvi element yaratmaq lazımdır. Elektrokimyəvi element eyni məhlula salınmış iki elektroddan və yaxud bir-biri ilə əlaqədə olan iki müxtəlif məhlula salınmış iki elektroddan ibarətdir.
Elektrokimyəvi elementlərdə elektrod-məhlul sərhəddində elektrod
potensialı, məhlul-məhlul sərhəddində isə maye diffuziya potensialı yaranır və bu potensiallar elektrokimyəvi elementin elektrik hərəkət qüvvəsini müəyyən edir. Hər bir elektrokimyəvi elementdə reaksiyanın getməsi həmin elementin elektrik hərəkət qüvvəsindən asılıdır. Ümumiyyətlə bütün elektrokimyəvi elementləri iki yerə
bölmək olar.
1.Qalvanik element
2.Elektrolitik dövrə
Qalvanik element ele elektrokimyəvi elementə deyilir ki, bu elementdə elektrodlar üzərində reaksiyalar özbaşına gedir və bu reaksiyalar nəticəsində bir elektroddan digərinə elektron axını baş verir, yəni elektrik cərəyanı yaranır. Deməli qalvanik element elektrik cərəyanı mənbəyi rolunu oynayır. Elektrolitik dövrədə isə elektrodlar səthində reaksiyalar özbaşına getmir. Elektrodlar səthində gedən reaksiyalara sadə şəkildə elektrod reaksiyaları adlanır. Bu elektrokimyəvi elementlərdə elektrod reaksiyalarının getməsi üçün element xarici cərəyan mənbəyinə birləşdirilir və cərəyan mənbəyindən elementə onun elektrik hərəkət qüvvəsindən böyük və əks işarəli elektrik hərəkət qüvvəsi verilir. Beləliklə qalvanik elementdə elektrod reaksiyalarının baş verməsi hesabına elektrik cərəyanı yaranır,
elektrolitik dövrədə isə elektrik cərəyanının təsiri isə elektrod reaksiyaları baş verir.
Qalvanik elementə misal olaraq Daniel qalvanik elementini göstərmək olar. Əvvəl qeyd etdiyimiz kimi, Daniel qalvanik elementi öz duzları məhlullarına salınmış sink və mis elektrodlarından ibarətdir. Bu qalvanik elemetin sadə şəkildə
sxemini aşağıdakı kimi göstərmək olar.
Dostları ilə paylaş: |