Microsoft Word 0afcfa0d2aaf630adc556c4ccb327f855243153ca5d55a7e5856d334e308f015



Yüklə 105,29 Kb.
səhifə6/8
tarix02.01.2022
ölçüsü105,29 Kb.
#35585
1   2   3   4   5   6   7   8
HƏBİBOVA ÜLVİYYƏ KİMYA SƏRBƏST İŞ İT 019

Cu 2 SO42 SO42 Zn2

Sink duzu məhluluna salınmış sink metallı qalvanik elementin

elektrodlarından birini təşkil edir. Qeyd etmək lazımdır ki, elektrokimyəvi elementin elektrodları həm də onun yarımelementləri adlanır. İstənilən elektrod oksidləşdirici və reduksiyaedicidən ibarət olduğundan onu oksidləşdirici-reduksiyaedici cütü şəklində göstərmək olar. Deməli onda sink elektrodu Zn2/ Zn şəklində

göstərilməlidir. Bu yazılışda şaquli xətt məhlul-metal sərhəddini göstərir. Elementin ikinci elektrodu isə öz duzu məhluluna salınmış mis lövhədən ibarətdir. Buna mis elektrodu və ya elektrokimyəvi elementin mis yarımelementi deyilir və Cu 2/Cu şəklində göstərilir.

Metal lövhələr öz duzu məhluluna salındıqdan sonra xarici keçirici naqil vasitəsilə birləşdirilir. Bu keçirici naqildən istifadə etməkdə məqsəd elektronların bir elektroddən digərinə keçməsini təmin etməkdir. Lakin qalvanik elementin elektrodlarının keçirici naqillə birləşdirilməsi hələ elektrik cərəyanı yaranmır. Qeyd etmək lazımdır ki, elektrik cərəyanı yalnız qapalı dövrə əmələ gəldikdə yaranır. Bunun üçün, yəni dövrənin qapanmasını təmin etmək üçün elektronların keçidinə əks istiqamətdə anionların keçidini təmin etmək lazımdır. Bu məqsədlə də duz körpüsündən istifadə olunur. Duz körpüsü U-şəkilli boru olub, içərisinə doymuş KCl və aqar-aqar məhlulu doldurulur. Aqar-aqar məhlulundan istifadə etməkdə

məqsəd KCl məhlulunun axıcılığının qarşısını almaqdır.

Dövrə qapandıqdan sonra sink elektrodunun səthində oksidləşmə prosesi baş verir və əmələ gəlmiş Zn2 ionları məhlula keçir. Ondan ayrılan elektronlar isə xarici naqillə mis elektroduna keçir. Mis elektrodunun səthində elektron artığı yarandığından məhlulda olan Cu 2 ionları onun səthinə gələrək reduksiya olunur. Sink və mis elektrodları səthində gedən reaksiyaları birləşdirsək bu qalvanik

elementdə gedən reaksiyanı ümumi şəkildə aşağıdakı kimi göstərmək olar.



Cu 2Zn Cu Zn2

Deməli sink-mis qalvanik elementinin işləməsi zamanı sink lövhə salınmış məhlulda Zn2 ionlarının, mis lövhə salınmış məhlulda isə SO42 anionlarının artığı yaranır. Ona görə də sink elektrodu salınmış məhluluda Zn2 ionlarının duz körpüsünə, daha döğrusu mis elektroduna tərəf miqrasiyası baş verir və mis elektrodu qalvanik elementin katodu adlanır. Eyni qayda ilə mis lövhə salınmış məhlulda SO42 ionları duz körpüsünə, daha doğrusu sink elektroduna tərf miqrasiya edir və sink elektrodu qalvanik elementin anodu adlanır.

Beləliklə, qalvanik elementin işləməsi zamanı xarici naqillə elektron keçidinin baş verməsi ilə yanaşı, duz körpusu vasitəsilə əks yüklü ionların miqrasiyası baş verir və təkcə xarici naqildə deyil, həm də duz körpüsündə elektrik cərəyanı yaranır. Ümumiyyətlə qalvanik elementin işləməsi zamanı yaranan cərəyan əslində elementin müxtəlif hissələrində üç müxtəlif yolla keçir.

1.Elektrodlarda və onları birləşdirən naqildə elektrik cərəyanı elektronların

nizamlı hərəkəti hesabına keçir.

2.Məhlulda və duz körpüsündə elektrik cərəyanı bir-birinə əks istiqamətdə miqrasiya edən ionların hesabına keçir. Qeyd edək ki, duz körpüsündə cərəyan mis elektroduna tərəf hərəkət edən K və sink elektroduna tərəf hərəkət edən Cl ionlarının hesabına yaranır.

3.Elektrodların səthində oksidləşmə və ya reduksiya prosesinin getməsi hesabına keçir və bu zaman məhlulun ion elektrik keçiriciliyi elektrodların elektron keçiriciliyi ilə qapalı dövrə əmələ gətirir. Bu oksidləşmə və reduksiya reaksiyaları ion keçiriciliyini elektron keçiriciliyinə və əksinə elektron keçiriciliyini ion keçiriciliyinə çevirir.

Qeyd etmək lazımdır ki, istənilən yarımelementin işləməsi üçün onun digər yarımelementlə əlaqələndirilməsi əsas şərtdir. Yəni yarımelement ayrılıqda olduqda işləyə bilmədiyi üçün onun səthində oksidləşmə və ya reduksiya reaksiyası getməsi

mümkün deyildir və ona görə də yarımelement ayrılıqda olduqda onun potensialından danışmaq olmaz.


Yüklə 105,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin