Microsoft Word 0afcfa0d2aaf630adc556c4ccb327f855243153ca5d55a7e5856d334e308f015



Yüklə 105,29 Kb.
səhifə1/8
tarix02.01.2022
ölçüsü105,29 Kb.
#35585
  1   2   3   4   5   6   7   8
HƏBİBOVA ÜLVİYYƏ KİMYA SƏRBƏST İŞ İT 019


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN nəzdində

QİDA SƏNAYESİ KOLLECİ

Sərbəst iş

Fənn: Kimya

Kurs: İT - 019

Mövzu: Fiziki - Kimyəvi analiz metodları

Tələbə: Həbibova Ülviyyə

Müəllim: Könül Əmiraslanova

Bakı 2020

Plan :

  1. Fiziki - kimyəvi analiz metodları

  2. Elektrokimyəvi analiz metodları

  3. Spektral analiz metodları

  4. Ədəbiyyat siyahısı

1.Fiziki-kimyəvi analiz metodları

Məlum olduğu kimi analitik metodlar analitik siqnalın alınmasına və intensivliyinin ölçülməsinə görə kimyəvi, fiziki-kimyəvi və fiziki metodlar olmaqla 3 qrupa bölünür.



Fiziki-kimyəvi analiz metodları kimyəvi tarazlıqda olan sistemdə maddələrin tərkibi və xassələri arasındakı asılılığın öyrənilməsinə əsaslanır. Bu metodlarla təyinatın nəticələri bir qayda olaraq «tərkib-xassə» qrafiki asılılıqları ilə ifadə olunur. Bu asılılıqlardan istifadə etməklə analiz olunan sistemdə olan maddələrin vəsfi və miqdari təyinatı aparılır. Fiziki-kimyəvi analiz metodları ilə maddələrin tərkibinin vəsfi və miqdari təyini üçün onların olduqca müxtəlif xassələrindən istifadə olunur. Bu xassələrdən asılı olaraq fiziki-kimyəvi analiz metodlarını 3 qrupa bölmək olar.

1. Elektrokimyəvi analiz metodları

2.Spektral analiz metodları

3.Digər metodlar

Qeyd etmək lazımdır ki, kimyəvi analiz metodları elmi-texniki tərəqqinin nəticələri, habelə elm, texnika və xalq təsərrüfatının daim yeniləşən sahələrinin, eləcə də yeni sahələrinin inkişafı ilə əlaqədar lazımi təlabatlara cavab vermək iqtidarında deyil. Müasir elm və texnika analitik kimyanın qarşısına qoyduğu ən mühüm məsələlərdən biri təyinatın aşağı sərhəddinin 105 1010% -ə qədər azaldılmasından ibarətdir. Buna səbəb yarımkeçiricilər, atom və nüvə texnikası və s. kimi sənaye sahələrində istifadə edilən materialların tərkibində göstərilən miqdar kənar qarışıqlar olduqda onların xassələrinə əhəmiyyətli dərəcədə təsir etməsidir. Məsələn, yarımkeçiricilər sənayesində istifadə edilən silisium, germanium və s. kimi materialların təkibində kənar qarışıqların miqdarı 1010% -dən böyük olduqda artıq istifadəyə yarasız hesab olunur. Göstərilən bu cür kiçik miqdarları fiziki-kimyəvi analiz metodlarının köməyilə təyin etmək mümkün olduğundan fiziki-kimyəvi analiz metodları kimyəvi analiz metodları ilə müqayisədə daha yüksək həssaslığa malik olur. Buna gərə də hazırda fiziki-kimyəvi analiz metodları daha geniş tətbiq olunur.

Fiziki-kimyəvi analiz metodlarının digər mühüm və üstün xüsusiyyəti onların ekspres olması, yəni analizin yüksək sürətlə aparılmasının mümkünlüyüdür. Bu da istehsal müəssisələrində istifadə olunan xammal və istehsal olunan məhsulun tərkibi haqqında vaxtında məlumat əldə etməyə və məhsulun keyfiyyəti lazımi tələbatlara cavab vermədikdə istehsal prosesinə müdaxilə etməyə imkan verir.

Fiziki-kimyəvi analiz metodlarından istifadə etməklə bilavasitə analiz olunan nümunəyə toxunmadan da analiz aparmaq mümkündür. Buna misal olaraq səma cisimlərinin analizini göstərmək olar. Fiziki-kimyəvi analiz metodları ilə analiz olunan nümunəni parçalamadan və ya məhlula keçirmədən də analiz etmək mümkündür. Bu cür analizin aparılması xüsusilə kriminalistika, tibb və s. kimi sahələrdə mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, fiziki-kimyəvi analiz metodları ilə təyinatlar həm də daha yüksək seçiciliyə olması baxımından kimyəvi analiz metodlarından fərqlənir. Bu metodların yüksək seçiciliyə malik olması əksər hallarda təyinatın bilavasitə kənar komponentlər iştirakında aparlmasının mümkünlüyüdür.

Analizin aparılmasından asılı olaraq fiziki-kimyəvi analiz metodları birbaşa və dolayı metodlara bölünür. Birbaşa təyinat metodları analiz olunan maddənin təbiətindən və qatılığından asılı olaraq analitik siqnal rolu oynayan hər hansı bir xassəsinin ölçülməsinə əsaslanır. Belə xasslərə misal olaraq optiki sıxlıq, diffuziya cərəyanı, elektrod potensialı, yarımdalğa potensialı, elektrik keçiriciliyi və s. göstərmək olar. Dolayı təyinat metodları analiz olunan maddə məhlulunun qatılığı dəqiq məlum olan titrant məhlulla titrlənməsinə və bu zaman analitik siqnal rolu oynayan xassənin dəyişən intensivliyinin ölçülməsinə əsaslanır. Dolayı metodlar titrləmə prosesinə əsaslandığından onlara həm də titrləmə metodları deyilir və bu metodlarda təyinatın nəticələrinə əsasən analitik siqnalın intensivliyi ilə titrantın həcmi arasında, yəni J Vt koordinatlarında titrləmə əyriləri qurulur.


Yüklə 105,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin