Microsoft Word 0afcfa0d2aaf630adc556c4ccb327f855243153ca5d55a7e5856d334e308f015



Yüklə 105,29 Kb.
səhifə7/8
tarix02.01.2022
ölçüsü105,29 Kb.
#35585
1   2   3   4   5   6   7   8
HƏBİBOVA ÜLVİYYƏ KİMYA SƏRBƏST İŞ İT 019

3. Spektral analiz metodları

maddələrin elektromaqnit şüaları ilə qarşılıqlı təsiri zamanı müşahidə olunan hadisə və effektlərin öyrənilməsinə əsaslanır. Maddələrin spektral analiz metodları ilə təyinatı onların elektromaqnit şüalarını udması və ya buraxmasına görə aparılır. Maddənin elektromaqnit şüalarını udması absorbsiya, özündəndən elektromaqnit şüaları buraxması isə emissiya adlanır. Məhz maddələrin elektromaqnit şüalarını udması və ya buraxmasına görə spektral analiz metodları iki qrupa bölünür.

1.Absorbsion spektral analiz metodları

2.Emission spektral analiz metodları

Maddələri spektral analiz metodlarından istifadə etməklə molekullar və ya atomlar şəklində analiz etmək mümkündür. Maddələrin molekullar və ya atomlar şəklində analiz olunmasından asılı olaraq spektral analiz metodları iki qrupa bölünür.

1.Atom spektral analiz metodları

2.Molekulyar spektral analiz metodları

Adından göründüyü kimi molekulyar spektral analiz metodları, başqa sözlə molekul spektroskopiyası maddələrin molekullar və ya mürəkkəb tərkibli digər hissəciklər şəklində elektromaqnit şüaları ilə qarşılıqlı təsirinə əsaslanır. Atom spektral analiz metodları və ya başqa sözlə atom spektrokopiyasında isə maddələr atomlaşdırıldıqdan, yəni müəyyən üsullarla atomlarına parçalanmasından sonra elektromaqnit şüaları ilə qarqılıqlı təsirə öyrənilir. Həm atom, həm də molekul spektral analiz metodlarında təyinat elektromaqnit şüalarının absorbsiyası və emissiyasına əsaslandığından həm iki spektroskopiyanın həm absorbsion, həm də emission metodları vardır. Beləliklə də ümumilikdə spektral analiz metodlarını molekulyar absorbsion, molekulyar emission, atom absorbsion və atom emission analiz metodları olmaqla dörd qrupa bölmək olar.

Qeyd etmək lazımdır ki, spektral analiz metodları həm də optiki və ya spektrokimyəvi analiz metodları adlanır. Bu metodların spektrokimyəvi analiz metodları adlandırılmasına səbəb analitik siqnal kimi spektrdən istifadə edilməsidir. Deməli spektral analiz metodlarında maddələrin spektrlərinə əsasən kimyəvi tərkibi təyin edilir. Ümumiyyətlə maddələrin elektromaqnit şüaları ilə qarşılıqlı təsiri zamanı ölçülə bilən xassəsi ilə şüanın tezliyi və ya dalğa uzunluğu arasındakı qrafiki asılılıq spektr adlanır. Spektrdən istifadə etməklə maddələrin vəsfi və miqdari tərkibi təyin edilir. Başqa sözlə spektrin formasına görə maddələrin vəsfi, intensivliyinə görə isə miqdari analizi aparılır. Hər bir maddənin spektri individual olur, yəni yalnız həmin maddənin özünə məxsus olur. Ona görə də maddələrin spektrlərindən həm onların identifikasiyası, yəni təmizliyinin yoxlanılması üçün istifadə olunur.

Spektral analiz metodları analiz olunan maddə molekulları və ya atomları tərəfindən elektromaqnit şüalarının udulması və ya emissiyasına əsaslandığından bu şüaların təbiəti və təsnifatını nəzərdən keçirmək lazımdır. Qeyd etmək lazımdır ki, adi görünən işıq da elektromaqnit şüasıdır. İşıq, eləcə də elektromaqnit şüaları ikili təbiətə, yəni dalğa və korpuskulyar, başqa sözlə hissəcik təbiətinə malikdir. Elektromaqnit şüalarının dalğa təbiətinə malik olması üç kəmiyyət – dalğa uzunluğu, dalğa ədədi və şüanın rəqs tezliyi ilə, korpuskulyar, yəni foton (hissəcik) təbiətinə malik olması onun enerjisi ilə xarakterizə olunur. Qeyd etmək lazımdır ki, elektromaqnit şüalarının dalğa təbiətindən onların əks olunması, səpilməsi və eləcə də interferensiya, difraksiya və sınması hadisələrini izah etmək üçün istifadə olunur. Hissəcik təbiətindən isə atom və molekullar tərəfindən elektromaqnit şüalarının udulması və buraxılması hadisələrinin izahı üçün istifadə edirlər.

Şüanın rəqs tezliyi ν ilə işarə olunur və bir saniyədəki rəqslərin sayını göstərir. Tezlik herslərlə (hs) ölçülür. Rəqs tezliyinin yüksək qiymətlərini ifadə etmək üçün isə kilohers (khs), meqahers (mhs) və s. vahidlərdən istifadə olunur: 1 khs=103 hs, 1 mhs=106 hs. Məsələn, görünən şüanın qırmızı spektrinə uyğun şüaların tezliyi 41014 hs , yaşıl spektrinə uyğun şüaların teziliyi isə 61014 hs -ə bərabərdir.

Elektromaqnit şüalarının dalğa uzunluğu λ ilə işarə olunur və bir fazada rəqs edən iki nöqtə arasında ən kiçik məsafəni göstərir. Başqa sözlə dalğanın bir müstəvi üzərində olan iki maksimum və ya iki minimumu arasındakı məsafə dalğa uzunluğu adlanır.



Dalğa uzunluğunun Beynəlxalq vahidlər sistemində vahidi metrdir. Lakin dalğa uzunluğunun ifadəsi üçün daha çox metrin hissələrindən – santimetr, millimetr, mikrometr və nanometrdən istifadə olunur. 1 nm=10-9 m. Məsələn, görünən şüanın yaşıl spektrinə uyğun şüaların dalğa uzunluğu 500550 nm və ya 5105 5,5105 sm-ə bərabərdir. Dalğa uzunluğu bəzən anqstremlə ( A0) ifadə olunur. 1A0 1010 m. Dalğa uzunluğundan asılı olaraq elektromaqnit şüalarını aşağdakı şəkildə təsnifatlaşdırırlar.



  1. γ-şüalar 104 101nm

  2. Rentgen şüaları 101 10nm

  3. Ultrabənövşəyi şüalar 10 400nm

  4. Görünən şüalar  400 760nm

  5. İnfraqırmızı şüalar  760 106 nm

  6. Mikrodalğalar 103 1m

  7. Radiodalğalar 1m

Elektromaqnit şüalarının dalğa uzunluğu ilə rəqs tezliyi arasındakı asılılıq aşağıdakı kimidir.


Yüklə 105,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin