III.
Hüquqlar
26. Həkim-laborant aşağıdakı hüquqları vardır:
26.1. müstəqil surətdə laboratoriya tədqiqatları aparmaq və onların nəticələrini
aydınlaşdırmaq;
26.2. laboratoriya tədqiqatları aparılması prosesinin təkmilləşdirilməsi, o
cümlədən özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə
rəhbərliyə təkliflər vermək;
26.3. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, onların həvəsləndirilmə və tənbeh edilmə üzrə rəhbərliyə təkliflər vermək;
26.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
26.5. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
26.6. laboratoriya əməkdaşlarının rəhbərliyi altında elmi iş aparmaq;
26.7. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
27. Həkim-laborant Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |