350. Məhkəmə icraatının hansı mərhələsində hər kəsin
müdafiə hüququ təmin olunur?
- Məhkəmə icraatının istənilən mərhələsində.
351. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci
maddəsinin IX hissəsinə görə ədalət mühakiməsi nəyə
əsaslanır?
- Təqsirsizlik prezumpsiyasına əsaslanır.
352. Azərbaycan Respublikasında məhkəmə icraatı hansı
dildə aparılır?
- Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq
yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində.
353. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı
dili bilməyən şəxslərin hansı hüquqları təmin edilir?
- Həmin şəxslərin işin materialları ilə tam tanış olmaq,
məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə
ana dilində çıxış etmək hüququ təmin edilir.
Dostları ilə paylaş: |