362. Başqa hakimlərin işdən kənarlaşdırılması haqqında
qərar Azərbaycan Respublikasının Milli Məclisində neçə səs
çoxluğu ilə qəbul edilir?
- 63 səs çoxluğu ilə.
363. Məhkəmənin qəbul etdiyi qərarlar hansı subyektin
adından çıxarılır?
- Dövlətin adından çıxarılır.
364. Məhkəmənin qəbul etdiyi qərarların icrası
məcburidirmi?
- Bəli, onların icrası məcburidir.
365. Azərbaycan Respublikasının Konstitusiya Məhkə-
məsi neçə hakimdən ibarətdir?
- 9 hakimdən.
366. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə-
sinin hakimlərini hansı orqan və ya vəzifəli şəxsin təqdimatı
ilə və hansı orqan və ya vəzifəli şəxs təyin edir?
- Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə
Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
Dostları ilə paylaş: |