369. Hansı orqan Azərbaycan Respublikasının müvafiq
orqanlarının sorğusu əsasında Azərbaycan Respublikasının
Konstitusiyasını və qanunlarını şərh edir?
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi.
370. Hansı orqan qanunvericilik, icra və məhkəmə
hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı
mübahisələri həll edir?
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi.
371. Hər kəs onun hüquq və azadlıqlarını pozan
qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ
aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla və
müəyyən edilmiş qaydada Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci
bəndlərində göstərilən məsələlərin hansı orqan tərəfindən
|