mətbuatda dövlət senzurasına yol verilirmi?
- Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda
dövlət senzurası qadağandır.
138. Hansı yaradıcılıq növləri vardır?
- Ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növləri
vardır.
139. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci
maddəsində “Azərbaycan Respublikası vətəndaşı”na necə
anlayış verilmişdir?
- Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və
hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs
Azərbaycan Respublikasının vətəndaşıdır.
Dostları ilə paylaş: |