Microsoft Word Арабов Дизайн 280613. doc


Şəkil 17. Müxtəlif tektonik sistemin formadəyişməsinə təsir



Yüklə 4,71 Mb.
Pdf görüntüsü
səhifə20/60
tarix02.01.2022
ölçüsü4,71 Mb.
#1791
1   ...   16   17   18   19   20   21   22   23   ...   60
    Şəkil 17. Müxtəlif tektonik sistemin formadəyişməsinə təsir          
edən materialların fiziki xüsusiyyətləri. (Borusovskiyə görə). 
 
Şəkil 17-də sıxılma və dartılmanı xarakterizə edən müxtəlif 
materialların fiziki xüsusiyyətləri verilmişdir. Beləliklə, formadəyişmə 
və tektonik forma kompozisiyanın əsas elementlərindən biridir və 
gözəl forma almaq üçün əsasdır. 
 


 
31
9. HARMONIKA 
 
Harmonika – yunanca nizam, əlaqə, həmahənglik, 
mütənasiblik mənasını verir.  
Harmonika – təzahür və proseslərin daxili və xarici nizami 
uyğunluğu, bütövlüyü deməkdir. 
Estetikada harmonika – gözəlliyin ən mühüm əlamətlərindən biri 
olub, estetik obyektlərin məzmun və formasının uyğunluğu və 
bütövlüyünü xarakterizə edir.  
İncəsənətdə harmonika – bədii forma, (ədəbiyyatda 
kompozisiyanın vəhdəti) sənətkarın estetik ideyaları  və onun həyat 
həqiqətlərinə sədaqətindən asılıdır. 
 Texnikanın yaradılmasında, harmonikanı gözləmək lazımdır. 
Tarix boyu harmonika üç mənada qəbul olunmuşdur. 
 
1.
 
Riyazi             2. Estetik        3. Bədii 
 
Harmonikanın riyazi mənası, bərabərlik deməkdir. Hissələrin 
ölçülərinin bir-birinə uyğunluğu və onların da tam ölçüyə 
mütənasibliyi gözlənilməlidir. Harmonikanın riyazi mənası saydadır, 
keyfiyyətdə deyil. 
Harmonikanın estetik mənası, estetik hisslər  əsasında keyfiyyət 
göstəricilərinin yaxşılaşdırılmasını nəzərdə tutur. 
Harmonikanın bədii baxımdan təminatı, onun incəsənətlə 
bilavasitə əlaqəsi ilə müəyyən edilir. 
Harmonikanın bu üç amili əksər hallarda bir-biri ilə bilavasitə 
əlaqədardır. 
 
 
 
 


 
32
10. TƏNASÜB VƏ MÜTƏNASIBLIK 
 
Mütənasiblik dedikdə,cisimlərin hissələri arasında ölçülərin 
nisbətinin gözlənilməsi nəzərdə tutulur. Bu nisbətin pozulması  bədii 
təzahürü azaldır. Qədim Misirdə riyaziyyatçılar, filosoflar
arxitektorlar mütənasibliyə böyük  diqqət yetirmişlər. Tərəfləri 3:4:5 
nisbətində olan məşhur misir üçbucağı piramidaların tikilişində geniş 
istifadə olunub. Piramidanın yan tərəfinin hündürlüyü 3:5=0,6≈0,618  
qızıl bölgü nisbətinə uyğundur. (Şəkil 18). 
 

Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin