Microsoft Word Belediyyelerde arxiv ishi-toplu-son variant


Sənədlərin saxlamaq və məhv etmək üçün ayrılması işinin təşkili və onun rəsmiləşdirilməsi



Yüklə 125,57 Kb.
səhifə49/50
tarix22.01.2022
ölçüsü125,57 Kb.
#51487
1   ...   42   43   44   45   46   47   48   49   50

Sənədlərin saxlamaq və məhv etmək üçün ayrılması işinin təşkili və onun rəsmiləşdirilməsi





    1. Sənədlərin saxlanma müddətlərini müəyyən etmək, yaxud məhv etmək üçün ayırmaq işini həyata keçirmək məqsədilə idarələrdə daimi fəaliyyət göstərən ekspert komissiyaları yaradılır. Onların tərkibinə idarənin rəhbər işçilərindən birinin sədrliyi ilə əsas struktur bölmələrin ixtisaslı mütəxəssisləri, həmçinin müvafiq dövlət arxivlərinin nümayəndələri daxil edilir.

    2. Ekspert komissiyaları öz işində «Milli arxiv fondu haqqın- da» Azərbaycan Respublikası Qanununu, həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabi- netinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş normativ-hüquqi aktları, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatı, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin normativ hüquqi sənədlərini rəhbər tuturlar. Ekspert komissiyaları arxiv və kargüzar- lıq xidmətilə yanaşı, sənədlərin saxlamaq və məhv etmək üçün se- çilməsi qaydalarını müəyyən edir, onların dəyərinin ekspertizasını təşkil edir və ona nəzarəti həyata keçirir. Bu işdə dövlət arxivlərinə verilməli olan sənədlərə xüsusi diqqət yetirilir.

    3. Sənədlərin daimi mühafizə və məhv etmək üçün seçil- məsi Azərbaycan Respublikasının müvafiq sahə üzrə qanunverici- likdə müəyən olunmuş qaydalara uyğun aparılır. Siyahıda saxlan- ma müddəti «daimi» göstərilmiş sənədlər «Milli arxiv fondu haqqın- da» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müd- dətlərdən sonra müvafiq dövlət arxivlərinə təhvil verilməlidir. Daimi saxlanma müddətli sənədlərin dövlət mühafizəsinə qanunla mü-əy- yən olunmuş müddətdə təhvil verilməsinə idarə məsuliyyət daşıyır. Sənədlərin idarələrdə saxlanmasının son müddətləri «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə aşağı- dakı kimi müəyyən edilmişdir:

      1. respublika dövlət hakimiyyət orqanlarının sənədləri üçün — 15 il;

      2. rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün — 5 il;

      3. yerli özünüidarəetmə orqanlarının sənədləri üçün — 5 il;

      4. elmi-texniki sənədlər üçün — 15 ildən artıq olmamaq şərtilə , praktiki əhəmiyyətini saxladığı müddətə;

      5. kino, foto, fono sənədlər və videoyazılar üçün — 3 il;

      6. vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkə- mə işləri və şəxsi heyət üzrə sənədlər üçün — 75 il;

    4. Dövlət mühafizəsinə vermək üçün seçilmiş daimi saxlan- ma müddətli idarəçilik və elmi-texniki sənədlər qanunda göstərilən müddətlərdə idarə arxivlərində mühafizə olunduqdan sonra həmin sənədlərin siyahısı ilə birlikdə dövlət arxivlərinə təhvil verilir. Ləğv edilmiş dövlət orqanlarının, idarələrin varisi olmadıqda, onların arxiv fondları qanunvericilikdə müəyyən olunmuş müddət başa çatmadan dövlət arxivlərinə təhvil verilir.

    5. Elmi-texniki sənədlərin dəyərinin ekspertizası iki mərhələdə aparılır. Birinci mərhələdə tədqiqatların və məmulatların sənaye istehsalının layihələri və texnoloji proseslər, planlaşdırma və əsaslı tikinti obyektləri üzrə dövlət mühafizəsinə verilməli olan elmi-texniki sənədlər seçilir. Bu iş «Elmi-texniki sənədləri dövlət mü-hafizəsinə verilməli olan layihələrin, problemlərin siyahısı»nın tərtibi ilə başa çatır. İkinci mərhələdə dövlət mühafizəsinə qəbul edilməli olan el-

mi-texniki sənədlər kompleksinin ekspertizası aparılır. Bu iş dövlət arxivlərinə verilməli olan elmi-texniki sənədlərin saxlama vahidləri- nin siyahısının tərtibi ilə tamamlanır.

    1. Ekspert komissiyasının daimi və uzun müddətə saxla- maq üçün ayırdığı sənədlər müəyyən olunmuş tələblərə müvafiq qaydada təsvir edilməlidir.

    2. Daimi saxlanmalı olan sənədlərin siyahısı iki nüsxədə tərtib edilir, ekspert komissiyasının iclasında müzakirə olunur, onun üzvləri tərəfindən imzalanır və müvafiq dövlət arxivinin ekspert-yox- lama komissiyasının təsdiqinə göndərilir. Arxiv təşkilatının ekspert- yoxlama komissiyasının təsdiq etdiyi siyahların bir nüsxəsi nəzarət üçün dövlət arxivində saxlanılır, ikinci nüsxəsi idarənin arxivinə qay-

tarılır. Sənədlərin dövlət mühafizəsinə qəbulu həmin siyahılar üzrə aparılır. Dövlət arxivinə daimi saxlanılacaq işlərin siyahısı ilə yanaşı nəzarət üçün şəxsi heyətə aid işlərin siyahısı və əməli əhəmiyyətini itirmiş sənədlərin saxlanma müddətləri də göstərilməklə məhv edil- mək üçün ayrılması barədə aktlar da təqdim olunur.

    1. Əməli əhəmiyyətini itirmiş sənədlərin məhv etmək üçün ayrılması barədə akt müvafiq dövlət arxivinin ekspert yoxlama ko- missiyası ilə razılaşdırıldıqdan sonra idarənin rəhbəri tərəfindən təsdiq edilir. Arxiv təşkilatı daimi saxlanan sənədlərin siyahılarını təsdiq edərkən «EYK» qeydi olan, eləcə də Siyahıda saxlanma müddəti göstərilməyən sənədlərin məhv edilməsi barədə qərar çı- xarmadığı halda, həmin dövr üzrə qalan sənədlərin məhv edilməsi yuxarı arxiv orqanı ilə razılaşdırılmalıdır.

    2. Arxiv təşkilatı sənədlərin daimi saxlamaq üçün seçilmə- sinin düzgünlüyünü yoxlayır və lazım gəldikdə, məhv etmək , yaxud müvəqqəti saxlamaq üçün ayrılmış sənədləri daimi saxlama müd- dətli sənədlərin siyahısına daxil etməyi tələb etmək hüququna ma- likdir.

    3. Məhv edilmək üçün ayrılmış və akta daxil edilmiş sə- nədlər təkrar xammal emalı müəssisələrinə təhvil verilir və yaxud bərpası mümkün olmayan qayda da məhv edilir. Bu sənədlərdən təsərrüfat tələbatları üçün istifadə edilməsinə icazə verilmir. Sənəd- lərin məhv edilmək üçün təkrar xammal emalı müəssisələrinə təhvil verilməsi təhvil-qəbul qəbzi ilə, məhv edildikdə isə aktla rəsmiləşdi- rilir.

    4. Daimi saxlanma müddətli sənədlərin siyahıları dövlət arxiv təşkilatı tərəfindən təsdiq edilməyincə həmin siyahıların əhatə etdiyi dövr üzrə əməli əhəmiyyətini itirmiş sənədlərin məhv edilməsi qadağandır.

    5. Siyahının düzgün tətbiq edilməsinin üzərində nəzarəti Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və onun tabeliyində olan dövlət arxiv təşkilatları həyata keçirirlər.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmişdir.


Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin