Siyahının strukturu və onun tətbiq edilməsi qaydaları
Siyahı funksional-sahə prinsipi üzrə qurulmuş, idarələrin ümumi idarəçilik sistemindəki səviyyəsindən və mənsubiyyətindən asılı olmayaraq, əsas fəaliyyət istiqamətlərini əks etdirən bölmələr- dən ibarətdir. Bölmələr daxilində daha yığcam məsələlər üzrə yarım bölmələr vardır.
Siyahı iki hissədən ibarətdir. I hissəyə idarəçilik fəaliyyəti nəticəsində yaranan sənədlər, II hissəyə isə elmi-texniki və istehsa- lat fəaliyyətində yaranan sənədlər daxildir. Hər bir hissənin bölmələ- rinin və yarımbölmələrinin öz nömrələri vardır.
Siyahının I hissəsi aşağıda qeyd olunan sənədlərin daxil olduğu 11 bölmədən ibarətdir:
1-ci bölməyə idarəçiliyin sərəncamverici, təşkilati, nəza- rət və hüquqi funksiyalarını əks etdirən sənədlər daxildir;
2-ci, 3-cü və 4-cü bölmələrə təşkilatların proqnozlaşdır- ma, planlaşdırma, qiymətqoyma, maliyyələşdirmə, kredit, vergi, gömrük, sığorta, uçot və hesabat fəaliyyətini ardıcıllıqla əks etdirən sənədlər daxildir;
5-ci bölməyə əmək ehtiyatlarının toplanması və istifadə- si, əməyin təşkili, əmək məhsuldarlığı, əmək intizamı, əməyin nor- mallaşdırılması, tarif, əmək haqqı, əməyin mühafizəsi üzrə sənədlər daxildir;
6-cı bölməyə kadrların işə qəbulu, bölüşdürülməsi, yer- dəyişməsi və uçotu, hazırlanması, ixtisasının artırılması, attes-
tasiyaların keçirilməsi, həmçinin təltif, fəxri ad, elmi ad və dərəcələ- rin verilməsi üzrə sənədlər daxildir;
7-ci bölməyə əmək kollektivlərinin sosial-mədəni inki-şa- fını, onların sığortasını, tibbi və sanatoriya-kurort xidmətini, mənzil- məişət məsələlərini, uşaq müəssisələrinin, mədəniyyət evlərinin və saraylarının, klubların, kitabxanaların işini, həmçinin sağlamlıq və idman işinin təşkili məsələlərini əks etdirən sənədlər daxildir;
8-ci bölməyə idarələrin elmi fəaliyyəti və nəşriyyat işi haqqında sənədlər daxildir;
9-cu bölmə xarici ölkələrlə iqtisadi, elmi-texniki və mədə- ni əməkdaşlığın həyata keçirilməsinin təşkili haqqında sənədlərdən ibarətdir;
10-cu bölmə maddi-texniki təchizat və qiymətli əmlak və materialların mühafizəsinin təşkili haqqında sənədlərdən ibarətdir;
11-ci bölməyə təşkilatın inzibati və təsərrüfat xidməti, xidməti binaların istismarı, nəqliyyat xidməti, idarə rabitəsinin təşkili, idarənin mühafizəsi, həmçinin mülki müdafiənin təşkili üzrə sənəd- lər daxildir.
İdarələrin planlaşdırma və hesabat sənədləri ümumiləşdi- rilmiş halda Siyahının I hissəsinin 2-ci və 4-cü bölmələrində, məz- munu , yaxud saxlanma müddətləri ilə fərqlənənlər isə digər bölmə- lərdə verilmişdir. Xarici ölkələrlə iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə bəzi sənədlər Siyahının I hissəsinin 1, 6, 8, 10-cu bölmələrində və II hissənin 3-cü bölməsində verilmişdir.
Siyahının II hissəsi aşağıda qeyd olunan sənədlərin daxil olduğu 7 bölmədən ibarətdir:
1-ci bölməyə təşkilatlarda elmi-tədqiqat, təcrübə-kons- truktor işlərinin aparılması və məmulatların sınaqdan çıxarılması zamanı yaranan sənədlər daxil edilmişdir;
2-ci bölmə kəşflər, səmərələşdirmələr və patent işləri sahəsində yaranan sənədlərdən ibarətdir;
3-cü bölməyə obyektlərin planlaşdırılması, layihəsi, tikin- tisi, yenidən qurulması, təmiri üzrə sənədlər daxildir. Həmin böl- mədə sənədlərin saxlanma müddətləri layihələşdirmənin mərhələlə-
rinə müvafiq olaraq və elmi-texniki sənədlərin fərdi, nümunəvi və eksperimental xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilmişdir.
4-cü bölməyə istehsalat fəaliyyətinin təşkilinin əsas mə- sələlərini, yeni texnika və texnologiyanın tətbiq edilməsini, istehsa- lat proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasını, mə- mulatların seriyalı və kütləvi istehsalı üzrə konstruktor işlərini, isteh- salın texnologiyasını və texnoloji təchizatını, enerji və yanacaq tə- minatını, avadanlığın istismarı və təmirini əks etdirən sənədlər daxil edilmişdir;
5-ci bölməyə məhsulun keyfiyyəti, texniki nəzarət, stan- dartlaşdırma, məhsulun dövlət qəbulu haqqındakı sənədlər daxildir;
Altıncı 6-cı bölmə ətraf mühitin vəziyyətinə nəzarət və onun mühafizəsi üzrə tədbirlər haqqında sənədlərdən ibarətdir. Ətraf mühitin mühafizəsi məsələləri , həmçinin Siyahının II hissəsinin 3-cü bölməsinə daxil edilmiş layihə sənədlərində də öz əksini tapmışdır.
7-ci bölmə avtomatlaşdırılmış sistemlərin layihələşdiril- məsi və işlədilməsi zamanı yaranan sənədlərdən ibarətdir.
Siyahının bölmələrində bəndlər məsələlərin və sənəd növ- lərinin əhəmiyyəti və məntiqi ardıcıllığı üzrə yerləşdirilmişdir. Siya- hıda bəndlərə vahid ardıcıl nömrə verilmişdir (1-ci sütun). Siyahının bəndləri sənədlərin konkret adından yox, hər bir sənəd növünün ümumiləşdirilmiş adından ibarətdir (2-ci sütun). Bir məsələ üzrə ey- ni saxlanma müddətli müxtəlif sənəd növləri bir bənddə birləşdirilər- kən, «sənədlər» termini işlədilmiş, mötərizədə isə bəndə daxil edil- miş sənəd növlərinin adları göstərilmişdir.
Siyahıda sənədlərin saxlanma müddətləri idarələrin fəaliy- yət dairəsi və sənədlərin əhəmiyyətlilik dərəcəsi nəzərə alınmaqla aşağıdakı iki qrup üzrə verilmişdir.
Birinci qrupa Milli arxiv fondunun formalaşdırılması mən- bələri olan idarələrin sənədləri daxil edilmişdir. Həmin idarələrin sə- nədlərinin saxlanma müddətləri Siyahının 3-cü sütununda verilmişdir.
İkinci qrupa Milli arxiv fondunun formalaşdırılması mən- bələrinə aid edilməyən, məhdud funksional fəaliyyətə malik idarələ- rin sənədləri daxildir. Həmin sənədlərin saxlanma müddətləri Siya- hının 4-cü sütununda verilmişdir.
Sənədlərin saxlanma müddətini təyin etmək üçün Siyahı- da müvafiq bəndi tapıb, işi vərəq-vərəq nəzərdən keçirmək lazım- dır; işlərin ancaq siyahıdakı, yaxud üstündəki sərlövhələri üzrə sax- lamaq, yaxud məhv etmək üçün ayrılmasına icazə verilmir.
Dövlət mühafizəsinə sənədlərin əsilləri, əsilləri olmadıqda isə surətləri qəbul edilir.
Milli arxiv fondunun tərkibini yaxşılaşdırmaq məqsədilə Siyahı dövlət arxivlərinə dublet sənədlərin daxil olmasını maksimum məhdudlaşdırır. Normativ sənədlər (nizamnamələr, əsasnamələr, qaydalar, təlimatlar və s.) dövlət mühafizəsinə həmin sənədləri təsdiq edən yuxarı orqanın fondunun tərkibində qəbul edilir. Plan və hesabat sənədləri sənədin müəllifi olan təşkilatın fondunun tərki- bində qəbul edilir. Xüsusilə qiymətli sənədlərin saxlanmasının təmin olunması və geniş istifadə edilməsi məqsədilə onların müxtəlif dövlət arxivlərinə surətlərinin qəbul edilməsinə yol verilir. Azərbay- can Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncam- ları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərar və sərən- camları konkret idarələrin fəaliyyətinə aid olarsa, onların artırılmış nüsxələri həmin idarələrin fondlarının tərkibində qəbul edilir.
Elmi-texniki sənədlərin dəyərinin ekspertizası zamanı nə- zərə almaq lazımdır ki, onların əsillərinin saxlanma yeri layihəni iş- ləyib hazırlayan təşkilatlar, yaxud sifarişçi təşkilatlar ola bilərlər. Əsaslı tikinti obyektinin layihəsi üzrə (magistral əhəmiyyətli dəmir və şosse yollarının tikintisi üzrə layihələr istisna olmaqla) elmi-texni- ki sənədlərin tam komplekti (əsilləri və surətləri) baş layihə təşki-la- tının fondlarında cəmləşdirilir. Dəmir və şosse yollarının layihəsinin elmi-texniki sənədlərinin tam komplekti müvafiq sahə üzrə ixtisas- laşmış təşkilatlarda saxlanılır. Təşkilatların müqavilə əsasında ha- zırladığı layihələrin ayrı-ayrı hissələrinin elmi-texniki sənədlərinin əsilləri gələcəkdə tam komplektləşmiş halda dövlət arxivlərinə ver- mək üçün onların razılığı ilə baş layihəçiyə verilir. Dövlət mühafizə- sinə patent sənədlərinin əsilləri qəbul olunur. Kağız daşıyıcılarda təkrar olunmayan, kompüter və digər texniki avadanlıqlar vasitəsi
ilə oxunan elmi, tarixi əhəmiyyətli elmi-texniki sənədlər dövlət mü- hafizəsinə qəbul edilir.
Elmi-texniki sənədlərin Siyahıda daimi saxlanma müddəti onu göstərir ki, layihələrin, elmi problemlərin siyahısına daxil edil- miş elmi-texniki sənədlər seçilib dövlət mühafizəsinə qəbul edilir.
Siyahıda konkret sənəd növlərinin qarşısında qoyulmuş
«EYK» onu bildirir ki, belə sənədlərin bir hissəsi elmi-tarixi əhəmiy- yətə malikdir və müəyyən edilmiş qaydada dövlət arxivinə verilir.
Sənədlərin saxlanma müddəti onların kargüzarlıqda başa çatdığı ildən sonrakı il yanvarın 1-dən hesablanır. Məsələn, kargü- zarlıqda 2000-ci ildə başa çatmış işlərin saxlanma müddəti 2001-ci il yanvarın 1-dən hesablanır. Elmi-texniki sənədlərin saxlanma müd- dəti mövzunun, layihənin işlənib hazırlanması başa çatdığı ildən son- rakı il yanvarın 1-dən hesablanır. Saxlanma müddəti 75 il — «Y» EYK göstərilmiş sənədlərin saxlanma müddəti işin kargüzarlıqda ba- şa çatdığı anda şəxsin yaşı nəzərə alınmaqla hesablanır və «Y» hər- fi ilə işarə edilir. Məsələn, hər hansı bir idarənin işçisinin şəxsi işi kar- güzarlıqda onun 28 yaşı olarkən qurtarmışdırsa həmin iş 47 il sax- lanmalıdır (75-28=47). «Lazım olanadək» qeydi onu bildirir ki, sənəd- lər məhdud əməli əhəmiyyətə malikdir. Onların saxlanma müddətini idarələr özləri, lakin bir ildən az olmamaq şərti ilə müəyyən edirlər.
Siyahının müvafiq bölmələrinə daxil edilməmiş, lakin hər hansı idarənin sahə siyahısı üzrə «daimi», yaxud «EYK» qeydi olan sənədlər araşdırılır və onun nəticələrindən asılı olaraq, dövlət mü- hafizəsinə qəbul edilir, yaxud əməli əhəmiyyətini itirdikdən sonra məhv edilir. «EYK» (EK) qeydi olan sənədlərin qəbulu , yaxud məhv edilməsi haqqında qərarı dövlət arxivlərinin ekspert yoxlama komissiyası qəbul edir.
Bu Siyahı ilə müəyyən edilmiş saxlanma müddətlərinin azaldılması qadağandır. Saxlanma müddətlərinin artırılmasına o halda icazə verilir ki, bu müvafiq sistemin işinin xüsusiyyətlərindən irəli gəlmiş olsun.Saxlanma müddətlərinin qarşısında qoyulmuş
«EYK» qeydinin idarələrin sahə siyahılarından çıxarılmasına o hal- da icazə verilir ki, həmin siyahının müvafiq bəndlərində ümumiləşdi-
rilmiş sənəd növləri və onların saxlanma müddətləri tam müəyyən- ləşdirilmiş olsun.
İdarələrin fəaliyyəti nəticəsində yaranan sənədlərin mikro- filmə çəkilməsi və yaxud elektronlaşdırılması (sonra orijinalları məhv edilməklə) qüvvədə olan qanunlara və dövlət standartlarına müvafiq olaraq həyata keçirilir. Elmi-tarixi əhəmiyyətə malik və dövlət mühafi- zəsinə verilməli olan sənədlər mikrofilmə çəkildiyi və yaxud elektron- laşdırıldığı hallarda da orijinallarının (əsillərinin) məhv edilməsinə ica- zə verilmir. Elektron sənədlərin elektron informasiya daşıyıcılarında saxlanılması müddəti müvafiq sənədlərin kağız daşıyıcıları üçün Siyahı ilə müəyyən edilmiş müddətdən az olmamalıdır.
Siyahıda istifadə edilmiş «qeyd» sütununda sənədlərin saxlanma müddətləri şərh edilir və dəqiqləşdirilir. «Dövlət mühafizə- sinə verilmir. Təşkilatlarda saxlanılır» qeydi arayış xarakterli sənəd- lərin mühafizə yerini dəqiqləşdirir. Başqa qeydlərdə isə saxlanma müddətləri 3-cü və 4-cü sütunlarda göstərilənlərdən fərqlənən kon- kret sənəd növlərinin əlamətini bildirir. Məsələn, «Təftişin başa çat- ması şərti ilə», «Mübahisələr, fikir ayrılığı yarandıqda», «İstintaq və məhkəmə işləri meydana çıxdıqda — həlledici qərarlar çıxarılana qədər saxlanılır» qeydləri mühasibat sənədlərinin saxlanma müd- dətlərini dəqiqləşdirir. «Müqavilənin müddəti qurtardıqdan sonra»,
«Təsdiq edildikdən sonra», «Yenisi ilə əvəz edildikdən sonra»,
«Məmulat istehsaldan çıxarılandan sonra», «İstismara buraxılan- dan sonra» və s. qeydləri 3-cü və 4-cü sütunlarda göstərilmiş müd- dətlərin müvafiq anlardan sonra hesablandığını göstərir. Qeydlərdə bəzi sənədlərin saxlanma müddətləri onların ümumi kompleksdə məzmunu, müəllifliyi, yaranma vaxtı və yeri nəzərə alınmaqla gös- tərilmişdir. Məsələn, kredit əməliyyatları üzrə yazışma idarələrdə 3 il saxlanılır, qeyddə isə xarici ticarət idarələri ilə yazışma üçün sax- lanma müddəti 5 il müəyyən edilmişdir.
Dostları ilə paylaş: |