Microsoft Word diplom isi n'rmin docx


elektron konferensiyalar, telekonferensiya v



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə31/53
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#46169
1   ...   27   28   29   30   31   32   33   34   ...   53
Təhsildə İKT

elektron konferensiyalar, telekonferensiya və  videotelefon  xidmətlərindən  istifadə  

edilir. 


 Elektron  poçt  (E-mail  ünvan)  internet  şəbəkəyə  qoşulmuş  istifadəçilər  arasında 

məsafədən  əlaqələrin  yaradılması  üçün  ən  populyar  elektron  xidmət  növü  olmaqla  

virtual  təhsil  iştirakçılarına  mətn,  qrafik,  multimedia  ,  audio/video  tipli  məlumatların 

çatdırılmasında  mükəmməl  vasitə  rolunu  oynayır.  Elektron  poçt  xidmətindən  istifadə 

edən  tədris  iştirakçısının  vaxt  baxımından  asılılığı  olmur.  Yəni  Elektron  poçt 

istifadəçisi  ona  göndərilmiş  informasiyanın  məzmununa  istədiyi  vaxt  baxa,  yadda 

saxlaya,  başqa  birisinə  ötürə  və  ya  silə  bilər.  Elektron  poçt  xidmətinin  bu 

xüsussiyyətləri  tədris  prosesinin  asinxron  təşkili  üçün  gözəl  imkanlar  yaradır.  Bu 

xidmətindən  istifadə  zamanı,  istifadəçilər  arasında  məsafə  rol  oynamır,materialların 

ötürülməsinin  sürəti  və  keyfiyyətlə  çatdırılması  daha  çox  materialın  həcmindən  və 




34 

 

internet  şəbəkəsinin  sürətindən  asılı  olur.Elektron  poçt  xidmətinin  didaktik 



xüsusiyyətlərinə  kompüterin  özündə  hazırlanmış  və  ya  fayl  şəklində  kompüterin 

yaddaşında  saxlanılan  informasiyanın  mübadiləsi,  qəbul  olunmuş  informasiyanın 

kompüterin yaddaşına yazılması, onun üzərində redaktə işlərinin aparılması imkanları 

və  həmin  informasiyanın  digər  E-ünvanlara  göndərilməsi  imkanları,daxil  olan 

informasiyanın  kompüterin  monitorunda  birbaşa  canlandırılması  imkanları  aid  edilir. 

Bu xidmətdə həmçinin virtual tədris qruplarının yaradılması , qrup üzvləri ilə asinxron 

informasiya mübadiləsinin aparılması mümkündür. Kompüterdə işləmək üçün bir neçə 

sadə komandanı bilən hər kəs internetin bu ən populyar xidmətindən istifadə edə bilər. 

Həm  öyrədənlər,  həm  də  öyrənənlər  üçün  Elektron  poçt  xidməti  dərslərə  daha  yaxşı 

hazırlaşmağa,  bu  məqsədlə  digər  tədris  iştirakçıları  ilə  müzakirələr  aparmağa  və 

qərarlar verməyə, verilmiş qərarların icrasını nəzarətdə saxlamağa, eyni zamanda FTP 

serverlərdə saxlanılan informasiyanın axtarılıb tapılmasına imkan yaradır.  

    İnternet şəbəkəsində didaktik imkanların reallaşdırılması məqsədi ilə istifadə edilən 

digər  bir  xidmət  növü  isə  “elektron  kitabxana”dır.  Elektron  kitabxana  kitabların, 

müəssisə  daxili  əmr  və  sərəncamların,  müxtəlif  təlimat  və  göstərişlərin  və  s. 

çeşidlənmiş formada toplandığı, axtarış sistemi ilə təmin olunmuş elektron sənədlərin 

saxlandığı məlumatlar bazasının idarəolunması sistemlərinə deyilir. Elektron kitabxana 

həm  də  özündə  müxtəlif  təyinatlı  elektron  məlumatları  saxlayan  veb  səhifə  kimi  də 

hazırlana bilər. Bu növ elektron bazalar həm universal, həm də ayrı-ayrı ixtisaslaşmış 

bazalar  şəklində  də  yaradıla  bilər.Elektron  kitabxanaların  yaradılması  və  onlardan 

geniş  miqyaslı  istifadənin  təşkili  əsasən  təhsil  müəssisələrinin  nəzdində  fəaliyyət 

göstərən  ənənəvi  kitabxana  resurslarının  işinin  yeni  tələblər  əsasında  qurulmasına 

yönəlmişdir. Onun tətbiqi kitabxana resursları haqqında daha geniş, dəqiq və operativ 

məlunat  alınması  imkanlarını  təmin  edir.  İstifadəçi  elektron  kitabxananın 

xidmətlərindən  istifadə  edərkən  konkret  sorğulara  konkret  cavablar  alır  və  bu  da  ilk 

növbədə  vaxt  itkisinin  qarşısının  alınmasına  kömək  edir.  Əgər  elektron  kitabxananın 

işi şəbəkədə və xüsusilə də qlobal şəbəkədə təşkil olunursa, onda bu səmərə dəfələrlə 

artmış  olur.Bu  xidmət    tədris  prosesinin  səmərəli  təşkili  üçün  geniş  imkanlar  açır, 

kitabxana  üzrə  avtomatlaşdırılmış  axtarış  və  naviqasiya  sistemlərinin  imkanlarından 



35 

 

istifadə etmək həm öyrənənlər, həm öyrədənlər, həm də tədris prosesinin bütün digər 



iştirakçıları  üçün  prosesin  təşkilinə  yaxşı  şərait  yaradır.  Bu  gün  dünyanın  ən  böyük 

elektron  kitabxanası  Çin  Xalq  Respublikasında  fəaliyyət  göstəriri.  Bu  kitabxana  12 

milyon  müxtəlif  elektron  sənəddən  ibarət  məlumatlar  bazasını  özündə  cəmləşdirir. 

Kitabxanaya  müraciət  internet  şəbəkə  vasitəsilə  aparılır.  Kitabxananın  ən  maraqlı 

cəhəti müəllif hüquqlarının qorunmasına  önəmli yer verməsidir. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin