71
NƏ Tİ CƏ VƏ TƏ KLİ FLƏ R
İ
nformasiya və kommunikasiya texnologiyalarının təhsildə sistemli tətbiqi zamanı
ə
ldə edilən nəticələr göstərir ki, informasiya texnologiyaları təhsildə mühiti tam
dəyişdirir,dərs prosesinin interaktiv təşkilinə imkan yaradır. İnformasiya
kommunikasiya texnologiyalarının geniş və hərtərəfli tətbiqi nəticəsində insan
fəaliyyəti, bütövlükdə cəmiyyət dəyişikliklərə məruz qalır, tamamilə yeni
reallıqlar, dəyərlər, sosial-psixoloji mühit formalaşır. AR Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş “ Ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı ” bu
istiqamətdə atılmış ən əhəmiyyətli addım olmuşdur.Onun nəticəsi olaraq bu gün
demək olar ki, məktəblərin hər biri kompüterlə təmin olunmuşdur. Lakin, təəssüf
ki, hələ hər yerdə internetdəki tədris resurslarına daimi giriş təmin edilməmişdir.
72
İ
nternet resurları bugünki günə ən güclü informasiya qəbulunu təmsil edərək tədris
məsələlərinin həllini və işgüzar elektron ünsiyyəti özündə cəmləşdirir.Rəqəmsal
tədris resurslarının müəllim tərəfindən istifadəsi, məktəb ucqar kənddə olsa belə
ş
agirdlərin keyfiyyətli və müasir tələblərə uyğun tədris almasını reallaşdırır.
Məktəbdəki praktik iş göstərir ki, vizual üsulla informasiya qəbulu şagirdlər
tərəfindən daha yaxşı yadda saxlanılır.
İnformatlaşdırılmış təlim sistemlərinin təlim-tədris prossesində oynadığı mühüm
rolun xüsusiyyətlərinə dair bunu göstərmək olar ki, ənənəvi tədris metodikasından
fərqli olaraq, baxılan müasir tədris metodikasında interaktivlik və fərdi yanaşma İKT-
nin təhsildə tətbiqinin birbaşa nəticəsi kimi çıxış edir. İKT-nin tətbiqi zamanı
interaktiv lövhələrdən, multimedia vasitələrindən, internet resurslarından istifadə
nəticəsində tədris iştirakçılarının təlim-tədris prosesindən maksimum yararlanması
təmin olunur.Bu da təhsilin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.
Ə
nənəvi təhsil sisteminə İKT-nin tətbiqi nəticəsində yaranan yeni təhsil sistemi
insanların intellektual imkanlarını dəfələrlə artırır, daha çox informasiyanı məkan
fərqi olmadan daha az vaxt ərzində, keyfiyyətli mənimsəməyə, virtual təhsil və s. bu
kimi müasir təhsil texnologiyalarını tətbiq etməyə imkan verir.
Keyfiyyətli, səmərəli, gələcəyə istiqamətlənmiş, beynəlxalq standartlara uyğun
təhsil sisteminin yaradılması bugünün ən böyük tələblərindəndir. Ölkəmizdə təhsil
sistemində aparılan islahatlar, yeni konsepsiyalar və standartların qəbulu nəticəsində
demək olar ki, buna nail olmuşuq. İKT-nin tətbiqi ilə təhsildə keyfiyyətin artırılması
yolunda addımlar atılmışdır və atılmaqda davam edir. Buna nümunə olaraq ən son
texnologiyaların ölkəmizə gətirilməsi,onlardan istifadənin təmin olunması üçün
pedaqoji heyətin buna cəlb olunması, təlimlərin keçirilməsini misal göstərmək olar.
Bir çox ümumtəhsil məktəblərində istifadə olunan “ağıllı” lövhə adlandırdığımız
interaktiv lövhələrdən istifadə də İKT-nin səmərəli tətbiqinin bariz nümunəsidir.
Hər dövrdə olduğu kimi müasir dövrdə də təhsildə müəllimin rolu danılmaz bir
faktdır. Bildiyimiz kimi təlimin keyfiyyətli olması bilavasitə müəllimin bilik, bacarıq
73
və fəaliyyətindən asılıdır. Bunun üçün təhsil sisteminin pedaqoji heyəti tədris
prosesində informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə
edilməsi üçün mütəmadi olaraq treninqlərdən keçir. İKT üzrə təlimlərdə iştirak
edən müəllimlər İKT-nin imkanlarından istifadə edərək səmərəli dərsin təşkil
edilməsi sahəsində ilkin təcrübəyə, psixoloji hazırlığa, bir sözlə innovativ
biliklərə yiyələnir və onları sinifdə gedən tədris prosesində necə tətbiq etməyi
öyrənirlər. İKT-nin istifadəsi təlim prosesini həm əyaniliyi ilə zənginləşdirir,
öyrənənlərin tədqiqat aparma, çoxsaylı informasiya bazasından bəhrələnmə, gərəkli
olanı seçmə və məqsədinəuyğun olandan istifadə etmə imkanları verir.
Azərbaycan Respublikasında İnternet Texnologiyalarının interfeys imkanlarının
artırılması ( Azərbaycan dilli tədris kontentinin), təhsil müəssisələri arasında şəbəkə
ə
laqələrinin yenidən qurulması təlim prosesində İnternet texnologiyalarının tətbiqinin
elmi əsaslarının tədqiq edilməsi təlimdə informasiya mübadiləsinin keyfiyyətinə
müsbət təsir göstərmişdir. Həmçinin yaradılmış olan bütün elektron resurslar bir
mənbədə cəmlənərək təhsil portalı yaradılmışdır. Burada videodərslər, multimediali
proqramlar, elektron dərsliklər və s yerləşdirilmiş müəllim və şagirdlərin istifadəsinə
verilmişdir.
Ölkəmizdə distant təhsil sahəsində də bir çox addımlar atılmışdır lakin nəticə tam
olaraq əldə edilməmişdir. Bu gun çox az sayda tələbə və ya sagird distant təhsil ala
bilir. Ancaq texnoloji imkanlar olduğu təqdirdə, bu təhsil formasının uğurlu
olacağından bəhs etmək olar. Azərbaycanda təhsil müəssisələri texnoloji imkanlarla
təchiz olunsalar, hətta regionda yaşayan hər hansı bir şəxs paytaxtda keçirilən
dərslərdə iştirak imkanı əldə edə bilər. Bu sistemin tətbiqi istiqamətində bəzi ali təhsil
qurumları müəyyən texniki baza ilə təchiz olunublar. Məhz bu təhsil müəssisələri
istər texnologiya, istərsə də kadr baxımından distant təhsil üçün əlverişli hesab edilə
bilər.Bir neçə universitetdə distant təhsilə imkan verən infrastruktur
formalaşdırılmışdır.Bunlara misal olaraq ADİU və Qafqaz Universitetini göstərmək
olar.
74
Bütün bunlarla bərabər aparılan araşdırmalar göstərir ki, ölkənin təhsil sistemində
müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin hazırkı səviyyəsi
dünya təhsil məkanına inteqrasiya baxımından o qədər də qənaətbəxş hesab edilə
bilməz. Ölkədə təhsil ocaqlarının kompyuter avadanlığı ilə təminatındakı irəliləyişlərə
rəğmən, bütövlükdə təhsil sisteminin informasiya infrastrukturunun səviyyəsi günün
tələblərindən geri qalır.
Ölkəmizdə yerləşən bütün təhsil müəssisələrinin internet şəbəkəsi ilə təmin
olunmasına baxmayaraq onun verdiyi imkanlardan hələ də tam şəkildə istifadə
edilmir.Bu isə onunla bağlıdır ki, kənd məktəblərində kompüterlər köhnəlmiş və ya
hal-hazırda rayon və şəhər məktəblərində istifadə olunan İKT avadanlıqları və
interaktiv lövhələrlə təmin olunmamışdır. Həmçinin kənd məktəblərinə paylanılmış
kompüterlərin sayca az olması, sıradan çıxdığı zaman təmiri və ya dəyişdirilməsi
zaman aldığından,bu kimi problemlər orada təhsil alan şagirdlərin daha yüksək
səviyyədə təhsil almaq imkanlarını məhdudlaşdırır.
Bununla yanaşı, multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin
işlənilməsi, yayılması və təhsil prosesində tətbiq olunması ləngiməkdədir. Son dövrdə
bu sahədə bir sıra tədbirlər həyata keçirilmiş, elektron tədris sistemlərinin
formalaşdırılması istiqamətində əməli addımlar atılmışdır. Lakin İKT tətbiqi üzrə elmi-
metodiki bazanın təkmilləşdirilməsi, ümummilli səviyyədə vahid elektron təhsil
məkanının təşəkkül tapması günün əsas tələbi olaraq qalmaqdadır.
İKT-nin təhsildə tətbiqinin keyfiyyətinin artırılması üçün bu kimi problemlər tam
həllini tapmalıdır.
TƏKLİFLƏR
1.
Təhsildə İKT-nin geniş imkanlarından təşkilati, elmi-metodik və s. cəhətdən
səmərəli istifadə etmək məqsədi ilə təhsilin informatlaşması üzrə təhsil sistemi
kadrlarının hazırlanması və təkmilləşdirilməsi, təhsil müəssisələrinin İKT
avadanlığı ilə təminatı və servis infrastrukturunun yaradılması, təhsilin
informatlaşdırılmasında təhlükəsizliyin təmin olunması və hüquqi normativ
75
bazanın formalaşdırılması, elmi və tədris-metodiki təminatı,strateji-konseptual
sənədlər toplusu hazırlanmalıdır
2.
İKT-nin təhsilin idarəedilməsinə səmərəli inteqrasiyası davam etdirilməli,
təhsilin vahid informasiya sisteminin yaradılması yolu ilə informasiya əsaslı
idarəetmə mexanizmlərinin tətbiq edilməsinə nail olunmalıdır. Bunun üçün isə
Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi genişləndirilməli və nəticədə təhsil
sisteminin idarəedilməsində şəffaflıq artırılmalıdır. Eyni zamanda, Təhsil
televiziya kanalı yaradılmalıdır.
3.
Təhsil sistemində keyfiyyətin artırılmasında İKT-nin imkanlarından tam
istifadə olunması üçün ölkədə olan bütün ümumtəhsil məktəbləri və ali təhsil
ocaqları İKT infrastrukturu ilə təchiz edilməli, onlardan istifadəni təmin etmək
üçün lazımi şərait yaradılmalıdır.
4.
Təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşmasında
müəllimamilinin həlledici əhəmiyyətini nəzərə almaqla müəllim hazırlığının
gücləndirilməsinə xüsusi önəm verilməlidir. Bütün ümumi təhsil
müəllimlərinin fəal/interaktiv təlim texnologiyaları və inklüziv təhsil üzrə
məqsədli ixtisasartırması təmin edilməli, hər bir müəllimin İKT bacarıqlarına
yiyələnməsi üçün çevik sistem yaradılmalıdır.Azərbaycanda müəllimlərin
təkmilləşdirilməsi beynəlxalq standartlarla uzlaşdırılmalı, müəllimlərin karyera
inkişafı və fəaliyyətinin stimullaşdırılması, qabaqcıl müəllimlərin iş
təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlər
yaradılmalıdır. Pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni
mexanizm beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməli, ucqar kənd
məktəblərinin pedaqoji kadrlarla təminatı üçün nəzərdə tutulmuş maddi
stimullaşdırma tədbirləri gücləndirilməlidir.
5.
Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyası
surətləndirilməli, təhsil standartlarının unifikasiyası Azərbaycanın təhsil
ocaqlarının, xüsusilə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin
genişləndirilməsinə, təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara
onların fəal cəlb olunması üçün müvafiq şəraitin yaradılmalıdır.
76
6.
Beynəlxalq təcrübə göstərir ki, İnformasiya cəmiyyətinə keçid mərhələsində
təhsilin kompüterləşməsinin əsas missiyası, məqsədi Vahid İnformasiya Təhsil
Məkanının (VİTM) formalaşmasına xidmət etməlidir. Bir tərəfdən VİTM
İ
nformasiya cəmiyyətinə keçid məqsədi ilə yaradılan Vahid Milli İnformasiya
Məkanının altsistemi kimi formalaşmalı, digər tərəfdən o, qlobal təhsil
məkanının alt sistemi olub, Avropa Vahid İnformasiya Məkanına inteqrasiya
edilməlidir. Bu qlobal ideya və məqsədlərin konkretləşməsindən sonra təhsilin
informatlaşması konsepsiyası və proqramları hazırlanmalıdır.
7.
Özünütəhsil və ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana
fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə
imkanlarının genişləndirilməsi həyata keçirilməlidir. Elektron kitabxanaların
sayı artırılmalıdır. Distant Təhsil Mərkəzi yaradılacaq, ali təhsil
müəssisələrində distant təhsilin tətbiqi genişləndiriləcəkdir.
8.
Elektron təhsil texnologiyalarının tətbiqi əhəmiyyətli şəkildə genişləndirilməli,
müəllim və şagirdlər üçün virtual öyrənmə mühiti formalaşdırılmalıdır. Bu
məqsədlə bütün fənlər üzrə elektron tədris və metodiki resursların yaradılması
davam etdirilməli, elektron resursların etibarlı saxlanılması və onlara asan
çıxışın təmin olunması üçün “Bulud” texnologiyaları tətbiq olunmalıdır.
Ödənişsiz əsaslarla fəaliyyət göstərən açıq təlim resursları yaradılmalı, bu
resurslartəhsil prosesinə və müvafiq açıq istifadəyə müəllif-hüquq lisenziyaları
ilə təmən olunmaqla inteqrasiya edilməlidir.
9.
Ümumtəhsil məktəblərində yeni kurikulumlar və informasiya-kommunikasiya
texnologiyalarının təhsildə tətbiqi üzrə təlimlərdən keçmiş müəllimlər və
inzibati-idarəetmə heyəti üzvlərinə həm pedaqoji, həm də tədris prosesində
təhsil texnologiyalarının tətbiqi üzrə dəstək göstərə biləcək peşəkar mentorlar
hazırlanmalıdır.
|