Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə216/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   212   213   214   215   216   217   218   219   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
222 
statusdan asılı olmayaraq onlar həmişə yaxşı, pozitiv əhval-
ruhiyyıdı olmağa çalışırlar, çox qayğısız görünürlər. suriyada yol 
qaydalarına riyaət etmirlər, yolun ortasında avtomobili saxlamaq 
normaldır. Bəzən mağazalarda pulsuz mallar verə bilərlər. 
Gündəlik ünsiyyəti suriyalılar sağlamlıq, uşaqlar, əhval-ruhiyyə, 
xeyir-dualarla zəngin olur. Hər gün görüşən suriyaların söhbəti illər 
ərzində görüşməyən qohumların görüşünü xatırlayır. Bir-birlərinə 
qarşı çox səbrlidirlər, təmkinlidirlər, sakitdirlər, leksikonlarında 
kobud ifadələr yoxdur, konfliktə meyilli deyillər. Suriyalılar çox 
qonaqpərvərdilər, onların evlərinə istənilən vaxt və dəvətsiz gəlmək 
olar. Onlar öz xoş münasibətlərini bildirmək üçn qonaqlara tünd 
bədəvi qəhvə təklif edirlər. İmtina etmək olmaz, onu yavaş-yavaş 
içmək lazımdır. Nahara dəvət olunmuş qonaq çox səbrli olmalıdır, 
çünki bir neçə saat ərzində sadəcə söhbət edəcəklər. Sonra gecəyə 
yaxın masa arxasına dəvət edəcəklər və ən böyük, ən yaxşı tikələri 
sizə təklif edəcəklər. Həmçinin ev yiyəsi sizə əllə qulluq edəcək. 
İmtina etmək olmaz, hər bir şeyin dadına baxmaq lazımdır. 
Ərəbistan yarımadasında yerləşən BƏƏ-də evlilik adət-
ənənələri özünəməxsus xüsusiyyətləri ilə seçilir. Öncə onu qeyd 
etmək yerinə düşər ki, şəriətə görə, arvadları arasında heç bir fərq 
qoymayaraq, ədalətli davranan müsəlman kişi dörd qadınla evlənə 
bilər. Lakin müasir dövrdə ərəb cəmiyyətində nadir hallarda iki və 
ya üç arvadı olan kişilərə rast gəlinir. Çox arvadı və böyük "külfət 
yiyəsi" olanların əksəriyyəti yaşlı nəsildən olan kişilərdir. Çağdaş 
zəmanəmizdə isə cavan nəsildən olan yerli ərəb kişiləri birinci 
evlilikləri uğursuz olduqda və ya həyat yoldaşı dünyasını 
dəyişdikdə, "yüz ölçüb bir biçərək" ikinci dəfə evlənməyə qərar 
verirlər. 
Müasir dövrdə ərəb ölkələrində kişilər 23-25 yaşda, qızlar isə 
17-18 yaşda ailə həyatı qururlar. Bir çox ailələrdə qızlar erkən 
yaşda rəsmi nigaha daxil olsalar da, ailələrinin tələbi ilə təhsillərini 
bitirənə qədər ər evinə gəlin köçmürlər. Ölkədə əvvəllər qəbilə 
daxili izdivaclara, qohum evliliklərinə xüsusi önəm verilirdi. Lakin 
son onillikdə bu tendensiya artıq öz aktuallığını itirməkdədir. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin