14. Torpaq ehtiyatları, onlardan istifadənin müasir vəziyyəti və mühafizə
tədbirləri.
Torpaq resursları (fondu) təqribən Yer kürəsinin quru hissəsinin sahəsinə
bərabərdir. Torpaq fondunun yalnız 1/3 hissəsi kənd təsərrüfatına yararlıdır.
Becərilən torpaq sahələri isə ümumi torpaq fondunun 11%-ni təşkil edir və əsasən,
meşə, meşə-çöl, çöl zonalarında yerləşir. Otlaq və çəmənliklər ümumi torpaq
fondunun 24%-ni, meşə və kolluqlar, az yararlı və yararsız sahələr isə yerdə
qalanını təşkil edir
Dünya torpaq fondunun ümumi sahəsi 149 mln. km
2
və ya 14,9 mlrd.
hektardır. Antraktida və Qrenlandiya sahələrini nəzərə almasaq bu 135 mln.kv km
və ya 13,5 mlrd.hektara çatır. Torpaq fondunun strukturu bir o qədər də əlverişli
deyildir. Torpaq resurslarını mənimsəyən və ondan istifadə edən insanlar
planetimizin torpaq fondunun strukturuna təsir etmiş, onu tədricən dəyişmişlər. Bu,
ilk növbədə əkilən torpaqların genişlənməsi, otlaq və meşə sahələrinin
sıxışdırılması ilə izah olunur. Yaşayış məntəqləri, sənaye və nəqliyyatın altında
olan torpaqlar həm dünya üzrə və həm də regionlar üzrə 1-2% arasında tərəddüd
edir. Təkcə Xarici Avropa və Şimali Amerikada bu göstərici bir qədər
yüksəkdir.Dünya torpaq fondunun başlıca problemi kənd təsərrüfatına yararlı
torpaqların deqradasiyasıdır. Torpaqların deqradasiyasına onların eroziyası,
çirklənməsi, məhsuldarlığın azalması, şoranlaşma, bataqlaşma, yaşayış məntəqələri
və s. aid edilir. Bəzi hesablamalara görə bəşəriyyət artıq buna görə 2 mlrd.hektar
məhsuldar torpaq sahəsini itirmişdir. Təkcə eroziya səbəbindən nəinki geridə
qalmış, hətta geniş torpaqlara malik iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə 607
mln.ha kənd təsərrüfatı torpaqları dövriyyədən çıxmışdır. Şoranlaşma və
16
bataqlaşma səbəbindən isə hər il 15 mln.ha torpaqlar yararsız vəziyyətə
düşür.Dünyanın quru hissəsinin 55%-nin mənimsənilməsinə baxmayaraq torpaq
resurslarının çatışmazlığı hər yerdə nəzərə çarpır. Torpaq çatışmamazlığının aradan
qaldırılmasının
ə
n
münasib
yolu
yeni
ə
razilərin
mənimsənilməsidir.Mənimsənilməsi çox da xərc tələb etməyən torpaq ehtiyatları
dünyanın quru hissəsinin təxminən 6%-ni, mənimsənilməsi olduqca böyük vəsait
tələb edən sahələr isə 25% təşkil edir.
Dostları ilə paylaş: |