Microsoft Word etraf muhit cavab az doc



Yüklə 434,22 Kb.
Pdf görüntüsü
səhifə20/76
tarix29.12.2021
ölçüsü434,22 Kb.
#48917
1   ...   16   17   18   19   20   21   22   23   ...   76
etraf cavab06az

Su resursları. Su coğrafi təbəqədə ən geniş yayılmış komponent olsa da, 

onun  cəmi  3%-i  (daha  dəqiq  2,53%)  içmək  üçün  yararlı  şirin  sudur.  Şirin  su 

ehtiyatının  əksər  hissəsi  istifadə  üçün  əlçatmaz  buzlaqlardadır  (Antarktida, 



 

14 


Qrenlandiya).  Çaylarda  toplanan  içməli  su  qeyri-bərabət  paylanmışdır.  Əhalinin 

daha  çox    məskunlaşdığı  kənd  təsərrüfatı  və  sənaye  bölgələrində  şirin  su 

ehtiyatının  40%-dən  azı  yerləşir.  Qurunun  1/3-ni  tutan  arid  zonalar  içməli  sudan 

daha  çox  korluq  çəkirlər.  Soyuq  şimal  və  rütubətli  ekvatorial  ərazilərdə  isə  su 

istifadə  olunmadan  okeana  axır.Hesablamalara  görə  yer  kürəsinin  ümumi  su 

ehtiyatı  1386  mln.  km

3

-dir.  Şirin  səth  sularının  həcmi  35  mln.  km



3

  həcmində 

qiymətləndirilir.  Hazırda  dünyanın  bir  çox  ölkələrində,  xüsusilə  iqtisadi  cəhətdən 

inkişaf  etmiş  ölkələrdə  su  ilə  təmin  olunmada  kəskin  və  mühüm  sosial-iqtisadi 

problemlər vardır. Indi əsrin əvvəlinə nisbətən sənaye və kənd təsərrüfatında daha 

çox  su  işlədilir.  Suyun  tükənməyən  sərvətlərə  aid  edilməsinə  baxmayaraq  o, 

dünyada  qeyri-bərabər  paylanmışdır.Istehlakçının  suya  təlabatının  göstəricilərini 

də müəyyənləşdirmək çox vacib məsələdir. Dünyada suyun əsas istehlakçısı kənd 

təsərrüfatı olmuş və yenə də qalmaqdadır (70%). Ikinci yeri sənaye (20%), üçüncü 

yeri məişət təsərrüfatı (10%) tutur. 

Təbii suların  əsas çirkləndirici göstəriciləri aşağıdakılardır: 

-

 Oksigenin  biokimyəvi    sərfi  göstəricisi.  Göstərici  çox  olduqda  



çirkləndirici maddələr də daha çox olur və suyun  keyfiyyəti bir o qədər pisləşir. 

-

 Suda mikroorqanizmlərin olması. Onun göstəricisi bağırsaq bakteriyaları 



(kalititr) miqdarıdır. 

-

 Suda  ammonyakın,  nitratların  ,  nitritlərin,  neft  və  neft  məhsullarının, 



fenolun, sintetik səthi-aktiv maddələrin, ağır metalların miqdarı və s. 

Rio-de-Janeyrada  (iyun,  1991)  BMT-nin  konfransında  əhalinin  keyfiyyətli  içməli 

su  ilə  təmin  olunması  problemi  bəşəriyyətin  dayanıqlı  inkişaf  strategiyasında 

hakim  mövqe  təyin  olundu.  Təbiətin  mühafizəsi  strategiyasında  qeyd  edilir  ki, 

planetar  miqyasda  bəşəriyyətin  sağlamlığı  istifadə  olunan  şirin  suyun 

keyfiyyətindən asılıdır. 

Su problemin həlli yolları: 

-

  sudan  qənaətlə  istifadə,  çirkab  (işlənmiş)  suların  su  hövzələrinə 



axıdılmasının qarşısının alınması; 


 

15 


-

  dəniz suyunun  şirinləşdirilməsi  (Səudiyyə  Ərəbistanı,  BƏƏ,  Küveyt, 

Bəhreyn,  Türkmənistan, Qazaıstan, Yaponiya, Avstraliya İttifaqı və s.); 

-

  çay sularının bir bölgədən digərinə yönəldilməsi; 



-

  aysberqlərdən istifadə edilməsi; 

-

  su anbarlarının tikilməsi; 



-

  sənaye və energetikada qapalı su dövriyyəsinin yaradılması və s. 

İ

nsanın  gündəlik  su  tələbatı  minimum  2  litrdır.  Sənaye  və  məişət tələbatı 



daxil olmaqla İEÖ-də sutkalıq su istehlakı 200-300 (iri şəhərlərdə 400-500) litrdır. 


Yüklə 434,22 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin