Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə21/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   17   18   19   20   21   22   23   24   ...   50
felsefe cavab01az

 

22.Mədəniyyətin fəlsəfi anlayışı 

«Mədəniyyət»  anlayışı  haqqında  düşünərkən  diqqəti  ilk  növbədə  cəlb  edən  ən 

ş

übhəsiz fakt budur ki, mədəniyyət yalnız insana xas olan hadisədir. Bu anlayışın yalnız 



insana  münasibətdə  mənası  vardır  və  o,  insanı,  məhz,  insan  kimi  səciyyələndirən  ən 

aşkar  göstəricilərdən  biridir.  Heç  kimdə  şübhə  doğurmur  ki,  insanın  inkişaf  səviyyəsi 

onun ilk növbədə mədəniyyətə nə dərəcədə yiyələnməsi ilə ölçülür. Deməli mədəniyyət 

insanda insani başlanğıcın inkişafını səciyyələndirən anlayışdır. 

Mədəniyyət anlayışının məzmununu insanın mövcud olduğu tarix ərzində yaratdığı 

və  onun  mövcudluğunun  köklü  şərtlərinin  məcmusu  olan  mühit  təşkil  edir.  Beləliklə 

mədəniyyət  insanın  köklü  mənafelərindən,  arzu  və  istəklərindən  qaynaqlanan 

dəyişdirici-yaradıcı  fəaliyyətini,  onun  nəticələrini  və  nəsillərin  topladığı  praktik  – 

mənəvi təcrübəni mənimsəmə və qoruma mexanizmlərini özündə birləşdirən mürəkkəb 

bir sosial- mənəvi fenomendir. Mədəniyyət özünün bu keyfiyyəti ilə insanın yer üzündə 

ə

n ümumi mövcudluq forması kimi çıxış edir. 



 İnsan fəaldiyyəti həmişə dəyişdirici xarakter daşımışdır. Lakin Yeni dövrə qədər o, 

hər  nə  qədər  dəyişdirici  məzmun  daşısa  da,  dünyanın  əzəli  və  əbədi  nizami  haqqında 

müvafiq düyagörüşü çərçivəsində formalaşmış təsəvvürlərlə ziddiyyət təşkil etmirdi. Bu 

fəaliyyət  nəinki  həmin  nizamını  dəiyşdirməyə,  əksinə,  insanla  dünya  arasındakı 

harmoniyanı  daha  da  təkmilləşdirmək  yolu  ilə  dünyanın  əzəli  düzəmini  qoruyub 

saxlamağa  yönəlmişdi.  İnsanın  öz  köklü  mənafelərini  tamın  (ümuminin)  rifahı 

çərçivəsində reallaşdırmağa yönəlmiş bu cür fəaliyyəti mədəniyyətə və onun yüksəlişinə 

xidmət edir. Mədəniyyət insanda mənəvi başlanğıcın inkişaf göstəricisidir. 

 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin