Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə24/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   20   21   22   23   24   25   26   27   ...   50
felsefe cavab01az

25. Postindustrial cəmiyyətdə nəzəri bilik və informasiyanın rolu 

İ

stehsalın  daima  inkişaf  etməsi,  elmi-texniki  tərəqqi,  ekstensiv  inkişafın 



intensiv inkişafla əvəz olunması, radikalizm və dəyişikliklərin qlobal xarakter alması,  

təbiətə,  bilik  və  informasiyaya  yeni  münasibətin  formalaşması  ardıcıl  olaraq 

informasiya  cəmiyyətinin  hüceyrələrinin    yaranmasına  səbəb  olmuşdur.

 

“Postindustrial  cəmiyyət”  termini    yalnız  industrial  cəmiyyətin  ardınca  gələn 



cəmiyyət tipinin xronoloji ardıcıllığını xarakterizə edib onun spesifikliyini açıqlamır. 

Yeni  tipli  cəmiyyətin    sosial-iqtisadi  inkişafının    birinci  növbədə  elmi-texniki  və 

digər informasiyanın  istehsalından, emalından, saxlanmasından, yayılmasından asılı 

olduğundan  onu informasiya cəmiyyəti  adlandrmaq məqsədə daha müvafiq olar.  

Artıq  bir  həqiqət  dərk  olunur  ki,  hər  bir  ölkənin  və  bəşəriyyətin  mütərəqqi 

inkişafının  əsasını  insanın  özü,  onun  mənəvi  mövqeyi,  mədəniyyəti,  savadı,  peşə 

səriştəliliyi təşkil edir. Bütün bunlar  elmin cəmiyyətin inkişafında roluna da yenidən 

baxılmasına  səbəb  oldu.  Elmi-texniki  inqilab  nəticəsində    bilavasitə  məhsuldar 

qüvvəyə  çevrilən  elm      həm  cəmiyyətin  inkişafının,  həm  də  onun    sağ  qalmasının  

ə

sas  amili  olur.    Bilik  və  informasiyanın  ən  mühüm  strateji  resursa  çevrilməsi 



nəticəsində  elmi  bilik  postindustrial  cəmiyyətdə  məhsuldar  qüvvələrin  müstəqil 

elementi kimi çıxış edir. ABŞ  sosioloqu və futuroloqu Tofflerə görə, postindustrial 

cəmiyyət  iqtisadiyyatın  və  istehsalın  inkişaf  çərçivələri  ilə  məhdudlaşmır.  O, 

cəmiyyətin bütün ənənəvi sferalarını dəyişdirir. 

Baş  verən  transformasiyalar  cəmiyyətin  mərkəzi  fiquru  kimi    alimin  də 

vəziyyətini  müəyyən  edir.    D.Bell  yazır  ki,  əmtəə-malların  kütləvi  istehsalının 

təşkilində    roluna  görə  son  yüzilliklərdə      başlıca  təsisat  müəsissə  (firma)  idisə, 

sonrakı  yüzilliklərdə    innovasiyaların    və  biliyin  mənbəyi    kimi  universitet  

cəmiyyətdə  mərkəzi təsisat olacaqdır”. ABŞ-da  XX əsrin ortalarına yaxın  yaranmış 

situasiyanı  xarakterizə  edən  D.  Bell  qeyd  edirdi  ki,  indiyədək  hakimiyyət  işgüzar 

birliyin  əlində  idi.  Vətəndaşların  adi-gündəlik  həyatına  aid    qərarların  çox  hissəsi 

biznesin çiçəklənməsinə üstün diqqət yetirən  hökumət  tərəfindən qəbul  olunurdu. 

Postindustrial  cəmiyyətdə    iqtisadiyyatın  artımına  dair  ən  mühüm  qərarlar  yenə  də 

hökumət  tərəfindən  qəbul  olunsa  da,  bu  qərarlar    hökumətin  dəstəklədiyi  elmi 

tədqiqatlara,  məsrəflərlə    səmərəliliyin  nisbətinin    təhlilinə  əsaslanacaqdır; 

nəticələrinin  mürəkkəb  şəkildə  çarpazlaşmasi  üzündən  qərarların  qəbulu    getdikcə 

texniki xarakter alacaqdır. 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin