Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə25/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   21   22   23   24   25   26   27   28   ...   50
felsefe cavab01az

26. Qloballaşma proseslərinə əsas yanaşmalar 

Hal-hazırda  qloballaşmanın  sistemli  öyrənilməsinə  bir-neçə  metodoloji 

yanaşmalar  formalaşmışdır.  Onlardan  hər  biri  bu  proseslərin  mahiyyətinə  müxtəlif 

fəlsəfi baxış edir. 




1)  Qlobal  iqtisadi  artım  dövrü

.  Bu  yanaşmaya  əsasən,  qloballaşma  iqtisadi 

inkişafın  intensivləşməsi,  çiçəklənmənin  yeni  səviyyəsidir  (R.Darendorf,  F.Nuşeler, 

O.Lafonten,  B.Geyts,  B.Klinton).  Qloballaşma  bəşəriyyətin  əvvəllər  həll  edilməz  kimi 

görünən  problemlərini  (beynəlxalq  münaqişələr,  inkişaf  etməkdə  olan  ölkələrin 

problemləri,  yoxsulluq)  aradan  qaldırmağa  imkan  verir.  Bu  yanaşmada  qloballaşma 

prosesləri həddindən artıq nikbin və birtərəfli qiymətləndirilir.  

2)  Qlobal  multimədəni  cəmiyyət  dövrü.  Digər  yanaşmada  qloballaşma 

mədəniyyətlərarası və geosiyasi münasibətlərin xüsusi keyfiyyəti kimi səjiyyələndirilir. 

Qloballaşma  əsrlərlə  qurulan  mədəni  sərhədləri  silir,  identikliyi  dağıdır.  Qloballaşma 

prosesində  iqtisadi  inkişaf  geosiyasi  mənzərəni  dəyişdirir  ki,  bu  da  çoxlu  sayda  yeni 

münaqişələrə səbəb olur. Onlardan ən əsası qərb və qeyri-qərb sivilizasiyaları arasındakı 

sərhəddə  yerləşir.  Bu  yanaşmada  ehtiyatların  qıtlığı  şəraitində  onların  bölgüsü 

problemlərinə xüsusi əhəmiyyət verilir.  



3) Qloballaşma sosiumun sistemli transformasiyası kimi 

Bu  yanaşma  baxımdan  qloballaşma  milli-mədəni  inteqrasiya  prinsiplərinə 

söykənən  ənənəvi  siyasi  qaydaların  dağılması  deməkdir.  Bu  yanaşmanın 

nümayəndələrini  ənənəvi  siyasi  idarəetmə  alətlərinin  durmadan  zəifləməsi  və  buradan 

ə

mələ  gələn  hakimiyyət  vakuumu  narahat  edir.  Ənənəvi  siyasi  məkanın  dağıldığı  bir 



şə

raitdə  hakimiyyət  transmilli  korporasiyalar,  beynəlxalq  və  qeyri-hökumət  təşkilatları 

kimi  tamamilə  yeni  tarixi  aktorların  əlinə  keçir.  Qərb  sivilizasiyasının  əsas 

nailiyyətlərindən olan «sosial dövlət», «rifah cəmiyyəti» yox olur.  



4. Qloballaşmanı mədəniyyət və ənənələrin dağılması kimi

 qiymətləndirilən IV 

yanaşmada  qloballaşma  son  dərəcədə  neqativ  işıqda  səciyyələndirilir.  Antiqlobalist 

hərəkatı əsasən bu mənbədən qidalanır. Bu mövqe həmin qüvvələrə xas olan ekstremist 

metodlar vasitəsilə əhaliyə çatdırılır.  


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin