Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə29/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   25   26   27   28   29   30   31   32   ...   50
felsefe cavab01az

30.Sosial idrakın obyekti və onun spesifik səciyyəsi.  

Cavab: "Sosial idrak" özlüyündə

 ikimənalı anlayışdır.  Bəzi əsərlərdə "sosial idrak" 

dedikdə cəmiyyət tərəfindən bizi əhatə edən bütün aləmin, o cümlədən təbiətin dərki, 

digərlərində  isə    yalnız  cəmiyyətin  dərki    nəzərdə  tutulur.    Biz  "sosial  idrak" 

anlayışını  bu  ikinci  mənada  işlədəcəyik.  İnsan  idrakı  ümumi  qanunauyğunluqlara 

tabedir.  İdrakın  obyektinin  xüsusiyyətləri  onun  spesifikasını  şərtləndirir.  Sosial 

idrakın  da  özünəməxsus  xarakteristikası  onun  spesifikasını  təşkil  edir.  Əslində  hər 

cür  idrak  mahiyyət  e’tibarilə  sosial,  ictimai  xarakter  daşıyır.  Biz  isə  sırf  sosial 

idrakdan,  bu  anlayışın  dar  mə’nasından  danışacaq,  onun  cəmiyyətə  dair  biliklər 

sistemindəki  yerini  müəyyənləşdirməyə  çalışacağıq.    Sosial  idrakın  spesifikası  öz 

ifadəsini hər şeydən əvvəl onda tapır ki, burada obyekt rolunda idrak subyektlərinin 

özlərinin fəaliyyəti çıxış edir. Daha dəqiq desək, insanlar həm idrakın subyekti, həm 

də  real  fəaliyyət  göstərən  şəxslərdir.  Bununla  yanaşı,  idrakın  subyekti  ilə  obyekti 

arasındakı qarşılıqlı əlaqə də onun obyektinə çevrilir. Başqa sözlə, təbiət, texniki və 

digər elmlərdən fərqli olaraq, sosial idrakın obyektində onun subyekti də iştirak  edir, 

subyekt özü-özünü dərk etməyə çalışır.  

Ə

gər  biz,  ümumiyyətlə  idrakdan  danışarkən,  onu  "gerçəkliyin  insan  beynindəki 



inikası»  kimi  qiymətləndiririksə,  sosial  idrakdan  danışanda  hər  şey  bir  qədər 

fərqlidir. Düzdür, hər bir idrak növü kimi, sosial idrak da mahiyyət e’tibarilə  in’ikas 

prosesidir. Lakin bu anlayışdakı "sosial» termini onun məzmununu bir qədər daraldır 

və diqqəti yalnız gerçəkliyin kiçik bir hissəsi olan insan cəmiyyətinə doğru yönəldir. 




Ə

slində isə insan öz yaratdığının əlində aciz qalaraq, ondan baş açmağa, özü-özünü 

dərk etməyə can atır. Bir tərəfdən, insan və cəmiyyət təbiətin bir parçası kimi çıxış 

edir,  digər  tərəfdən  isə,  bu  –  həm    cəmiyyətin,  həm  də  insanın  yaradıcılığının 

məhsulu, onların qarşılıqlı fəaliyyətinin nəticəsidir. 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin