Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə30/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   26   27   28   29   30   31   32   33   ...   50
felsefe cavab01az

31.Sosial idrakın təbii-elmi idrakın obyektivizmindən prinsipial fərqi. 

Cavab:   Cəmiyyət daxilində onun elə müxtəlif struktur və elementləri vardır ki, onlar 

yalnız öz tələbatlarının, maraqlarının və məqsədlərinin həyata keçirilməsinə can atırlar. 

Bu  isə,  ictimai  həyatın  mürəkkəbliyindən  xəbər  verir.  Cəmiyyətin  çoxtərəfliliyi  və 

müxtəlif  keyfiyyətliliyi  sosial  idrakın  mürəkkəbliyini  və  çətinliyini,  onun  digər  idrak 

növlərinə  münasibətdə  spesifikasını  şərtləndirir.    Sosial  idrakın  obyekti  ilə  bağlı 

çətinliklərə  onun  subyekti  ilə  bağlı  səbəbləri  də  əlavə  olunur.  Əgər  obyektlə  bağlı 

səbəblər obyektivdirsə, onun subyekti ilə bağlı səbəblərdə müəyyən qədər subyektivlik 

vardır.  Axı  sosial  idrakın  subyekti  insandır.  Baxmayaraq  ki,  insan  cəmiyyətin  bir 

parçasıdır  və  burada  gedən  bütün  ictimai  münasibətlərdə  iştirak  edir,  yenə  də  nəticə 

e’tibarilə  o  bir  insandır  –  özünün    fərdi  təcrübəsi  və  intellekti,  maraqları  və  dəyərləri, 

tələbatları  və  ehtiyacları  olan  insan.  Buna  görə  də  sosial  idrakdan  danışarkən,  onun 

spesifikasını verərkən,  şəxsiyyət  faktorunu da nəzərə almaq  lazımdır. Çünki  cəmiyyəti 

təşkil edən fərdlər eyni zamanda bir şəxsiyyət kimi formalaşır və inkişaf edirlər. Sosial 

idrakın  subyekti  olan  insan  cəmiyyəti  dərk  edərkən,  təkcə  fərd  kimi  deyil,  həm  də 

şə

xsiyyət  kimi  çıxış  edir.  Məhz  şəxsiyyətlər  sayəsində  cəmiyyət  inkişaf  edir,  yeni 



dəyərlər  yaradır.  Tarix  cəmiyyətin  inkişafına  təkan  verən,  onu  dəyişdirən  şəxsiyyətləri 


az  yetişdirməmişdir.  Məhz  cəmiyyət  insana  şəxsiyyət  olma  imkanı  verir,  onu  "sosial 

varlığa"    çevirir.  Amerikan  filosofu  T.Parsons  şəxsiyyətin  cəmiyyətdəki  roluna  dair 

yazır: “Sosial sistem fiziki orqanizmdən ibarət olan konkret fərdə əsaslanır. Bu fərd öz 

rolları  vasitəsilə  sosial  qarşılıqlı  tə’sirlərdə  şəxsiyyət  olmaq  e’tibarilə  iştirak  edir". 

Nəhayət, sosial idrakın spesifikasından danışarkən, onun sosial-tarixi asılılığını da qeyd 

etmək lazımdır. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin