Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə31/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   27   28   29   30   31   32   33   34   ...   50
felsefe cavab01az

32.Dövlət siyasi həyatın mərkəzi ünsürü kimi.  

Cavab: Cəmiyyətin siyasi sistemi müxtəlif siyasi institutların məcmusunu bildirir. 

Dövlət, siyasi partiyalar və mütəşəkkil şəkildə fəaliyyət göstərən digər ictimai və siyasi 

qurumlar onun  təşkil  edən tərkib  hissələridir.  Cəmiyyətin  siyasi sistemi  faktiki  şəkildə  

fəaliyyət  göstərən  birlikdir.  Bu  birlik  daxilində  nəinki  rəsmi  şəkildə  qəbul  olunmuş 

təşkilatlar və həmçinin rəsmi qeydiyyatdan keçməmiş təşkilat və qurumlar da fəaliyyət 

göstərir.  Dövlət  –  insanların,    ictimai  qrupların,  sinif  və  assosiasiyaların  birgə 

fəaliyyətini  və  münasibətlərini  təşkilatlandıran,  istiqamətləndirən  və  nəzarət  edən 

cəmiyyətin siyasi sisteminin əsas qurumudur. Dövlət – cəmiyyət daxilində hakimiyyətin 

mərkəzi 

qurumu 


və 

bu 


hakimiyyət 

vasitəsilə 

siyasətin 

cəmləşdirilmiş 

gerçəkləşdirilməsidir. 

Dövlətin  əsas  cəhətləri  (dövlətin  digər  sosial  qurumlardan  fərqləndirici 

xüsusiyyətləri) bunlardır: 

-iqtidar  qüvvələrin  sosial-sinfi  mənşəyi  bəlli  olması,  hansı  ki,  sosial  qrup,  siyasi 

partiya, ictimai hərəkat və s. təmsil olunur; 

-mərkəzi və əyalət orqanları ilə təmsil olunan hakimiyyətin xüsusi apparata malik 

olması; 

-iqtisadiyyatdan kənar olan məcbur etməyə inhisarın saxlanılması; 

-dövlətin öz ərazisinə malik olması; 



-vətəndaşlar üçün məcburi olan qurumların çıxarılması və daxili və xarici siyasətin 

aparılması üçün suveren hüquqlara malik olması; 

-vergi tutmaq, pul çap etmək, büdcə siyasətini yeritmək və s. gerçəkləşməsi üçün 

xüsusi hüquqa malik olmaq. 

Müasir dövlət bir sıra müxtəlif funksiyaları yerinə yetirir. Bunlar: 

-mövcud olan dövlət quruluşunun müdafiəsi; 

-cəmiyyətdə qanunçuluq və sabitliyin qorunması; 

-sosial cəhətdən təhlükəli münaqişələrin qarşısı alınması və ləğv olunması; 

-iqtisadiyyatın tənzim etməsi; 

-icimai həyatın bütün sahələrində daxili siyasətin həyata keçirilməsi; 

-dövlətin mənafelərinin beynəlxalq miqyasda qorunulması; 

-ölkənin müdafiə edilməsi və s. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin