1925-ci ildə Avstriyada M.Şlikin, R.Karnapın, Q.Feygelin, K.Gyodelin, O.Neyratın,
F.Vaysmanın və b. iştirakı ilə Vyana dərnəyi yaradıldı. Bu dərnək İngiltərədə
A.Ayerin simasında özünə fəal tərəfdaş və təbliğatçı əldə etdi. Vyana dərnəyinin
ideyalarını digər ingilis filosofu Q.Rayl da bölüşdürürdü. Polşada A.Tarski və
K.Aydukeviç başda olmaqla fəlsəfə tarixinə neopzitivizm adı altında daxil olmuş Lvov-
Varşava məntiqçilər dərnəyi meydana gəlmişdir. O, müasir qərb fəlsəfəsinin əsas
cərəyanlarından birinə çevrilmişdir. O, XX əsrin başlanğıcında baş vermiş elmi
inqilabın gedişində irəli sürülən aşağıdakı aktual fəlsəfi-metodoloji problemlərin
təhlili və həllinin iddiasında idi: elmi təfəkkürün simvolik-işarə vasitələrinin rolu,
elmin empirik bazası ilə nəzəri apparatının bir-birinə nisbəti, biliyin riyaziləşdirilməsi
Fəlsəfə ilə elmi qarşı-qarşıya qoyan neopozitivizmin nümayəndələri hesab
edirdilər ki, yeganə mümkün olan bilik xüsusi elmi bilikdir. Onların fikirlərinə görə,
nənəvi fəlsəfi məsələlər psevdoanlayışlar kəsb edən terminlərlə ifadə olunur.
Psevdoanlayışların təyinini isə yoxlamaq mümkün deyil (məsələn, “substansiya”
anlayışı). Ona görə də ənənəvi fəlsəfi məsələlər neopozitivistlər tərəfindən mənasız
metafizika elan olunurdu.
Lakin artıq 1950-ci illərdə məlum olur ki, fəlsəfi və elmi bilikdən metafizikanın
eliminasiya etmək məqsədini güdən inqilab ümidləri doğrultmadı. Məlum olmuşdur
ki, klassik metafizika problemləri təkcə insan fəaliyyətinin, insanın mahiyyətinin
dərkində yox, həmçinin epistemoloji problemlərin də təhlilində vacib rol oynayır.
Bundan başqa, elm dilini tam həcmdə formallaşdırmağın da mümkünsüzlüyü üzə
çıxmışdı. Məntiqi pozitivistlər verifikasiya prinsipini modivikasiya etməyə cəhd
göstərsələr də, məlum olmuşdur ki, elmi nəzəriyyələrin strukturunda verifikasiya
prinsipinin köməyi ilə yoxlanılması mümkün olmayan metafizik fikirlər var.
Neopozitivistlərin məntiqi və riyazi cümlələrin analitik həqiqət olmaları
haqqında fikirləri Kuayn tərəfindən əsaslı tənqidə məruz qalmışdır. Bununla belə elm
tarixşünasları Kollinqvud, Koyre və başqaları məşhur təbiətşünasların orijinal
mətnlərini təhlil etməklə neopozitivistlərin təklif etdikəri modelin qeyri-adekvat
olduğunu sübut etmişdilər. Bu mətnlər metafizik konstruksiyaların fundamental elmi
nəzəriyələrin yaradılmasında mühüm rol oynadığını sübut etmişdi.
Dostları ilə paylaş: