Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə36/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   32   33   34   35   36   37   38   39   ...   50
felsefe cavab01az

36.Klassik fəlsəfənin başlıca xüsusiyyətləri  

XIX əsrin 60-cı illərinə doğru Qərb fəlsəfəsində öz başlanğıcını İntibah dövründə 

baş  verən  mənəvi-intellektual  çevrilişdən  götürən  bir  mərəhələ  artıq  başa  çatmaq  üzrə 

idi. Yeni dövr dünyagörüşünün təməl prinsipləri öz yaradıcı potensialını, demək olar ki, 

bütünlüklə reallaşdıraraq, çoxşaxəli fəlsəfi ideyaların mükəmməl sistemini doğurmuşdu. 

Bu  dövrün  fəlsəfi ideyalarının yetkinliyini  və bitkinliyini  nəzərdə tutaraq,  çox vaxt  bu 

dövrü Qərb fəlsəfəsində klassik mərhələ kimi səciyyələndirirlər. Bəs klassik fəlsəfəsinin 

çıxış  nöqtəsini  təşkil  edən  prinsiplər  üçün  inteqrativ  əlamət  nədir?  Bu  suala  əgər  bir 

sözlə  cavab  verməyə  çalışsaq,  onda  deyə  bilərik  ki,  bu  əlamət  eyni  zamanda  klassik 

fəlsəfənin başlıca səciyyəsi olan rasionalizmdir. 

Yeni  dövr  elminin  sürətli  inkişafı  nəticəsində  təbiətdə  baş  verən  müxtəlif 

hadisələri  idarə  edən  obyektiv  qanunların  kəşf  edilərək  dərk  edilməsi  bütün  dünyada 

ciddi bir nizamın hökm  sürməsi haqqında təsəvvürlərin geniş yayılmasına təkan verdi. 

Bu  təsəvvürlərin  çıxış  nöqətsini  varlığın  ağılauyğun,  rasional  planının  mövcudluğu 

haqqında  ideya  təşkil  edirdi.  Güman  edirdilr  ki,  varlığın  təməlində  duran  bu  rasional 

plan  təbiətdə  və  insanlar  aləmində  baş  verən  saysız-hesabsız  hadisələr  vasitəsi  ilə 

reallaşara, həyata keçir. Beləliklə ağıl, zəka təkcə insana xas olan idraki qabiliyyət kimi 

deyil, ayrı-ayrı fərdlərdən asılı olmadan müstəqil şəkildə mövcud olan və dünyada baş 

verən və varsa, hamısına istiqamət verən məqsədəuyğunluq və qanunauyğunluq prinsipi 

kimi  başa  düşülürdü.  Təsadüfi  deyildir  ki,  alman  klassik  fəlsəfəsinin  Şellinq  və  Hegel 




kimi  nümayəndələri  zəkanı  bütün  varlığın  yaradıcı  başlanğıcı    hesab  edərək,  ona 

ontoloji  məzmun  verirdilər.  Zəkanın  bu  cür  geniş  bir  ontoloji  kateqoriya  kimi  şərh 

olunma  səbəblərindən  biri  di  konkret  fərdlərdən  asılı  olmayaraq  mövcud  olan  ictimai 

ideyaların,  mənəvi  dəyərlərin  və  əxlaqi-hüquqi  normaların  insan  həyatı  və  cəmiyyət 

üzərində böyük təsir gücünə malik olmasıdır. 

Klassik  fəlsəfədə  varlığın  mahiyyətini  ifadə  edən  anlayışlar  dünyanın  ağılauyğun, 

rasional struktura malik olması haqqında təsəvvürlərdən irəli gəlirdi. Dünyada rasional 

bir nizam hökm sürdüyünə görə varlıq mahiyyətcə mükəmməl və bitkindir. İnsanı əhatə 

edən  aləmdə  müşahidə  olunan  dəyişkənlik  və  dinamizm  varlığın  mahiyyət 

xarakteristikaları  olmayıb  son  məqsədin  –  dünyanın  təməlində  duran  rasional  planın 

reallaşmasına xidmət edən vasitələrdir. Beləliklə, mükəmməllik, bitkinlik və harmoniya 

klassik fəlsəfədə varlığın əsas xüsusiyyətini ifadə edən anlayışlar kimi çıxış edirlər. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin